Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2129/2022 01.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 07 aprel 1954-cü il tarixdə Quba rayonunda anadan olmuş X6 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X2 Məhruyə İbrahim qızı ilə birgə nikahlarını qeyd edərək ailə qurublar. Birgə nikahlarından X9 adlı oğlu doğulmuşdur. Lakin bir müddət sonra atasının birinci həyat yoldaşı X12 vəfat edib. X10 vəfatından sonra X8 21 yanvar 1965-ci il tarixində anası X20 ilə birgə nikahlarını qeyd edərək ailə qurub. Birgə nikahlarından bacıları Əskərova (Həsənova) Zenfira Sülevman qızı, Əskərova (Namazova) Aybəniz Süleyman qızı və özü Ərizəçi adlı uşaqları doğulub. X1 1980-ci ilə kimi Quba rayonunda yaşamışdır. 1980-ci ildə X23 işləmək liçün Rusiya Federasiyasının Tomsk şəhərinə getmişdir. Həmin gündən sonra qardaşı Əlihüseyinlə əlaqələri kəsilmişdir. X15 axtarılması ilə bağlı Quba rayon Polis Şöbəsinə müraciət edib. Quba ravon Polis Şöbəsinin 10 avqusl 2022-ei il larixli. 7/7-146-203532 nömrəli məktubu ilə 07 aprel 1954-cü il ləvəllüdlü X5 axiarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məkiubları göndərilməsi və bununla bağlı axtarış tədbirləri həyala keçirilməsi və onunla bağlı hər-hansı bir məlumatlar olarsa xəbər veriləcəyi qeyd edilmişdir. Lakin bu günə kimi X23dən heç bir xəbər yoxdur. Artıq uzun illərdir ki qardaşı ilkin düşmüşdür. Lakin bu günə kimi onu görən və barəsində nə eşidən bilən olmamışdır. Ona görə də qardaşı X3 ölümünün qeydə alınması ilə bağlı Quba ravon Qeydiyyat şöbəsinə müraciət edib. Maraqlı şəxs 12 avqusl 2022-ci il larixli. O5,Q-123 mömrəli məkıubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur, Ögey qardaşının X3 ölmüş elan edilməsi ona notariat işlərinin həlli üçün lazımdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, 07 aprel 1954-cü il tarixdə Quba rayonunda anadan olmuş X6 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X21 bildirdi ki, ərizəçi ilə qohumdurlar. Tahirgil ailədə iki qardaş, iki bacı olublar. X11, təxmini 70–ci illərin ortalarında Rusiyaya gedib, sonuncu dəfə 1980-ci ildə ailəsiylə görüşüb, Rusiyaya gedib, ondan sonra ondan xəbər yoxdur. Onlarla həm qohum, həmdə bir Qubalı kimi çoxdan tanışlığı var. Məhkəmə Ərizəçi və şahid X13 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin 10 avqust 2022-ci il tarixli 7/7-146 7/9- 203537-3122 saylı arayışı ilə 07 aprel 1954-cü il tarixdə Quba rayonunda anadan olmuş X6 axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilməsi və bununla bağlı axtarış tədbirləri həyata keçirilməsi və onunla bağlı hər-hansı bir məlumatlar olarsa, X7 bildiriləcəyi göstərilmişdir. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 10 avqust 2022-ci il tarixli 7/7-146 7/9-203537- 3122 saylı məktubu ilə 07 aprel 1954-cü il tarixdə Quba rayonunda anadan olmuş X6 qohumları ilə əlaqələri itmiş şəxs kimi axtarılır və tapılması üçün axtarış tədbirlərinin davam etdirilməsi qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X11 07 aprel 1954-cü il tarixində anadan olmuş, 19 aprel 1954-cü il tarixli kitabında 154 nömrə ilə qeydiyyat aparılmışdır. X8, anası X12 qeyd olunub. İş materiallarında olan İ-ИЕ 475301 serya və nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 Xatun Nurəddin qızı 21 yanvar 1965-ci il tarixində birgə nikah qeyd etdirərək ailə qurublar. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, elektron informasiya sisteminə əsasən X6 nikahı və övladları barədə heç bir məlumat aşkar olunmamışdı. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05Q/- 423 nömrəli məktubundan görünür ki, X11 barəsində ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.1977-1983-cü illər ölüm haqqında akt qeydləri yoxlanılmış, X11 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 315.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 07 aprel 1954-cü il tarixdə Quba rayonunda anadan olmuş X6 ölmüş elan edilməsi tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 07 aprel 1954-cü il tarixdə Quba rayonunda anadan olmuş X11 ölmüş elan edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2129/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2129/2022
01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver