Məhkəmə qərarları › İş №2(027)-2191/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2191/2024

23.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2191/2024 23.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ QUBA Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs göstərilməklə ölüm faktının qeydə alınmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X1 15 sentyabr 1996-cı il tarixdə QUBA rayonu İ Nügədi kəndində ölməsinin qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Belə ki, aidiyyət qaydalarına əməl olunmamış, ərizəçinin qeydiyyatda olduğu və yaşadığı yer ünvan 1 ünvan olduğu halda, hazırki iş ərazi aidiyyət qaydaları pozulmaqla, QUBA Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-cı maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs göstərilməklə ölüm faktının qeydə alınmasına dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində QUBA Rayon Məhkəməsinə şikayət (elektron kabinet vasitəsilə) verilə bilər. Hakim : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar