Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-230/2023 30.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alq-satqı əqdin etibarlı hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 05 mart 2005-ci il tarixdə bağlanmış, Quba rayon X4 Rəyasət Heyətinin 14 aprel 1994-cü il tarixli, 3 saylı qərarı ilə Quba şəhər sakini Cavabdeh kommersiya köşkü yerləşdirməkdən ötrü Quba şəhərinin 4-cü məhəlləsindən ayrılmış 18 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının Cavabdeh tərəfindən ona satılması barədə alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayon X4 Rəyasət Heyətinin 14 aprel 1994-cü il tarixli, 3 saylı qərarı ilə Quba şəhər sakini Cavabdeh kommersiya köşkü yerləşdirməkdən ötrü Quba şəhərinin 4-cü məhəlləsindən 18 kv.metr torpaq sahəsi ayrılmışdır. Sonradan cavabdeh həmin torpaq sahəsində kommersiya obyekti inşa etmişdir. 2005-ci ilin əvvəllərində Cavabdeh ona müraciət edərək göstərilən obyekti satmaq istədiyini bildirdi. Onlar qarşılıqlı razılaşma əsasında mağazanın qiymətini 4000 ABŞ dolları məbləğində qiymətləndirmişlər və mən həmin dövrdə Zəkiyənin pula ehtiyacının olmasını, həmçinin ailələrinin bir-birlərini çoxdan tanıdıqlarını, ailələri arasında yaxın münasibətlər olmasını nəzərə alaraq göstərilən 4000 (dörd min) ABŞ dollarını alqı-satqı notatiatda rəsmiləşməmiş, dərhal ona ödəmişdir. Bu barədə o, Cavabdeh ilə 05 mart 2005-ci ildə müvafiq alq-satqı müqaviləsini imzalamışlar və həmin müqaviləyə əsasən o, Cavabdeh 4000 ABŞ dollarını ödədi, o və Zəkiyənin həyat yoldaşı Əli Əliyev müqaviləni imzaladılar. Həm də Zəkiyə mağazanın sənədlərinin notariatda alqı-satqı aparmaq üçün tam hazır olan kimi alqı-satqını notariatda rəsmiləşdirəcəkləri barədə öhdəlik imzaladı. Cavabdeh göstərilən mağazanı dərhal - 05 mart 2005-ci ildə ona təhvil verdi və həmin tarixdən hal-hazıra qədər mağaza onun istifadəsində, sahibliyində və sərəncamındadır. Lakin 05 mart 2005-ci ildən sonra o dəfələrlə alqı-satqının notariatda rəsamiləşdirilməsi xahişi ilə müraciət etsə də, hər dəfəsində, Cavabdeh yaxında bunu edəcəyini bildirsədə sırf onun təqsiri üzündən indiyə qədər alqı-satqı notariatda rəsmiləşmədən qalıb. Qeyd edir ki, onun Cavabdeh mağazanı almağında əlaqədar yuxarıda göstərilmiş bütün hallara riayət olunmuşdur. Göstərilən səbəblərdən Quba rayon X5 Rəyasət Heyətinin 14 aprel 1994-cü il tarixli, 3 saylı qərarı ilə Quba şəhər sakini Cavabdeh kommersiya köşkü yerləşdirməkdən ötrü Quba şəhərinin 4-cü məhəlləsindən ayrılmış 18 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının Cavabdeh tərəfindən ona satılması barədə alqı-salqı əqdinin etibarlı sayılması üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Obyekt onun tərəfindən qanuni əsaslarla əldə olunduğundan, hesab edir ki, alqı-satqı əqdi etibarlı sayılmalıdır. Həmçinin bildirir ki, göstərilən torpaq sahəsinin yerləşməsi, həmçinin orada tikilmiş kommersiya obyektinin yerləşməsi və quruluşu digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və bunlar iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunmasını və iddia tələbinə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Quba RİHB-nın Quba şəhər üzrə nümayəndəsinin 18 mart 1994-cü il tarixli, RİHB-nın Quba şəhəri üzrə nümayəndəsini müavini İ.İsmayılovun, rayonun baş memarı F.Qurbanov, şəhərin memarı B.İzrailov, rayon CEC-nin baş həkimi F.Məhərrəmov, rayon yanğın nəzarəti müfəttişliyinin rəisi R.Abdullayev, Quba şəhəri, Miçurin küçəsi 1 №li dalan 5 №li evdə yaşayan X1 iştirakı ilə tərtib edilmiş rəydən görünür ki, komersiya köşkünün yerləşdirilməsi üçün şəhərin 4 №li məhəlləsindən 18 kv.m torpaq sahəsinin ayrılması məqsədə müvafiq ola bilər. Göstərimiş sahədə şəhərin baş planına əsaəsn digər sosial obyektlərin tikintisi nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2013-cü il tarixli, 209 saylı arayışından görünür ki, Quba rayon X4 Rəyasət heyətinin 14 aprel 1994-cü il tarixli, 03 №li protokoluna əsasən Quab şəhər sakini X2 rayon X3 yazdığı ərizəsi və rayon Sovetinin torpaq komissiyasının xx.xx.1994-cü il tarixli(pr.3) iclasının qərarı nəzərə alınaraq, ona kommersiya köşkü yerləşdirməkdən ötrü şəhərin 4-cü məhəlləsindən 18 kv.metr torpaq sahəsi ayrılmışdır. -Eksiz Layihədən görünür ki, Cavabdeh obyektinin tikintisinin eskiz layihəsi işlənib hazırlanmışdır. 05 mart 2005-ci il tarixdə tərəflər arasında tərtib olunmuş müqavilədən görünür ki, Cavabdeh Quba rayon X4 Rəyasət Heyətinin 14 aprel 1994-cü il tarixli, 03 saylı qərarı ilə ayrılmış 18 kv.mert torpaq sahəsində yerləşən Quba şəhərinin 4-cü məhəlləsindəki qeyriyaşayış binasını 4000 (dörd min) ABŞ dollarına İddiaçı satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq mülki hüquq münasibətlərinin subyektləri arasında yaranmış mübahisələr, həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan mülki qanunvericilik müddəalarına əsasən həll olunmalı olduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin həlli üçün 2000-ci il sentyabrın 1-dən sonra qüvvədə olan mülki qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu tələb üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh 2005-ci ilin mart ayının 05-də yazılı şəkildə alqı-satqı müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh ona məxsus, Quba rayon X4 Rəyasət Heyətinin 14 aprel 1994-cü il tarixli, 03 saylı qərarı ilə ayrılmış 18 kv.mert torpaq sahəsində yerləşən Quba şəhərinin 4-cü məhəlləsindəki qeyri-yaşayış binasını İddiaçı satmış, sonuncu da həmin qeyri-yaşayış binasının dəyərini Cavabdeh ödəmişdir. Tərəflər həmin qeyr-yaşayış biansının alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsinə dair razılığa gəlmişlər. Satdığı həmin vaxtdan obyekt binası İddiaçı faktiki sahiblik və istifadəsinə keçmişdir. Alqı-satqısı barədə tərəflər arasında bağlanmış müqavilə qanuna zidd deyil və o, yazılı formada tərtib olunmuşdur. Lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, 18 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırmış, müqavilənin notarial qaydada rəsmiləşdirilməməsi onun təqsiri üzündən baş vermişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında Quba rayon X4 Rəyasət Heyətinin 14 aprel 1994-cü il tarixli, 3 saylı qərarı ilə Quba şəhər sakini Cavabdeh kommersiya köşkü yerləşdirməkdən ötrü Quba şəhərinin 4-cü məhəlləsindən ayrılmış 18 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının Cavabdeh tərəfindən İddiaçı satılması barədə 05 mart 2005-ci il tarixdə bağlanmış, alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Quba rayon X4 Rəyasət Heyətinin 14 aprel 1994-cü il tarixli, 3 saylı qərarı ilə Quba şəhər sakini Cavabdeh kommersiya köşkü yerləşdirməkdən ötrü Quba şəhərinin 4-cü məhəlləsindən ayrılmış 18 kv.metr torpaq sahəsində yerləşən qeyriyaşayış binasının Cavabdeh tərəfindən İddiaçı satılması barədə 05 mart 2005-ci il tarixdə bağlanmış, alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-230/2023
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-230/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver