Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2114/2023 03.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 avqust 1955-ci il təvəllüdlü əri X7 01 aprel 2001-ci ildə Quba rayonu İ Nügədi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, o, Ərizəçi 25 oktyabr 1979-cu ildə X11 ilə birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından 2 övladı doğulmuşdur. X4 01 aprel 2001-ci ildə xəstəlik səbəbi ilə Quba rayonu 1 Nügədi kəndində vəfat elmiş və 1 Nügədi kənd qəbirslanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən X17 ölümünü rəsmiləşdirməmiş, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X17 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 18 avqust 2023-cü il tarixli, 03-16-5\8-10-469/2023 nömrəli imtina məktubuna və 18 avqust 2023-cü il tarixli, 294 nömrəli arayışı ilə X7 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğunu bildirmişdirlər. Bundan sonra o ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdirlər. X7 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. Qeyd etmək istəyir ki, əri X7 01 aprel 2001-ci ildə Quba rayonu İ Nügədi kəndində ölməsi və Quba rayon 1 Nügədi kənd qəbirslanhğında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. Əlavə olaraq bildirir ki, X7 01 aprel 2001-cı il tarixdə Quba rayon İ Nügədi kəndində ölməsi faktını ərizəsinə əlavə etdiyi Quba RİHB-nın Birinci Nügədi kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli 320 nömrəli arayışı və məzar daşının fotoşəkili bir daha təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidlər X9 və X1 İlqar Həsən oğlunun 01 aprel 2001-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində ölməsini təsdiq etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, şahidlər tərəfindən tərtib edilmiş aktı nəzərdən keçirib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba RİHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 320 №li arayışından görünür ki, xx.xx.1955-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olan, həmin kənd sakini olmuş mərhum X11 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və birinci Nügədi kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Quba rayon X2 21 fevral 2023-cü il tarixli 18№li arayışından görünür ki, X3 mərhum yoldaşı X11 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Mərhumun bütün dəfn xərclərini həyat yoldaşı Ərizəçi özü çəkmişdir. İş materiallarında olan Maraqlı şəxs 18 avqust 2023-cü il tarixli, 294 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən X11 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 1998-2004-cü illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 03-16-5/8-10-469/2023 nömrəli məktubundan görünür ki, X7 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X7 01 aprel 2001-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində ölümün təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 28 avqust 1955-ci il təvəllüdlü X7 01 aprel 2001-ci il tarixdə Quba rayonu İ Nügədi kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 avqust 1955-ci il təvəllüdlü X7 01 aprel 2001-ci il tarixdə Quba rayonu İ Nügədi kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2114/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2114/2023
03.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver