Məhkəmə qərarları › İş №2(027)-2356/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2356/2025

04.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2356/2025 04.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞS/MT030/2025/00463 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 20 iyul 2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçıya “Əlikişiyeva” soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019 ilin iyul ayının 20 günündə 2447 № ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından 1 övladı var: 29 iyun 2020-ci il təvəllüdlü X5. Ərizəçi “Nikahın pozulması” tələbi ilə bağlı olaraq mediasiyaya müraciət etmiş, tərəflər ilkin mediasiya sessiasında iştirak etmişlər. İlkin mediasiya sessiaysında tərəflər arasında xx.xx.2025-ci il tarixdə MŞS/MT030/2025/00463 saylı barışıq sazişi imzalanmışdır. Həmin sazişin şərtlərinə görə birgə nikahdan olan 29 iyun 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanmaları üçün 02 aprel 2025-ci il tarixdən başlayaraq Ərizəçi qızma ödənilməsi barədə razılığa gəlmişlər. Lakin, Maraqlı şəxs alimenti vaxtlı-vaxtında ödəməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizədə qeyd olunan tələbləri qəbul edərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1) xx.xx.2020-ci il təvəllüdlü X5 2) Mediasiya prosesində -X6 ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X7 . Uşağın saxlanılması üçün Maraqlı şəxs (uşağın atası) 250 (iki yüz əlli) manat alimenti xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. 3) Mediasiya prosesində -X8 (uşağı-atası) və Ərizəçi (uşağın anası) övladı: xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi anası X1 himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. 4) Mediasiya prosesində-Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın-atası) aralarında imzalanacaq sazişə əsasən övladı: xx.xx.2020-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs ilə hər həftənin bazar gün və saat 12:00-dan 17:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə X4 razılaşaraq öhdəlik götürdü. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə borcla bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyi halda ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin borc müqaviləsi ilə əlaqədar tərəflərdən birindən digərinin xeyrinə borc tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhərində Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumaqıt şəhər Mediasiya təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) xx.xx.2020-ci il təvəllüdlü X5 2) Mediasiya prosesində -X6 ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X7 . Uşağın saxlanılması üçün Maraqlı şəxs (uşağın atası) 250 (iki yüz əlli) manat alimenti xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. 3) Mediasiya prosesində -X8 (uşağı-atası) və Ərizəçi (uşağın anası) övladı: xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi anası X1 himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. 4) Mediasiya prosesində-Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın-atası) aralarında imzalanacaq sazişə əsasən övladı: xx.xx.2020-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs ilə hər həftənin bazar gün və saat 12:00-dan 17:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə X4 razılaşaraq öhdəlik götürdü. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar