Məhkəmə qərarları › İş №2(027)-2192/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2192/2024

01.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2192/2024 01.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı - 27 may 1988-ci ildə QUBA rayonu, Buduq kəndində anadan olmuş X2 05 mart 1999-cu il tarixdə QUBA rayonu, Buduq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, qızı X7 27 may 1988-ci il tarixdə doğulmuş, 05 mart 1999-cu il tarixdə səhhətinin qəfil pisləşməsi nəticəsində yaşadıqları QUBA rayonu, Buduq kəndində vəfat etmiş və həmin tarixdə kənd qəbristanlığında dəfn olunmuşlar. Bu fakt şahidlərin iştirakı ilə tərtib olunmuş aktla təsdiq olunur. Qızı ev şəraitində vəfat etmiş, qanunun tələbini bimədiklərindən onun ölümü barədə həkim sənədi almamışlar və buna görə də qızının ölümü barədə şəhadətnamə almamışlar. Hazırda vərəslik məsələləri ilə bağlı qızının ölümü barədə şəhadətnamə tələb olunur. Bu barədə Quna rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs 05 avqust 2024-cü il tarixli, 03-16-5/8-10-527 nömrəli məktubu ilə qızı X2 ölümünü təsdiq edən sənəd olmadığından qızının ölümünün qeydə alınmasının qeyrimümkün olması və məhkəməyə müraciət etməkləri izah olunmuşdur. Hazırda vərəslik məsələləri ilə bağlı qızı X2 ölümü barədə şəhadətnamə tələb olunur. Qızının vəfat etməsi faktının müəyyən olunması vərəslik məsələlərinin həlli üçün lazımdır. Onun ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmirəm. Ona görə də qızı X2 ölüm faktının müəyyən olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X14 ərizəni qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X4 bildirmişlər ki, ərizəçini tanıyır. Ərizəçinin qızı X7 27 may 1988-ci ildə QUBA rayonu, Buduq kəndində vəfat etmiş və QUBA rayonu, Buduq kənd qəbristanlığında dəfn olunmuşdur. Onun dəfn mərasimində iştirak etmişlər. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xİİİ-ЖГ seriyalı 265546 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 may 1988-ci ildə doğulmuş, atası Ərizəçi, anası X5r; İş materiallarında olan QUBA rayonu, Buduq kənd sakinləri Ərizəçi, X1 və X3 iştirakı ilə tərtib olunmuş 02 avqust 2024-cü il tarixli aktından görünür ki, 27 may 1988-ci ildə anadan olmuş X7 xx.xx.1999-cu ildə xəstəlikdən vəfat etmişdir. Buduq kənd qəbristanlığında dəfn olunmuşdur; İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 03-16-5/8-10-527/2024 nömrəli məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 05 mart 1999-cu il tarixdə QUBA rayonu, Buduq kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 27 may 1988-ci ildə QUBA rayonu, Buduq kəndində anadan olmuş X2 05 mart 1999-cu il tarixdə QUBA rayonu, Buduq kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 may 1988-ci ildə QUBA rayonu, Buduq kəndində anadan olmuş X2 05 mart 1999-cu il tarixdə QUBA rayonu, Buduq kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar