Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2266/2022 08.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla X6 arasında 18 avqust 2022-ci il tarixdə Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X5 iştirakı ilə imzalanmış barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1405/2021 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ilə cavabdeh X3 arasında xx.xx.2013-cü 11 tarixdə bağlanmış Quba rayon Qeydiyyat Şöbəsində 0294 nömrəli akt qeydi ilə qeydə alınmış nikahımız pozulmuş, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş övladları-xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 onun yanında qalmaları qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-(105)-917/2022 saylı qətnaməsinə əsasən Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1405/2021 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı Maraqlı şəxs ilə cavabdeh X2 birgə nikahlarından doğulmuş övladları-xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016cı il təvəllüdlü X6 anaları-X2 yanında qalmalarına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Uşaqları onun himayəsində olduğundan cavabdeh Maraqlı şəxs alimentin tutulması tələbinə dair təkliflə ilkin olaraq qarşı tərəf olan Maraqlı şəxs, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra Maraqlı şəxs aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışdır. Mediasiya sessiyasında aralarında olan danışıqlar zamanı Maraqlı şəxs, övladları-xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 2022-ci ilin sentyabr ayından başlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla hər ay cəmi 200 manat məbləğində aliment ödəyəcəyinə razılıq vermiş və bununla bağlı mediator X5 iştirakı ilə xx.xx.2022-ci il tarixdə tərəflər arasında Barışıq sazişi imzalanmışdır. Bundan başqa onunla Maraqlı şəxs və mediator arasında xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 3 tərəfli müqavilə imzalanmışdır. Cavabdeh mediasiya sessiyası zamanı Barışıq sazişində ödəyəcəyi 200 manat məbləğində alimentdən başqa uşaqların repetitor müəllim yanında dərs almaları üçün əlavə olaraq 60 manat ödəyəcəyini bildirmişdir. Cavabdeh barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunduqdan sonra icra edəcəyini bildirir. X6 ilə aramızda bağlanan barışıq sazişinin 2.4-cü bəndinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfiəri digər tərəf ona ödəməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından – xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt rayon Məhkəməsinin 2(027)-917/2022 saylı, xx.xx.2022-ci il tarixli qətanməsi ilə, iddiaçı Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Quba Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(027)-1406/2021 saylı qətnaməsi 02 dekabr 2014-cü il təvəllüdlü X7 və 07 noyabr 2016-cı il təvəllüdlü X4 anaları X2 yanında qalmalarına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barşıq sazişinin könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, Ərizəçi Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq barış sazişi Ərizəçi aid hissədə təsdiq edilməli və ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq barış sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2266/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2266/2022
08.09.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver