Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2320/2024 21.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs QUBA rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1895-ci ildə QUBA şəhərində doğulmuş X5 16 avqust 1943-cü il tarixdə Rusiya Federasiyası Krasnoyarsk əmək düşərgəsində həbsxanada ağciyər vərəmindən vəfat etməsi faktının müəyyən edilməsi (Şpalozavod qəbiristanlığında tanınmayan B-4 saylı qəbirdə dəfn olunmuş) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X19 xx.xx.1976-cı il tarixdə X17 ilə nikaha daxil olaraq, Məhərrəmova soyadını qəbul etmişdir. Əri xx.xx.1955-ci ildə QUBA şəhərində doğulmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ərinin atası, yəni qayınatası X20 1923-cü ildə QUBA şəhərində doğulmuş və 13 aprel 1994-cü ildə QUBA şəhərində vəfat etmişdir. X4 babası X12 1895-ci ildə QUBA şəhərində doğulmuşdur. Ölüm haqqında şəhadətnamələrin verilməsinə dair Xaçmaz rayon Mərkəzi xəstəxanasında heç bir məlumat yoxdur. X2 25 iyul 2016-cı il tarixdə və X18 24 noyabr 2023-cü il tarixdə vəfat etmişlər. Həsən Məhərrəmov xx.xx.1938-ci il tarixdə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sahə iclasında AZSSR Cinayət Məcəlləsinin 64. 18-70-73 maddəsi ilə xx.xx.1937-ci il tarixdən başlayaraq 10 il müddətinə ittiham edilmişdir.Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Krasnoyarsk diyarının baş idarəsinin xx.xx.2020-ci il tarixli 1914 nömrəli arxiv arayışında X5 1939-cu ilə qədər SSRİ NKVD-nin Krasnoyarsk əmək düşərgəsinini İnqaş ayrı düşərgə məntəqəsindəki Vladimirovsk həbsxanasından gəlməsi, X5 16 avqust 1943-cü ildə həbsxanada ağciyər vərəmindən vəfat etməsi və Şpalozavod qəbiristanlığında tanınmayan B-4 saylı qəbirdə dəfn olunduğu qeyd olunmuşdur. Bildirir ki, vərəsəlik məsələlərinin həlli ilə əlaqədar X5 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bu vaxta kimi bəzi səbəblərdən X5 ölümünü rəsmiləşdirə bilməmişdir. X5 ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin QUBA filialına müraciət etmişdir. Müvafiq idarənin 15 mart 2022-ci il tarixli 149 saylı cavab məktubunda X5 barəsində vərəsəlik işinin açılmadığı qeyd olunmuşdur. QUBA rayon Qeydiyyat şöbəsinin 31 iyul 2024-cü il tarixli 03-16- 5/8-10-517/2024 saylı məktubu ilə X5 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Qanuni nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmiş və müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasında QUBA rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X29 izahatında ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, o 1937 –ci ildə QUBA şəhərində doğulmuşdur. Ağlı kəsəndən A.Məhərrəmovu tanımış, belə ki, qonşu olmuşlar. Ərizəçi Nazilə X6 yoldaşıdır. Adilin atası Həsəni görməsə də, yaxın qohumlardan eşitmişdir ki, atasının adı Həsən olmuşdur. Hal-hazırda Nazilənin yaşadığı ev qaynatası Adilin atası Həsənindi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2020ci il tarixli M-120 saylı arxiv arayışından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə QUBA şəhər məscidinin sənədlərində Əbdül Həsən (sənəddə olduğu kimi) Əbdül Əli oğlunun doğum tarixinə dair məiumat aşkar olunmuşdur. Dogum tarixi: 18 aprel 1891-ci il, Valideynləri: atası - X14,anası - X9r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin QUBA filialı xx.xx.2022ciil tarixli arxiv arayışından göründüyü kimi, QUBA Notariat kontorunun 1943-1950-ci illərə aid sənədlərində X5 ölümündən sonra vərəsəlik işinin açılması haqqında məlumat aşkar edilməmişdi. QUBA rayon Qeydiyyat şöbəsinin 31 iyul 2024-cü il tarixli 03-16-5/8-10-517/2024 saylı məktubu ilə X5 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Cəzaların İcrasının Federal Xidməti Krasnoyarsk diyarının baş idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1914 saylı arxiv arayışının tərcümə olunmuş surətindən göründüyü kimi, 1895-ci il təvəllüdlü QUBA şəhərinin vətəndaşı olan X7 milliyyətcə azərbaycanlı, sosial vəziyyəti - işçi, həbsdən əvvəl - RİK-in xüsusi şöbəsinin müdir müavini olduğu " Sənəddə elə verilir", həbsdən əvvəl yaşayış yeri - ünvan 1; xx.xx.1938 tarixində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Sahə iclasında AzSSR Cinayət Məcəlləsinin 64, 18-70-73 maddəsi ilə, 5 il siyasi hüquqlarında məğlubiyyət və bütün şəxsi əmlakına müsadirə ilə, xx.xx.1937-ci il tarixindən başlayaraq 10 il müddətinə ittiham edilmişdi. X5 1939-cu ilə qədər SSRİ NKVD-nin Krasnoyarsk əmək düşərgəsinini İnqaş ayrı düşərgə məntəqəsindəki Vladimirovsk həbsxanasından gəlməsi (Kraslaqm İngaş OLP). X5 16 avqust 1943-cü ildə həbsxanada ağciyər vərəmindən vəfat etməsi və Şpalozavod qəbiristanlığında tanınmayan B-4 saylı qəbirdə dəfn olunduğu qeyd olunmuşdur. İş materiallarında olan Texniki İnventarizasiyası və Qiymətləndirilməsinə aid Pasportun surətindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X8 məxsus olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1955-ci ildə QUBA şəhərində doğulmuş, atası- X20, anası- X3r. İ-ЖГ 386751 “Nikah haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, X17 ilə X19 01.xx.xx.1995-ci il tarixdə QUBA rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 95 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Məhərrəmova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin nümayəndəsinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 1895-ci ildə QUBA şəhərində doğulmuş X5 16 avqust 1943-cü il tarixdə Rusiya Federasiyası Krasnoyarsk əmək düşərgəsində həbsxanada vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 1895-ci ildə QUBA şəhərində doğulmuş X5 16 avqust 1943-cü il tarixdə Rusiya Federasiyası Krasnoyarsk əmək düşərgəsində vəfat etməsi barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilsin. Qətnamə QUBA rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2320/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2320/2024
21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver