Məhkəmə qərarları › İş №2(027)-2095/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2095/2022

21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2095/2022 21.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X7 10 avqust 1991-ci il tarixində Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası, X7 8 mart 1935-ci ildə Quba şəhərində anadan olmuş, Quba şəhəri Azadlıq 14 ünvanında yaşamış və 10 avqust 1991-ci il tarixdə vəfat etmişdir. Onu ünvan 2 ünvanlı qəbristanlığında dəfn ediblər və məzarı hal-hazırda oradadır. Anası, X7 vəfat etdikdən sonra onun ölümü haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Hal-hazırda o, mərhumə anası - X5 ölüm haqqında şəhadətnaməsini almaq istəyir. Ölüm haqqında sənəd almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət edib. Şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reysteri kitabında anasının ölüm qeydi tapılmamışdır. Ona görə də Qeydiyyat Şöbəsində ona anasının ölüm haqqında sənədinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə anası, X5 ölüm faktını təsdiq edən sənədi başqa yolla əldə etmək mümkün deyildir, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Ona görə də hazır ki, ərizə ilə məhkəməyə müraciət edərək, X7 10 avqust 1991-ci il tarixində Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi onun bacısıdı, ailədə dörd bacı, bir qardaş olublar. X1 10 avqust 1991-ci il tarixində rəhmətə gedib, ünvan 2 ünvanlı qəbristanlığında dəfn olunub. Amma öldükdən sonra ona ölüm haqqında şəhadətnamə alınmayıb. Məhkəmə Ərizəçi, şahid X3 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 302 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, X7 barəsində Quba rayonu üzrə 1988-1994-cü illərdə ölüm haqqında akt qeydlərində akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05Q-409 nömrəli məktubundan görünür ki, X7 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması mümkün olmamış, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X7 xx.xx.1935-ci ildə Quba şəhərində doğulub. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X7 ilə X6 arasında xx.xx.1961-ci ildə nikah bağlanmış 106 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZБ 085593 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1971-ci ildə Quba şəhərində doğulub. X2, anası X7 qeyd edilmişdir. İş materiallarında olan Vİ-ЖГ 278899 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X10 ilə X8 arasında xx.xx.1992-ci ildə nikah bağlanmış, xx.xx.1992-ci il tarixində 187 nömrə ilə qeyd edilmişdir. X10 “İbrahimova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X5 vəfat etməsi ilə bağlı Maraqlı şəxsndən verilən çıxarışa əsasən ölüm haqqında akt qeydlərində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, X5 10 avqust 1991-ci il tarixdə Quba şəhərində ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. X5 10 avqust 1991-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar