Məhkəmə qərarları › İş №2(027)-2121/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2121/2021

18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2121/2021 18.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 24 oktyabr 2019-cu il tarixdə Quba rayonunda doğulmuş övladı X10 25 aprel 2020-ci il tarixdə Hacıqabul rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Şirvan rayonunda təsərrüfatla məşqul olaraq, orada yaşadığından məhkəmə iclasında iştirak edə bilmədiyini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərmişdi ki, X15 onun övladıdır. Yusif, 24 oktyabr 2019-cu il tarixdə Quba rayonunda doğulmuş, ilk müayinələrdə sağlam görünsə də, sonradan ona, qara ciyər (sarılıq) və ürək çatışmamazlığı diaqnozu qoyulmuşdur. Uzun müddət Xaçmaz və X5 müalicə almasına baxmayaraq Yusifin səhhətində müsbətə doğru heç bir dəyişiklik olmamışdır. Bundan sonra, Quba rayon X9 Şöbəsinin göndərişi əsasında 28 noyabr 2019-cu il tarixdən Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Dövlət Səhiyyə Nazirliyinin K.Y.Fərəcov adına Elmi təhqiqat Pediatriya İnstitutunda bir aydan çox Yusifin müalicəsi davam etmişdir. Müalicə nəticə vermədiyindən oğlu evə buraxılmışdır (epikriz əlavə olunur). Bundan sonra ev şəraitində Yusifin müalicəsini davam etdirilib. Lakin 25 aprel 2020-ci il tarixdə Hacıqabul rayonu ərazisində yerləşən ferma evində (təsərrüfat yatağında) övladı X15 vəfat etmiş, qohumların və qonşuların iştirakı ilə Qubalıoğlan kənd qəbiristanlığında dəfn olunmuşdur. Qeyd edib ki, o təsərrüfatla məşğuldur, Quba rayonu Xınalıq kəndində yaylaqda, Hacıqabul rayonu isə qışlaqda olurlar və ferma evlərində yaşayırlar. Şirvan rayonunun Qubalıbaloğlan kəndində əsasən onların kənd əhalisi yaşayır və orada da qəbiristanlığları var. Həmin vaxt qanunu bilmədiyindən oğlunun ölümünü rəsmiləşdirə bilməyib. X22 ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs 06 sentyabr 2021-ci il tarixli, 05/Q-742-15 saylı məktubu ilə X10 ölümünün qeydə alınmasının qeyrimümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyə olunmuşdur. Ona görə də X10 25 aprel 2020-ci il tarixdə Hacıqabul rayonunda ölməsi faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 bildirdi ki, Məliko Namik onun bacısı oğludur, təsərrüfat işi ilə əlaqədar Şirvan rayonunda yaşayır. Onun övladı Məlikov Yusif xəstə doğulmuşdur, doğulandan müalicələrini eləsələr də müalicələrin heç bir nəticəsi olmamışdır. 2020-ci ilin aprel ayında Hacıqabul rayonunda vəfat etmişdir və orada da dəfn olunmuşdur. Məhkəmə şahid X4 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 340138 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X15 24 oktyabr 2019-cu il tarixdə Quba rayonunda doğulmuş, atası Ərizəçi, anası X12 qeyd olunub. İş materiallarında olan Hacıqabul rayonu Qubalıbaloğlan bələdiyyəsinin 01.11.2021-ci il tarixli 22 nömrəli aryışından görünür ki, X15 25 aprel 2020-ci il tarixdə Hacıqabul rayonu Qubalıbaloğlan kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan X11, X7 və X8 tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən də 24 noyabr 2019-ci il tarixdə X3 rayon Mərkəzi X1 dünyaya gətirib. İlk müayinələrdə uşaq sağlam görünsədə daha sonra körpəyə qara ciyər (sarılıq) və ürək çatışmazlığı diaqnozu qoyulmuşdur. Uzun müddət X2 müalicə almasına baxmayaraq uşağın səhətində müsbətə doğru heç bir dəyişiklik əldə edilməmişdir. Quba rayon X9 Şöbəsinin göndərişi əsasında 28 noyabr 2019-ci il tarixdən Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Dövlət Səhiyyə Nazirliyinin K.Y.Fəracov adına X17 İnstitutunda bir aydan çox müalicə davam etdirilmişdir. Heç bir nəticə əldə olunmadığından daha sonra xəstə evə buraxılmışdır. Ev şəraitində müalicə davam etdirilmiş lakin, 25 aprel 2020-ci il tarixdə Hacıqabul rayonu ərazisində yerləşən fermada (təsərrüfat yatağında) X15 vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 06.09.2021-ci il tarixli 05/Q-741-15 nömrəli məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan AZ-İİ 279698 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi ilə X12 rasında 06.09.2018-ci il tarixində Qba rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış 158 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu Xınalıq İƏD-si üzrə nümayəndəliyinin 07.09.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Xınalıq İƏD-si üzrə nümayəndəliyin qeydiyyatında olmaqla, Quba rayonu Qaraçay kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 24 oktyabr 2019-cu il təvəllüdlü X10 25 aprel 2020-ci il tarixdə Hacıqabul rayonunda ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 24 oktyabr 2019-cu il təvəllüdlü X10 25 aprel 2020-ci il tarixdə Hacıqabul rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar