Məhkəmə qərarları › İş №2(027)-2287/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2287/2025

18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2287/2025 18.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.1987-ci il tarixdə doğulmuş X4 xx.xx.1997-ci il tarixdə Quba rayonu, Haputlu kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsasalandırmışdır ki, o, Ərizəçi həyat yoldaşı X14 ilə xx.xx.1984-cü il tarixdə nikahları rəsmiləşdirmişlər. xx.xx.1987- ci ildə övladı Ramazan doğulmuşdur. O, xx.xx.1997-ci il tarixdə Quba rayonu, Haputlu kəndində vəfat etmişdir, oğlu Ramazanın ölümü səhlənkarlıqdan və bilməməzlikdən vaxtında aidiyyəti orqanlarda qeydə alınmamışdır. Bu səbəbdən də Ramazan üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Övladı Ramazanın xx.xx.1997-ci il tarixdə vəfat etməsi və Quba rayon Haputlu kənd qəbiristanlığında dəfn edilməsi ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkili və Aktla da təsdiq olunur. Vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar oğlu Ramazanın ölüm haqqında şəhadətnamə tələb olunduğundan ölüm haqqında şəhadətnamənin verilməsi üçün Quba regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Quba regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin 12 may 2025-ci il tarixli 03- 16-5/8-15-207/2025 saylı məktubu ilə oğlu X4 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Həmçinin Azərbaycan Respublikası TƏBİB PHŞ Quba rayon Mərkəzi Xəstəxanası PHŞ-nın 04 iyul 2025-ci il tarixli 18-1-56/2-M-33xx-xx- 2633/2025 saylı məktubunda da məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən övladı X4 vəfat etmələri faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli oldu. Qeyd edir ki, X5 məxsus doğum qeydindən çıxarışın alınması üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir. X4 ölməsi barədə qeydiyyat şöbəsində məlumat olmadığından, ona övladına məxsus doğum qeydindən çıxarışın verilməsindən şifahi olaraq imtina edilmişdir. Ona görə də, övladı X4 doğum qeydindən çıxarışı Qeydiyyat Şöbəsindən tələb edib işə əlavə edilməsini xahiş edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Ölüm faktının qeydə alınmasının müəyyən sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X6 bildirdi ki, ərizəçi həmkəndliləridir, ərizəçinin oğlu X9 xx.xx.1997-ci il tarixdə Quba rayonu, Haputlu kəndində atdan yıxılıb vəfat etmişdir və onun dəfn mərasimində iştirak etmişlər. III. İşin faktiki halları: Belə ki, iş materiallarına əlavə edilmiş: -Quba RİHB-nın Əlik kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 050 №li arayışından görünür ki, Məcidov X3 inzibati ərazi dairəsinin Haputlu kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. -AZ-ЖГ 383928 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X14 arasında nikah 14 sentyabr 1984-cü il tarixdə bağlanmışdır. -Quba refional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 17 avqust 2025-ci il tarixli, 3-16-5/7-69-1233/2025 saylı arayışdan görünür ki, X9 09 may 1987-ci ildə Quba rayonu, Haput kəndində anadan olmuşdur. X1 və anası X10r; - Maraqlı şəxs xx.xx.2024-cü iltarixli 48 № nömrəli arayışından görünür ki, X9 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadı. -Maraqlı şəxs xx.xx.2024-cü iltarixli 3-16-5/8-10-160/2024 nömrəli məktubdan görünür ki, X4 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; - Quba rayonu Haputlu kənd sakinləri Ərizəçi, X11 və X7 tərəfindən tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli aktda X4 xx.xx.1997-ci il tarixdə Quba rayonu, Haputlu kənd qəbristanlığında dəfn edilməsini təsdiq etmişlər. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə təsdiq olundu ki, X9 xx.xx.1997-ci il tarixdə Quba rayonu Haputlu kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi qeydiyyat şöbəsinə müraciət etsə də, oğlunun ölüm haqqında şəhadətnaməsin ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X4 xx.xx.1997-ci il tarixdə Quba rayonu, Haputlu kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 09 may 1987-ci ildə Quba rayonu, Haput kəndində anadan olmuş X4 xx.xx.1997ci il tarixdə Quba rayonu, Haputlu kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. IV. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 may 1987-ci ildə Quba rayonu, Haput kəndində anadan olmuş Məcidov (Mecidov) Ramazan Üzeyir oğlunun xx.xx.1997-ci il tarixdə Quba rayonu, Haputlu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar