Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2099/2021 18.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, anası X1 12 oktyabr 1979-cu il tarixdə Quba şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, göstəri ki, anası X4 12 oktyabr 1979-cu il tarixdə Quba şəhərində vəfat etmiş və Quba şəhər qəbristanlığında dəfn edilmişdir, onun ölümünü səhlənkarlıq edərək vaxtında qeydiyyata aldırmamışdır. O, hal-hazırda vərəsəlik məsələsini həll etmək istəyir, anasının ölümü haqqında şəhadətnamə olmadığı üçün vərəsəlik hüquqlarımı həyata keçirə bilmir. Anası X.Məmmədovanın ölümü haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət edib, Maraqlı şəxs 10.02.2021-ci il tarixli məktubu ilə anası X.Məmmədovanın ölüm haqqında qeydi aşkar olunmadığı, bu cür faktların müəyyən edilməsi onların səlahiyyətinə aid olmadığını qeyd edərək, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ərizəyə əlavə etdiyi Quba bələdiyyəsinin 17.09.2021-ci il tarixli arayışından aşkar olur ki, anası X5 12.10.1979-cu il tarixdə vəfat etmiş və Quba şəhər ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Həmçinin ərizəyə əlavə etdiyi fotoşəkillərdən də aşkar olur ki, anası X.Məmmədova 12.10.1979-cu il tarixdə vəfat etmişdir. Göstərilənləri nəzərə alaraq, anası X1 12 oktyabr 1979-cu il tarixdə Quba şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə iştirak edən zaman şahid X11 bildirdi ki, Ərizəçi onun əmisi oğludur. Anası mərhumə X1 12 oktyabr 1979-cu il tarixdə Quba şəhərində vəfat etmiş və Quba şəhər qəbristanlığında dəfn edilmişdir. O, dəfndə iştirak etmişdir. Məhkəmədə iştirak edən zaman şahid X3 bildirdi ki, Ərizəçi onun yeznəsidir. Muxtarın anası mərhumə X4 hələ o uşaq olanda rəhmətə gedib. Məhkəmə Ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nin Quba bələdiyyəsinin 17.09.2021-ci il tarixli, 906 nömrəli arayışından görünür ki, mərhumə X4 12.10.1979-cu il tarixdə vəfat etmiş və Quba şəhər ərazisində yerləşən qəbrstanlığında dəfn edilmişdir. İş materiallarında olan AA-504743 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə Quba şəhərində doğulmuş, ata qrafasında X15, ana qrafasında X6 qeyd edilib. İş materiallarında olan 14.09 2021-ci il tarixli aktdan görünür ki, Ərizəçi, X7, X2, X12 və X11 həmin aktı tərtib edərək göstərmişdilər ki, X4 12.10.1979-cu il tarixdə vəfat etmiş və onların iştrakı ilə Quba şəhər ərazisində yerləşən qəbrstanlığında dəfn edilmişdir. Aktı imzalarıyla təsdiq etmişdilər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 10.02.2021-ci il tarixli 50 nömrəli arayışına əsasən, X4 barəsində Maraqlı şəxsndə 1977-1982-ci illər yoxlanılmış arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli, 05/Q-57 nömrəli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan şşəxsiyyət vəsiqəsinin surətindən və Quba şəhər İƏD-si üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, X.X.1911-ci il təvəllüdlü X1 12 oktyabr 1979-cu il tarixdə Quba şəhərində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin olunsun. X.X.1911-ci il təvəllüdlü X1 12 oktyabr 1979-cu il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2099/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2099/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver