Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2380/2025 21.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı2 Ərəstun qızının (həmçinin, İddiaçı1 nümayəndəsi), Cavabdeh3 nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Ərəstun qızının cavabdehlər Cavabdeh3, Quba şəhər Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin etibarsız sayılması və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı1 və İddiaçı2 Ərəstun qızı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.004 ha torpaq sahəsinin satışına dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi 09 mart 2018-ci il tarixli, 08/02 saylı hərracın nəticələrinə dair protokolun və həmin protokol əsasında verilmiş AM seriyalı 004681 saylı şəhadətnamənin, həmin protokol və şəhadətnamə əsasında göstərilən 0.004 ha torpaq sahəsinə dair Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən 0.004 ha torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********91 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar ər-arvad olmaqla ünvan 4 nömrəli evdə yaşayır. 2015-ci ildə Quba Bələdiyyəsinin yanında yerləşən 0.034 ha torpaq sahəsinin ona satılması barədə bələdiyyəyə müraciət etmişlər. Bələdiyyə onlara göstərilən torpaq sahəsinin 0.03 ha hissəsinin hərrac yolu ilə satılması mümkün olduğunu, qalan 0.004 ha hissəsinin yaşıllıq zolağı olduğunu, həmin 0.004 ha torpaq sahəsində tikinti işlərinin aparılarsa yolun gediş-gəlişinə maneə olacağını, həm də yaşıllıq zolağına zərər dəyəcəyini bildirməklə, onlara 0.03 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** nömrəli çıxarış almışlar. Bir müddət keçdikdən sonra Cavabdeh3 və onun həyat yoldaşı onlar iddiaçıların evinin və Quba Bələdiyyəsindən satın aldığı 0.03 ha torpağın qarşısında olan 0.004 ha torpaq sahəsini satın alaraq orada üç mərtəbəli bir obyekt tikəcəklərini və bu barədə bələdiyyədən razılıq aldıqlarını bildirdilər. Bununla onlar iddiaçılar Quba Bələdiyyəsinə və digər təşkilatlara ərizə yazaraq iddia predmeti olan 0.004 ha torpağın yaşıllıq zolağın olduğunu, alqı-satqının obyekti ola bilməməsini, həmin torpaq sahəsi satılacağı təqdirdə onlara həmin torpağı almaqda üstünlük hüququnun olmasını bildirmiş, lakin onlar müraciətləri müxtəlif başdan sovdu cavablar verərək aldatmışdılar. 2021-ci ilin ortalarında Cavabdeh3 mübahisə predmeti olan 0.004 ha torpağı satın aldığını və onlar həyətinin qarşısında onlar məxsus olan kubik daşlarının yığışdırmağı tələb edərək onlara hədə-qorxu gəlməyə başlamış, onlar iddiaçılar isə həmin sahənin yaşıllıq zolağı olması və həmin sahədə tikinti işləri aparılarsa onlar torpağına giriş-çıxış yolunun və evinin bütün görünüşü bağlanacağını, digər tərəfdən də 0.004 ha C.Cabbarlı küçəsi ilə T.Aslan küçəsinin kəsişdiyi hissədə nəqliyyatın istensiv hərəkəti olan bir sahə olması səbəbi ilə orada hər hansı bir tikinti işləri aparmağın mümkün olmamasını bildirmişlər. 2021-ci ilin noyabr ayında Quba rayon Məhkəməsindən onlara məhkəmə bildirişi və Cavabdeh3 ona məxsus 0.004 ha torpaqdan çıxarılmağı barədə iddia ərizəsi gəldikdə məlum oldu ki, Quba bələdiyyəsi mübahisə predmeti olan 0.004 ha torpağı qərar verərək Cavabdeh3 satmış cavabdeh öz adına **********91 saylı çıxarış almışdır. Cavabdeh3 iddiası üzrə işin baxılması 06 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Quba Bələdiyyəsinin bu haqsızlığını, qanunsuzluğunu qəbul edə bilmirlər, ona görə də Quba bələdiyyəsinin Cavabdeh3 satılmasına dair Qərarın mübaisələndirmək qərarına gəlmişlər. Qeyd olunan qərarın ləğv edilməsi barədə Quba şəhər bələdiyyəsinə müraciət etmiş, Quba bələdiyyəsi özünün 20 dekabr 2021-ci il tarixli 1162 №-li məktubu ilə qeyd etdiyi məsələ mübahisə predmeti olduğuna görə aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmiş, ona görə də iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(118)-912/2022 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Qərardadda qeyd olunur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba bələdiyyəsinin mülkiyyətində olan 40 m2 torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz ərazi Torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi hərracın qalibi Cavabdeh3 olmuş və hərracın nəticəsi olaraq həmin təşkilat tərəfindən 08/02 saylı 09 mart 2018-ci il tarixli protokol tərtib edilmiş və Seriya nömrəsi AM olan 004681 saylı şəhadətnamə verilmişdir. Qeyd olunan hərracın yekun protokolu əsasında hərracın qalibi olmuş Cavabdeh3 ilə ünvan 3 ünvanında yerləşən 0.004 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı- satqı müqaviləsi əsasında Cavabdeh3 DƏDRX-nin 5 saylı Ərazi İdarəsində mülkiyyət hüquqlarını qeydə aldıraraq əmlakın mülkiyyətçisi olmuşdur. Hazırki, iddia tələbi üzrə iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin onların mülkiyyətində olan torpaq sahəsinin önündə yerləşməsini səbəb gətirərək Cavabdeh3 adına Quba bələdiyyəsi tərəfindən 0.004 ha torpaq sahəsinin ayrılması barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş edirlər. Halbuki qeyd olunan torpaq sahəsi Quba bələdiyyəsinin qərarı əsasında deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz ərazi Torpaq müsabiqə və hərrac komissiyası (hal- hazırda həmin qurumun adı dəyişdirilərək “X9” publik hüquqi şəxs olmuşdur) tərəfindən keçirilmiş hərracın nəticəsinə dairv tərtib edilmiş protokolun əsasında Cavabdeh3 ilə Quba bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu isə hazırki iddia tələbi üzrə Quba bələdiyyəsinin cavabdeh olmasını istisna edir. Hesab olunur ki, iddiaçılar Quba bələdiyyəsinin Cavabdeh3 qızma torpaq sahəsinin ayrılması haqqında mövcud olmayan qərarını mübahisələndirmək əvəzinə Quba şəhəri, Qələbə küçəsi, ev 8 ünvanında yerləşən 0.004 ha torpaq sahəsinə dair X3rşı iddia tələbi qaldıraraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi hərracın nəticələrini mübahisələndirilməlidirlər. Mübahisəli 0.004 ha torpaq sahəsinin Cavabdeh3 hərracın nəticələri əsasında satıldığını bilmir. Yalnız Sumqayıt İnzibati Məhkəməsinin qərardadını aldıqdan sonra bunu bilmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə müraciət etmişlər. Hesab edir ki, göstərilən 0.004 ha torpaq sahəsinin Quba şəhər bələdiyyəsi tərəfindən “Yaşayış məntəqələrinin torpaqları” statusu ilə satılması üçün hərraca çıxarılması, həmin torpaq sahəsinin Auksion Mərkəzinin 13 saylı Xaçmaz Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərraca çıxarılması, yekun protokolu ilə Cavabdeh3 hərracın qalibi elan edilərək ona müvafiq şəhadətnamənin verilməsi, həmin şəhadətnamə əsasında 0.004 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə Quba Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsi qanunsuz olmaqla bunun əsasında Cavabdeh3 adına həmin 0.004 ha torpaq sahəsinə aid dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, mübahisəli 0.004 ha torpaq sahəsi qanuni əsaslarla əldə etdiyi ünvan 4 ünvanda yerləşən 0.03 ha torpaq sahəsində inşa etdirdiyi yaşayış evinin düz qarşısında yerləşməklə yolun kənarında salınmış yaşıllıq zolağına aiddir. Həmin 0.004 ha torpaq sahəsi Quba şəhər bələdiyyəsinin mülkiyyətində olsa da, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid deyildir və yaşayış evinin tikintisi üçün vətəndaşa satılması qeyri-qanunidir. Göstərilən 0.004 ha torpaq sahəsinin Cavabdeh3 satılması nəticəsində onlar iddiaçıların hüquqları pozulmuşdur. Belə ki, həmin torpaq sahəsində Cavabdeh3 tərəfindən hər hansı tikili ( istər yaşayış sahəsi, istərsə də qeyriyaşayış sahəsi) inşa edilərsə onlar iddiaçılara məxsus yaşayış evinin geniş-gəliş yoluna maneə yaradacaq, bundan da əlavə həmin tikili qarşıdan keçən yolun kənarında (bir metrədən də az məsafədə) yerləşməklə nəqliyyat vasitələrin və piyadaların təhlükəsizliyinə ciddi maneələr yaradır. Həmçinin onu da etmək lazımdır ki, cavabdehə satılmış ümumiyyətlə Quba şəhərində yaşayış evinin tikintisi üçün 40 kv.m torpaq sahəsinin satılması absurd bir haldır. İİ Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 Ərəstun qızı iddianı müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər Quba şəhər Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİİ İşin halları AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Torpaq müsabiqə və komissiyası tərəfindən 09 mart 2018-ci il tarixdə 4681 nömrə ilə qeydə alınmaqla hərracın qalibi olan Cavabdeh3 AM seriyalı 004681 nömrəli şəhadətnamə verilmişdir. AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracın nəticələri barədə 09 mart 2018-ci il tarixli 08/02 nömrəli protokola əsasən komissiya tərəfindən Quba rayonu ərazisində yerləşən quba bələdiyyə dövlət mülkiyyətinə aid 40 kv.m torpaq sahəsinin satılması məqsədilə 09 mart 2018-ci il tarixdə keçirilən hərracda iştirak edən iki şəxsin (Cavabdeh3 və X5) siyahısı təsdiq edilmişdir. Quba Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 15 mart 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 5 ünvanında yerləşən 0.004 ha torpaq sahəsini alıcı Cavabdeh3 satmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0.004 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba şəhərində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. Quba rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh3 ünvanlanmış 26 dekabr 2019-cu il tarixli məktubla qeyd edilmişdir ki, müəyyən şərtlər daxilində, eyni zamanda təsdiq olunmuş layihəyə uyğun olaraq tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti etiraz etmir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Səttər qızının cavabdeh Quba rayon Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin 0.004 ha torpaq sahəsini X1 barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Quba rayon Məhkəməsinin 2(027)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********91 reyestr, ********** qeydiyyat nömrəli, 24 may 2021-ci il tarixli çıxarışa əsasən iddiaçı Cavabdeh3 mülkiyyətində olan Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,004 ha torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə və tikinti işlərinin aparılmasına cavabdehlər X8 və İddiaçı1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qərara alınmışdır. Quba rayon Məhkəməsinin 3(027)-409/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə qərardan verilmiş şikayət təmin edilməmişdir. Quba rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı2 ünvanlanmış 0 iyun 2025-ci il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh3 hər hansı tikilinin inşa edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən heç bir razılıq verilməmiş və bu barədə arxiv materialları aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən X12, X13 , İddiaçı2 və digərləri Quba Bələdiyyəsi tərəfindən 15 mart 2018-ci ildə verilmiş 40 kv.m torpaq sahəsi İddiaçı1 Quba Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 07 nömrəli qərarı ilə verilmiş həyətyanı torpaq sahəsində tikilmiş mənzilinin qarşısını tam qapadacağı üçün həmin torpaq sahəsinim Cavabdeh3 satılmasına və orada tikili tikilməsinə etiraz etmişlər. İV Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Beləliklə işin hallarından müəyyən olunur ki, Quba şəhərində yerləşən 0.03 ha torpaq sahəsi iddiaçılardan İddiaçı1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Daha sonra həmin torpaq sahəsinin qarşısında ünvan 9 ünvanında yerləşən 0.004 ha torpaq sahəsi AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş hərracın nəticələrinə uyğun olaraq Cavabdeh3 satılmış, Quba bələdiyyəsi ilə sonuncu arasında 15 mart 2018-ci il tarixdə alqı -satqı müqaviləsi bağlanmış, Cavabdeh3 həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçılar hərracın nəticələrinə dair 09 mart 2018-ci il tarixli protokolu, həmin protokol əsasında verilmiş AM seriyalı 004681 saylı şəhadətnaməni, alqı-satıq müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın ləğvi tələbi ilə çıxış edir. Belə ki, iddiaçıların irəli sürdüyü əsas arqument onların 0.004 ha torpaq sahəsinin satın alınmasında üstünlük hüququna malik olmaları və cavabdehin torpaq sahəsinin qanunvericiliyin tələblərini pozmaqla əldə etməsi olmuşdur. AR Mülki Məcəlləsinin 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilməlidir ki, Bələdiyyə mülkiyyətində olan torpaqların satışı AR Prezidentinin 23 oktyabr 2013-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi Qaydaları” na əsasən müsabiqə və hərrac yolu ilə satılır və ya icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və icarəyə verildikdə müsabiqə və hərracın qalibinə müvafiq şəhadətnamə verilir və bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Torpaq bazarı haqqında” AR Qanununun 4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. Hazırkı halda məhkəmə əvvəllər ünvan 10 ünvanında yerləşən 0.004 ha torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi üçün əsas olan 09 mart 2018-ci il tarixli protokolun etibarsız hesab edilməsini üçün hər hansı bir əsasın olmadığı qənaətə gəlir. Belə ki, həmin protokolun məzmunundan müəyyən olunur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin satılması məqsədilə keçirilən hərracda iki nəfərin iştirak etməsi barədə siyahı təsdiq edilmiş, daha sonra qanunvericiliyin tələblərinə müvafiq olaraq 20 gün müddətində, yəni 15 mart 2018-ci il tarixdə hərracın qalıbı olan Cavabdeh3 ilə Quba Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Nəticə olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən Cavabdeh3 AM seriyalı 004681 nömrəli şəhadətnamə verilmişdir. Əlavə olaraq işin hallarından müəyyən olunur ki, Cavabdeh3 tərəfindən İddiaçı2 Səftar qızı və İddiaçı1 qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması” barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, Quba rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdehlər tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Res publikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 Ərəstun qızının cavabdehlər Cavabdeh3, Quba şəhər Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin etibarsız sayılması və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V Nəticə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ərəstun qızının cavabdehlər Cavabdeh3, Quba şəhər Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin etibarsız sayılması və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. İddia ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №2(027)-2380/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2380/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver