Məhkəmə qərarları › İş №2(027)-2173/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2173/2022

30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2173/2022 30.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı ildə Quba şəhərində doğulmuş və xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında vəfat etmiş atası X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, atası X7 xx.xx.1956-cı ildə Quba şəhərində doğulmuş və xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında vəfat etmişdir. Ölümündən sonra isə X19 xidmətinin əməkdaşları gəlsə də, onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etdilər. X1 Quba rayonu Təngəaltı kənd qəbiristanlığında dəfn edilmişdir. Hazırda müvafiq sənədləşdirmə işlərinin aparılması üçün X1nun ölüm faktının təsdiq edilməsi və bunun əsasında ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Quba rayonu Çiçi-Səbətlər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli aktında X1nun Quba rayonu Təngəaltı kənd qəbiristanlığında dəfn edildiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, Bakı şəhəri Maraqlı şəxs2 məhkəməyə ərizə göndərərək, həmin ərizədə işlərinin çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imkanı olmadığına görə məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı tərəflərin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlirilmiş X8 və X4 ifadələrində Ərizəçi atası X3 xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında ölməsini və ünvan 2rasimində iştirak etmələrini bildirmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil kommunal istismar sahəsinin 20 iyun 2022-ci il tarixli 278 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr A.Məmmədov 195 saylı evin 59№li mənzilində qeydiyyatsız yaşayır. İş materiallarında olan AZE seriyalı, 06022481 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1956-cı il tarixdə Quba şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli, 80 №li məktubundan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 09 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, arxiv məlumatlarında əsasən X7 barəsində Maraqlı şəxs1 üzrə xx.xx.2019xx.xx.2022-ci illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli 05/Q-487 nömrəli məktubundan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Quba rayonu, Təngəaltı kənd sakinləri X16, X17, X5 və X6 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, Təngəaltı kənd sakini X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində rəhmətə gedib. Mərhum Quba rayonunun Təngəaltı kəndində kəndində qohumlarının yanında Təngəaltı kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1956-cı il tarixdə Quba şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Quba şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar