Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2171/2023 24.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22 mart 1939-cu ildə Quba rayonu, Xınalıq kəndində anadan olmuş X1 28 aprel 2022-ci il tarixdə Quba şəhəri, Ə.Mustafayev küçəsi ev 20-də ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, 22 mart 1939-cu ildə Quba rayonu, Xınalıq kəndində anadan olmuş X6 onun əmisidir. X3 onunla birlikdə Quba şəhəri, Ə.Mustafayev küçəsi ev 20-də yaşamış və 28 aprel 2022-ci ildə vəfat etmişdir. Əmisi, X4 cənazəsi Quba şəhər qəbristanlığında dəfn olunmuşdur. Belə ki, əmisi uzun müddət xəstə olmuş, ailəsi olmadığından onunla bilrikdə yaşamışdır. X1 həqiqətən 28 aprel 2022-ci ildə Quba şəhəri Ə.Mustafayev küçəsi ev 20-də ölməsi və onun Quba şəhər qəbristanlığında dəfn olunmasını şahidlər də təsdiq edə bilərlər. Qeyd edir ki, Maraqlı şəxsnə müraciət etdikdə bildirilmişdir ki, X1 ölüm faktına dair qeydiyyat aparılmamışdır. X4 ölməsi barədə tibbi arayış alınmadığına görə haqqında ölüm şəhadətnaməsi ala bilmir. X1 ölümünün qeyd edilmə faktının müəyyən olunması sənədləşmə işlərinin aparılması üçün zəruridir. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 və X2 Şərafəddin Salaməddin oğlunun 28 aprel 2022ci il tarixdə Quba şəhəri, Ə.Mustafayev küçəsi ev 20-də ölməsini və Quba şəhər Qəbristanlığında dəfn olunmasını təsdiq etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, şahidlər tərəfindən tərtib edilmiş aktı nəzərdən keçirib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan AZE № 02200229 şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 XX.XX.1939-cu il tarixdə Quba rayonu Xınalıq kəndində andan olmuşdur. İş materiallarında olan Quba Rayon İHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 724 №li arayışından görünür ki, Ərizəçi həqiqətən mərhum X3 ilə bir evdə yaşayıb və yataq xəstəsi olan əmisinə qulluq edib. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixdə Ərizəçi, X12, X13, X18 tərəfindən imzalanmış aktın surətindən görünür ki, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmuş X5 28 aprel 2002-ci il tarixdə vəfat etmiş və həmin günü onların iştirakı ilə Quba şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 22 sentyabr 2023-cü il tarixli, 365 №li arayışından görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 03-16-5/8-10-538/2023 nömrəli məktubundan görünür ki, X4 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X4 28 aprel 2022-ci il tarixdə Quba şəhəri, Ə.Mustafayev küçəsi ev 20-də ölümün təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, XX.XX.1939cu ildə Quba rayonu, Xınalıq kəndində anadan olmuş X4 28 aprel 2022-ci il tarixdə Quba şəhəri, Ə.Mustafayev küçəsi ev 20-də ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1939-cu ildə Quba rayonu, Xınalıq kəndində anadan olmuş X4 28 aprel 2022-ci il tarixdə Quba şəhəri, Ə.Mustafayev küçəsi ev 20-də ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2171/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2171/2023
24.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver