Məhkəmə qərarları › İş №2(027)-2180/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2180/2021

27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2180/2021 27.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “qardaşı X8 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 15.09.1971-ci il tarixdə Quba rayonu, Cek kəndində doğulmuş qardaşı X8 26.11.1998-ci il tarixdə Quba rayonu, Cek kəndində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15 onun qardaşıdır. Qardaşı 15 sentyabr 1971-ci il tarixdə Quba rayonu, Cek kəndində doğulmuş və Quba rayonu, Cek kəndində yaşamışdır. Qardaşı Mərdan ruhi xəstə olmuş və 26 noyabr 1998-ci il tarixdə Quba rayonu, Cek kəndində vəfat etmiş, qohumların və qonşuların iştirakı ilə Quba rayonu, Söhüb kənd qəbiristanlığında dəfn olunmuşdur. X13 26 noyabr 1998-ci il tarixdə Quba rayonu, Cek kəndində ölməsi və Cek kənd qəbiristanlığında dəfn olunması ərizəsinə əlavə etdiyi şahidlərin iştirakı ilə Quba RİHB-nın Əlik kənd İƏD üzrə nümayəndəsi tərəfindən 28 sentyabr 2021-ci il tarixdə tərtib və təsdiq edilmiş Akt ilə təsdiq olunur. Maddi imkanı olmadığından qardaşı üçün məzar daşı qoyulmamışdır. Lakin məzarı hal-hazırda Quba rayonu Cek kənd qəbristanlığında yerləşir. Hazırda vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar qardaşı X8 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 22 sentyabr 2021-ci il tarixli, 05/Q-514 saylı məktubu ilə X8 ölümünün qeydə alınmasının qeyri- mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən qardaşı X8 26 noyabr 1998-ci il tarixdə Quba rayonu, Cek kəndində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qardaşı 26 noyabr 1998-ci tarixdə Quba rayonu, Cek kəndində ölməsini və Quba rayonu Cek kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. X1 25.09.2000-ci il tarixdə, X2 02.02.2007-ci il tarixdə vəfat etmişdir. Qardaşı Mərdan isə ailə qurmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, X15 onun xalası oğıu olmuşdur. O, həqiqətəndə 26.11.1998-ci ildə vəfat etmiş və onun dəfnində oda iştirak etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, X15 oğlunu tanıyır. O, həqiqətəndə 26.11.1998-ci ildə vəfat etmiş və onun dəfnində oda iştirak etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Quba şəhərində anadan olmuşdur. Ata qrafasında - X16, ana qrafasında isə - X5 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 15.09.1971-ci il tarixdə Quba rayonu, Cek kəndində anadan olmuşdur. Ata qrafasında - X16, ana qrafasında isə - X5 olaraq qeyd edilmişdir. İş materiallarında olan X4, X9 və X6 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 28.09.2021-ci il tarixli aktdan görünür ki, X15 15.09.1971-ci ildə Quba rayonu, Cek kəndində anadan olmuş və yaşadığı Quba rayonu, Cek kəndində 26.11.1998-ci il tarixində vəfat edərək kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 239 nömrəli, 22.09.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X15 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Əlik İƏD üzrə nümayəndəliyinin 28.09.2021-ci il tarixli arayışından görünür ki, X15 vəfat edənədək ailə qurmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 25.09.2000-ci il tarixdə Quba rayonu, Cek kəndində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02.02.2007-ci il tarixdə Quba rayonu, Cek kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 15.09.1971-ci ildə anadan olmuş X8 26.11.1998-ci il tarixdə Quba rayonu, Cek kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 15.09.1971-ci ildə anadan olmuş X8 26.11.1998-ci il tarixdə Quba rayonu, Cek kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar