Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2113/2025 14.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1995-ci il tarixdə doğulmuş X2 xx.xx.1995-ci il tarixdə, bacı xx.xx.1983-cü il tarixdə doğulmuş X1 xx.xx.1998-ci il tarixdə Quba rayonu, Zizik kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, bacısı X1 xx.xx.1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəni onunla əsasalandırmışdır ki, o, xx.xx.1997-ci il tarixdə Quba rayonu Zizik kəndində doğulmuşdur. Valideynləri atası X9 01 mart 1998-ci il tarixdə, anası X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Onların hər ikisi üçün ölüm haqqında şəhadətnamə alınmışdır. Bacısı xx.xx.1983-cü il tarixdə doğulmuş X4 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Qohumların və yaxın şəxslərin iştirakı bacısı Zizik kənd qəbiristanlığında dəfn olunmuşdur. Bacısı Dilarənin ölümü səhlənkarlıqdan və bilməməzlikdən vaxtında aidiyyəti orqanlarda qeydə alınmamışdır. Bu səbəbdən də onun üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Bacısı xx.xx.1983-cü il tarixdə doğulmuş X1 xx.xx.1998-ci il tarixdə vəfat etməsi və Quba rayon Zizik kənd qəbiristanlığında dəfn edilməsi ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkilləri və Aktla da təsdiq olunur. X11 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan ölüm haqqında şəhadətnamənin verilməsi üçün Quba rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Quba rayon Qeydiyyat Şöbəsinin 19 may 2025-ci il tarixli 03-16-5/8-xx-xx/2025 saylı məktubu ilə X11 ölümünün qeydə alınmasının qeyrimümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Həmçinin Azərbaycan Respublikası TƏBİB PHŞ Quba rayon Mərkəzi Xəstəxanası PHŞ-nın 29 may 2025-ci il tarixli 18-1-56/2- M-27xx-xx-2316/2025 saylı məktubunda da məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Ölüm faktının qeydə alınmasının müəyyən sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. İşin faktiki halları: Belə ki, iş materiallarına əlavə edilmiş: -İX-ЖГ 428452 № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1983-cü ildə Quba rayonu, Zizik kəndində anadan olmuşdur, atası X9, anası isə X5r; - Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci iltarixli 3-16-5/8-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; - Quba Regional ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsinin verdiyi arayışa əsasən X9 və X3 nigah akt qeydi xx.xx.1981-ci il tarixdə tərtib olunmuş, qadın Mirzəyeva soyadını götürmüş, Mirzəyev xx.xx.1998-ci il tarixdə, Mirzəyeva isə xx.xx.2024-cü il tarixdə ölmüşdür. - xx.xx.2025-ci il tarixdə X7, X8 və Ərizəçi tərəfindən tərtib edilmiş aktda göstərilir ki, Ərizəçi bacısı X4 xx.xx.1983-cü il tarixində doğulmuş və xx.xx.1998-ci il tarixində vəfat etmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə təsdiq olundu ki, X1 xx.xx.1998-ci il tarixdə Quba rayonu, Zizik kəndində vəfat etməsi və Quba rayonu, Zizik kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi X4 qeydiyyat şöbələrinə müraciət etsə də, bacısının ölüm haqqında şəhadətnaməsin ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X8 bildirdi ki, ərizəçi ilə qonşudurlar, ərizəçinin bacısı X4 xx.xx.1998-ci il tarixdə xəstələnib vəfat etmişdir və onun dəfn mərasimində iştirak etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Quba Regional “ Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X1 xx.xx.1998-ci il tarixdə Quba rayonu, Zizik kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1983-cü il tarixdə doğulmuş X1 xx.xx.1998-ci il tarixdə Quba rayonu, Zizik kəndində vəfat etməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. IV. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə doğulmuş X1 xx.xx.1998-ci il tarixdə Quba rayonu, Zizik kəndində vəfat etməsi müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2113/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2113/2025
14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver