Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2105/2024 31.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1919-cu ildə QUBA şəhərində anadan olmuş Hacıbabayeva (Babayeva) Püstəbadam Rəsul qızının 07 avqust 1976-cı ildə QUBA şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X14, anası X10r. Atası 1921-ci ildə, atasının bacısı (bibisi) Püstədəbadam 1919-cu ildə, digər bacısı Hökmə 1906-cı ildə doğulmuşlar. Hamısı birlikdə ünvan 1 ünvanda (birinci adı 28 Aprel küçəsi 31), (ikinci adı Lenin küçəsi 37) yaşamışlar. Həmin evin yerləşdiyi torpaq sahəsinə dair 1937-ci ildə 153 nömrəli torpaq qeydi verilmişdir. Hətta həmin torpaq qeydində belə Rəsul Hacıbaba oğlunun uşaqları Hüseyn və Püstəbadama ünvan 2 ünvanda cəmi 343 kv.m torpaq sahəsi verilməsi qeyd edilmişdir. Atasıyla anasının nikahından ondan başqa Yusif adlı uşaqları da doğulmuşdur. Bibisi Püstəbadam xəstə olduğu üçün ailə qurmamış, alasıyla birlikdə qardaşının ailəsində yaşamışdır. Bibisi Püstəbadama SSRİ dövründə pasport verilmişdir. Atasıyla bibisinin soyadı torpaq qeydində eyni yəni Hacıbabayev yazılsa da, sonradan “ev dəftərində” və digər sənədlərdə atasının soyadı Babayev kimi yazılmışdır. Bibisi Püstəbadam 07 avqust 1976-cı ildə QUBA şəhərində yaşadığı evdə vəfat etmiş və QUBA şəhər qəbirstanlığında dəfn edilmişdir. Atası Hüseyn 13 yanvar 1980-cı ildə vəfat etmişdir. Torpaq sahəsinin üzərində yerləşən evə dair yalnız atasının adına qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Hazırda həmin evi və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmək istəyir. Bu məqsədlə müxtəlif orqanlara sorğu versə də, bibisi Püstəbadamın doğumu və ölümü, atası Hüseynin isə doğumunu aşkar edə bilməmişdi. Araşdırmalardan sonra bibisi Püstəbadamın ölümünün vaxtilə qeydə alınmadığı məlum olmuşldu. O, bibisi Püstəbadamın ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 29 aprel 2024-cü il tarixli, 03-16-5/8-10- 287/2024 nömrəli imtina məktubu və 29 aprel 2024-cü il tarixli, 75 nömrəli arayışı ilə X4 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada QUBA rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X4 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli və bibisinə ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Qeyd edir ki, bibisi X4 07 avqust 1976-ci ildə ölməsi və QUBA şəhər qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak elmiş bir çox insan görmüşlər. Əlavə olaraq bildirir ki, X4 07 avqust 1976-ci ildə ölməsi faktını ərizəyə əlavə eldiyi QUBA şəhər bələdiyyəsinin verdiyi 08 may 2024-cü il tarixli arayış və məzar daşının fotoşəkili bir daha təsdiq edir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Maraqlı şəxs nümayəndəsi izahatında ərizənin təmin olunmasina etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 29 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan göründüyü kimi, QUBA rayonu üzrə 1973-1979-cu illərdə ölüm haqqında akt qeydlərində X6 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. göründüyü kimi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03-16-5/8-10- 287/2024 nömrəli məktubundan göründüyü kimi, X6 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan XXİ-ДЖ 630100 seriya və nömrəli “Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportu”nun surətindən göründüyü kimi, X6 1919-cu ildə QUBA şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 512 nömrəli məlumatdan göründüyü kimi, eiektron informasiya sistemində X4 nikahı, ölümü, və övladları barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikah qeydləri kitabından çıxarışdan məlum olur ki, X14 ilə X15 arasında xx.xx.1956-cı il tarixində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 32 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Babayeva” soyadı verilmişdir. X14 xx.xx.1980-ci ildə, X13 xx.xx.2017-ci ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum qeydləri kitabından çıxarışdan göründüyü kimi, Ərizəçi xx.xx.1965-ci ildə anadan olmuş, atası X14, anası X7 müəyyən edilmişdir. İş materiallarında olan məktubdan göründüyü kimi, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə QUBA RMX-na müraciət etmiş, şəhadətnamə vaxtında alınmadığı üçün, ölümü qeydiyyata alınmamış və ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Şəxsi Mülkiyyət Hüququ ilə evlərin Texniki İnventarizasiyası və Qiymətləndirilməsinə dair Pasportdan göründüyü kimi, 1919-cu il təvəllüdlü X1, ev 37 ünvanda (indiki Heydər Əliyev prospekti 37) yaşamışdır. Həmin ev X11 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 1919-cu ildə QUBA şəhərində anadan olmuş Hacıbabayeva (Babayeva) Püstəbadam Rəsul qızı 07 avqust 1976-cı il QUBA şəhərində vəfat etmişdir. Belə ki, ərizəçi onun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli, 1919-cu ildə QUBA şəhərində anadan olmuş Hacıbabayeva (Babayeva) Püstəbadam Rəsul qızının 07 avqust 1976-cı il QUBA şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 1919-cu ildə QUBA şəhərində anadan olmuş Hacıbabayeva (Babayeva) Püstəbadam Rəsul qızının 07 avqust 1976-cı ildə QUBA şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində QUBA Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2105/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2105/2024
31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver