Məhkəmə qərarları › İş №2(027)-220/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-220/2023

14.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-220/2023 14.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı məxsus «Hyundai Sonata» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili və “Chevrolet Cruise’’ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınaraq, iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Hyundai Sonata” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili və "Chevrolet Cruise” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun mülkiyyətindədir. Cavabdeh avtomobil alğı-satqısı ilə məşğuldur. Yuxarıda qeyd olunan ona məxsus maşınlarını satmaq istəmiş, 2022-ci ilin may ayında həmin şəxs onunla əlaqə saxlamış və müəyyən xidmət haqqı qarşılığında avtomobillərin satışında kömək edəcəyini bildirmişdir. Bu məqsədlə cavabdehə və onun tanışı X7 avtomobillərə dair etibarnamə vermişdir. Bir müddət sonra cavabdeh bildirmişdir ki, avtomobilləri satıb və yaxın zamanda pullarını ona çatdıracaqdır. Hyundai Sonata markalı avtomobili 19000 manata satdırmış, həmin puldan ona 5300 manatı qaytarıb, lakin 14 200 manat borcu qalmışdır. Chevrolet Cruise avtomobilini 12 500 manata satdırmış, ilkin olaraq 2500 manat, bir müddət sonra 4000 manat ödəmiş, hazırda 6000 manat borcu qalmışdır. Lakin həmin vaxtdan artıq 6 aya yaxın vaxt keçməyinə baxmayaraq onun pullarını qaytarmamışdır. Bununla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət və 102 qaynar xəttinə zəng etmişdir. Lakin oradan işin mülki xarakterli olduğunu bildirərək, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişlər. Bundan sonra avtomobillərə dair cavabdehə (və onun tanışı Habilə) verdiyi etibarnamələri ləğv etmiş, avtomobillərinin qaytarılmasını tələb etmişdir. Ucar rayon Məhkəməsinin qərardadı ilə avtomobillərin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulmuşdur. Satmaq sorğusuna cavab olaraq BDYPİ-dən ona bildirilmişdir ki, Chevrolet Cruise markalı maşını hazırda Goranboy rayonunda yaşayan Korobkina Anna adlı tanımadığı şəxsin, Hyundai Sonata markalı maşını isə Ucar rayonunda İbrahimli Rəhim adlı tanımadığı şəxsin istifadəsindədir. Bu şəxslərin heç biri onunla alğı-satqı etməmişdir və onları tanımır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh təkcə bu əməlləri ilə onu aldatmamışdır. Cavabdeh və tanışları bir qrup şəxs halında başqalarını bu formada aldadır. Hal-hazırda da cavabdeh barəsində polis şöbəsində araşdırma davam edir. Bir neçə gün əvvəl cavabdehlə qarşılaşan zaman ona məhkəməyə gəlməsi barədə xəbərdarlıq etsə də, məhkəmənin vaxtından xəbəri olduğunu, lakin məhkəmə prosesində iştirak etməyəcəyini bildirdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş etibarnamənin surətindən görünür ki, İddiaçı “Hyundai Sonata” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. İş materiallarından görünür ki, “Chevrolet Cruise’’ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı mülkiyyətindədir. “Chevrolet Cruise’’ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil etibarnamə əsasında X6 istifadəsinə verilmişdir. Daha sonra həmin avtomobil xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında X4 istifadəsinə verilmişdir. “Hyundai Sonata” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında X2 istifadəsinə verilmişdir. Daha sonra həmin avtomobil xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında Cavabdeh, xx.xx.2022-ci il tarixdə X1, xx.xx.2022-ci il tarixdə X3 istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, , DİN Baş Dövlət Yol Polisi idarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1977-ci il təvəllüdlü İddiaçı adında xx.xx.2022-ci il tarixdən "HYUNDAİ SONATA" markalı **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat və xx.xx.2022-ci il tarixdən "CHEVROLET CRUZE" markalı **- EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. Məhkmə iclasında müəyyən edilmişdir ki, “Chevrolet Cruise’’ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı mülkiyyətindədir. “Chevrolet Cruise’’ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil etibarnamə əsasında X6 istifadəsinə verilmişdir. Daha sonra həmin avtomobil xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında X4 istifadəsinə verilmişdir. “Hyundai Sonata” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında X2 istifadəsinə verilmişdir. Daha sonra həmin avtomobil xx.xx.2022ci il tarixdə etibarnamə əsasında Cavabdeh, xx.xx.2022-ci il tarixdə X1, xx.xx.2022-ci il tarixdə X3 istifadəsinə verilmişdir. İddiaçı ona məxsus olan “Hyundai Sonata” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruise’’ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri etibarnamə ilə Cavabdeh satması üçün vermişdir. Lakin, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, iddiaçının mülkiyyətində olan avtomobilləri müxtəlif şəxslərə satmış və avtomobillərin satışından əldə etdiyi pul məbləğini iddiaçıya verməmişdir. Hazırda iddiaçı “Hyundai Sonata” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruise’’ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əmlakın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əmlakın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əmlakın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əmlakı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.) Əmlakın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əmlakın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əmlakı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.) Qanun yalnız qanunsuz sahiblikdən əmlakın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əmlak cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əmlaka sahibliyi qanuni olsun. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi şərtləri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi avtomobillər məhz cavabdehin sahibliyində olması sübut edilməli, həmçinin cavabdeh avtomobili qaytarmaqdan imtina etməlidir. İddiaçının sözügedən avtomobilin mülkiyyətçisi olması mübahisəsizdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli «Hyundai Sonata» markalı **- CT-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruise’’ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Hyundai Sonata» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruise’’ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar