Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2232/2024 18.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs quba rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs quba rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1922-ci il təvəllüdlü X5 1991ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 1922-ci il təvəllüdlü X5 07 yanvar 1991-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi (atasının anası) X8 1922-ci ilin birinci yarısında doğulmuşdur. Bu barədə Maraqlı şəxs tərəfindən onun adına 01 oktyabr 1938-ci il tarixli, № ******* nömrəli təvəllüd şəhadətnaməsi verilmişdir. X8 01 iyul 1951-ci ildə X4 nikaha daxil olaraq ərinin soy adını qəbul edərək X9 olmuşdur. X9 1991-ci ildə 69 yaşında yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və el adəti üzrə quba qəbirstanlığında dəfn edilərərək məzarına baş daşı qoyulmuşdur. X5 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etdikdə, Maraqlı şəxs №03-16-5/8-10-580/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli məktubu ilə atasının anası X5 ölüm haqqında şəhadətnaməsinin verilə bilməməsi barədə imtina məktubu vermişdir. X19 ilə nənəsi X2 Mikayıl Məmməd oğlu onun atasıdır. Atası, X10 03 dekabr 1995-cı ildə ölmüşdür. Yaşadıqları evi vərəsələrin adına sənədləşdirə bilmək üçün quba notariat kontoruna təqdim olunmalı sənədlərə nənəsi X5 da ölüm haqqında şəhadətnaməsi əlavə edilməsi zəruriyyəti yaranmışdır. Səhlənkarlıq üzündən bu günə kimi nənəsinin vəfatını təsdiq edən ölüm haqqında şəhadətnamə alınmamışdır və hazırda bununla əlaqədar nənəsi X5 məhkəmə tərəfindən ölüm faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, X9 onun qonşusu olmuşdur. X9 07 yanvar 1991-ci il tarixdə quba şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn edilmişdir. O, da onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, X9 onun qonşusu olmuşdur. 1975-ci ildən mərhumu tanımışdır. Mərhumun yoldaşının adı Mikayıl olmuşdur. X9 07 yanvar 1991-ci il tarixdə quba şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn edilmişdir. O, da onun dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İV-ЖГ seriyalı, 393555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə quba şəhərində anadan olmuş, anası X14, atası X1r. İş materiallarında olan ******* saylı SSR X23 Komissarlığının təvəllüd şəhadətnaməsindən görünür ki, Səlimova (Rüstəmova) Məsumə Müslüm qızı 1922-ci ilin İ-ci yarısında anadan olmuşdur. İş materiallarında olan 094459 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, X6 ilə Səlimova (Rüstəmova) Məsumə Müslüm qızı arasında 01 iyun 1951-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra Məsumə Rüstəmova “Səlimova” soyadını almışdır. İş materiallarında olan quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 580 №li məktubundan görünür ki, X5 ölməsi barədə qeydlər aparılmadığından, onların ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 131 nömrəli arayışından görünür ki, X5 barəsində quba rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. quba rayon Qeydiyyat şöbəsi üzrə 1988-1994-cü illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, X9 07 yanvar 1991-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, 1922ci il təvəllüdlü X5 07 yanvar 1991-ci il tarixdə quba çəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 1922-ci il təvəllüdlü X5 07 yanvar 1991-ci il tarixində quba şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1922-ci il təvəllüdlü X5 07 yanvar 1991-ci il tarixində quba şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2232/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2232/2024
18.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver