Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-226/2022 22.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi Qəhraman oğlunun iştirakı ilə Ərizəçi Qəhraman oğlunun Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Qəhraman oğlu məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1949-cu il tarixdə Quba rayonu, Zizik kəndində doğulmuş anası X2 27 oktyabr 2002-ci il tarixdə Quba rayonu, Zizik kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Qəhraman oğlu ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 27 oktyabr 2002-ci il tarixdə Quba rayonu Zizik kəndində vəfat etmiş və Zizik kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin səhlənkarlıq edərək onun ölümünü qeyd etdirməmişdir. O, halhazırda valideynlərindən miras qalmış əmlakı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəyir. Bunun üçün valideynlərinin ölümü haqqında şəhadətnamə tələb olunur. Lakin anası Ş.Əzizovanın ölümü haqqında şəhadətnaməsi olmadığı üçün vərəsəlik hüquqlarımı həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmduğunu qeyd etmişdir. Ərizəsinə əlavə etdiyi Maraqlı şəxs tərəfindən verilmiş məktubundan aşkar olmuşdur ki, atası Ş.Əzizovanın ölümü Maraqlı şəxsndə qeydə alınmamış və mənə bu barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixdə şahidlərin iştirakı ilə tərtib edilmiş aktdan aşkar olur ki, anası Ş.Əzizova 27 oktyabr 2002-ci il tarixdə vəfat etmiş və Quba rayonu Zizik kənd qəbiristanlığında dəfn edilmişdir. Anası Ş.Əzizovanın məzarı mövcuddur və onun məzar daşında 27 oktyabr 2002-ci il tarixdə vəfat etməsi qeyd edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi Qəhraman oğlu ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəliyev Qədim və Babayev Mirzə bildirmişlər ki, xx.xx.1949-cu il təvəllüdlü X4 həqiqətən də, 27 oktyabr 2002-ci il tarixdə Quba rayonu, Zizik kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Qəhraman oğlu xx.xx.1973-cü il təvəllüddə anadan olmuşdur. Onun anası X3r. İş materiallarında olan 605 nömrəli, xx.xx.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X4 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Əzizli X1 qeydiyyatda olmasına baxmayaraq hazırda Alekseyevka kəndində yaşayır. İş materialların olan məzardaşı foto şəkillərindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X4 xx.xx.2002-ci ildə vəfat etmişdir. İş materiallarında olan X7, X8 və Ərizəçi iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, X4 həqiqətən də, xx.xx.2002-ci il tarixdə Quba rayonu, Zizik kəndində vəfat etmiş Quba rayonu Zizik kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin olunaraq, xx.xx.1949-cu ildə anadan olmuş X2 xx.xx.2002-ci il tarixdə Quba rayonu, Zizik kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1949-cu ildə anadan olmuş X2 xx.xx.2002-ci il tarixdə Quba rayonu, Zizik kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-226/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-226/2022
22.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver