Məhkəmə qərarları › İş №2(102)-880/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-880/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-880/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1577/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 7 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı

1. İnvestor İddiaçı ilə şirkət Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli investisiya müqaviləsi ilə, investisiya şirkətə ödənildiyi gündən etibarən 5 il müddətinə investor ödəniləcək investisiya qarşılığı 10.000 ABŞ dollara qədər olan məbləğ təşkil edir. Bu müqavilənin investor tərəfindən yatırılacaq məbləğinin minimum limiti 5.000 ABŞ dolları təşkil edir. Bu zaman investisiya qarşılığı kimi investor ödəniləcək məbləğ 10.000 ABŞ dollarından çox ola bilməz. Bu müqavilə investor tərəfindən investisiya yatırdıqdan 2 il sonra pozularsa və ya investor tərəfindən hər hansı səbəbə görə ləğv olunarsa investisiya kimi yatırılan məbləğin 100%-i investora geri ödəniləcək.

2. Müqaviləyə əlavə Razılaşmaya əsasən, bundan sonra şirkət və investor ayrıayrılıqda tərəf, birlikdə isə tərəflə r adlandırıla bilər. Bu razılaşmaya əsasən investor bu razılaşmanın imzalandığı gün müqavilənin 2.1-ci maddəsinə əsasən şirkətin “baflike.com” layihəsinə 5 illik müddət üçün 5.000 ABŞ dolları ekvivalentində olan Azərbaycan manatı ilə vəsaiti investisiya qoymuşdur. Şirkət də bu investisiyanı qəbul etmişdir. İnvestor qoyduğu investisiyanın müqabilində müqavilənin bağlandığı tarixdən 5 il müddətinə şirkətlə 50.000 ABŞ dollarına qədər limitlə razılaşmışdır. Bu razılaşma imzalandığı andan qüvvəyə minir. Bu razılaşma tərəflər üçün eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunub və müvafiq olaraq təsdiqləndikdən sonra tərəflərdə saxlanılır. Tərəflərin qeyd olunanlara dair hər hansı etiraz, irad və iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır. 3. 02.10.2023-cü il tarixli Cavabdeh MMC gön dərilmiş müqavilənin ləğvi barədə təklifə əsasən, İnvestor İddiaçı ilə şirkət Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Bafsell/İM-001 nömrəli investisiya müqaviləsinin 10 gün ərzində ləğv edilməsini təklif edilmiş və investisiya məbləğinin tam ödənilməsi xahiş edilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Abşeron Rayon Məhkəməsinin icraatında olan inzibati işlə əlaqədar olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh MMC-nin (VÖEN: **********) xx.xx.2019-cu il tarixdən hazırkı tarixədək olan dövr üzrə yalnız 2019-cu ilin dekabr ayında 14.235.0 manat dövriyyəsi olmuşdur. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmış dır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh MMC-nin (VÖEN: **********) Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsi səbəbindən xalis gəlirləri barədə məlumatın təqdim edilməsi mümkün deyildir. Cəmiyyətin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ümumi hasilatı, yalnız 2019-cu ilin dekabr ayında 14235.0 manat, sadələşdirilmiş vergi məbləği 284.70 manat olmuşdur. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, X/İM-001 say müqavilənin ləğv edilməsini, İddiaçı ilə Cavabdeh MMC (bundan sonra- cavabdeh) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Bafsell/İM-001 saylı İnvestisiya müqaviləsinə əsasən 5.000 ABŞ dolları əsas borcun, 105 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, X/İM-001 saylı İnvestisiya müqaviləsi imzalanıb. Həmin Müqavilənin 1-ci bəndinə uyğun olaraq bu müqaviləyə əsasən “investor” yəni iddiaçı cavabdeh Şirkətə razılaşdırılmış ödənişi (bundan sonra “investisiya”) etmə yi öhdəsinə götürür. Bunun müqabilində isə cavabdeh Şirkət investisiya vasitəsi ilə “X” layihəsini (bundan sonra “layihə”) təkmilləşdirib bu müqavilədə müəyyənləşdirilən tarixdə Layihədən əldə edilən qazancdan bütün məcburi ödənişlər, vergilər və xərclər çıxıldqdan sonra yerdə qalan xalis gəlirin 1%-i həcmində olan məbləği İnvestora ödəməyi öz öhdəsinə götürür. İddiaçı İnvestor olaraq Bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli, 1 nömrəli Əlavəyə əsasən cavabdeh Şirkətə 5.000 ABŞ dolları ekvivalentində olan Azərbaycan manatı ilə investisiya qoyuldu. Lakin cavabdeh Şirkət olaraq Bu müqavilə bağlandığı tarixdən 3 ildən çox bir müddət keçməsinə baxmayaraq bu vaxtadək İnvestora heç bir ödəniş edilməmiş və edilməməsinin əsaslı səbəbləri barədə heç bir məlumat verilməmişdir. Cava bdeh tərəfindən edilən bu hərəkət yuxarıda qeyd olunan müqavilənin 3.13-cü və 4.5.2-ci bəndlərinin pozulmasına gətirib çıxartmışdır. İddiaçı olaraq bu müqavilənin 7.3-cü maddəsinin tələblərinə əsasən mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərindən xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə elektron qaydada və hüquqi ünvanına poçt vasitəsi ilə pretenziya məktubu göndərildi və 30 gün müddət gözlənildi. Lakin cavabdeh şirkət heç bir ödəniş etməmiş, göndərilən pretenziya məktubuna bu vaxtadək heç bir münasibət bildirməmişdir. Həmin Müqavilənin 7.3-cü maddəsinə əsasən Tərəflər bu cür münaqişənin yaranması tarixindən etibarən 30 gün müddətinə danışıqlar vasitəsi ilə tərəflər arasındakı məsələ həll edilmədikdə, bu mübahisə Azərbaycan Repsublikasının müvafiq məhkəməsi tərəfindən həll olunur. Bundan başqa cavabdeh şirkət müqavilə öhdəliyini pozduğu üçün tərəfimizdən xx.xx.2019-cu il tarixli, Bafsell/İM-001 saylı investisiya müqaviləsinin 10 gün ərzində ləğvi üçün cavabdeh şirkətə təklif göndərildi. Ancaq həmin müddət ərzində cavabdeh şirkətdən heç bir cavab alınmadı.

8. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(012)-562/2024 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilmişdir.

9. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və qanunvericiliyin tələbləri əsasında cavabdehin investisiya müqaviləsi üzrə iddiaçıya borclu olduğu 5000 ABŞ dolları pul vəsaitini qaytarmaması öz təsdiqini tapmışdır. Belə ki, müqavilədən göründüyü kimi həmin pul vəsaiti müqavilə əsasında cavabdehə verilmiş, cavabdeh isə pulun onda olmamasını inkar etməmiş, y alnız gəlirlərinin olmamsı ilə əlaqədar müqavilə öhdəliklərinin yerinə yetirilməməsini ərizəsində göstərmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, tərəflər arasında öhdəliyin pozulması nəticəsində müqavilə şərtləri cavabdeh tərəfindən riayət olunmadığından müqavilə ləğv olunmalıdır.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq investisiya müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə investisiya qoyulmuş 5.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 334.1, 385.1, 386.1, 442, 445, 44 8.1, 739.1, 739.2, 740.1, 740.2-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Bu səbəbdən də qətnamə ləğv olunmalı, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə bu normanın müxtəlif bəndlərinə istinad etməklə normanı ümumiyyətlə düzgün tətbiq etməmişdir. Çünki iddiaçı özü də iddias ında göstərir ki, iddiaçı-investor cavabdehin “baflike.com” layihəsinə investisiya qoymuşdur. Cavabdehin “baflike.com” layihəsindən əldə edilən qazancdan bütün məcburi ödənişlər, vergilər və xərclər çıxıldıqdan sonra yerdə qalan xalis gəlirin 1% faizini investor investisiya qoyana ödəməlidir. İş materiallarına əlavə edilərək alınmış sorğulardan da cavabdehin “baflike.com” layihəsinin hər hansı bir xalis gəliri olmamışdır. Çünki istər iddiaçı tərəfindən, istərsə də məhkəmənin təşəbbüsü ilə edilən sorğulara alınan cavablarda cavabdehin “baflike.com” layihəsinin hər hansı bir xalis gəliri olmasına dair hər hansı bir sübut müəyyən edilməmişdir. Sözün qısası cavabdehin “baflike.com” layihəsindən hər hansı bir xalis gəliri olmadığından cavabdehin investor- iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilənin hansısa bir şərtlərini pozmamışdır. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad etməklə səhv nəticəyə gəlmiş, tətbiq edilməli olmayan hüquq normasını tətbiq etmişdir. Çünki tərəflər arasındakı borc münasibətləri olmamışdır. Hazırkı işlə normanı əlaqəli müqayisə edəndə də görünür ki, cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır ki, həmin öhdəliyi icra etsin. Çünki öhdəlik o, zaman yarana bilərdi ki, cavabdeh məhz “baflike.com” layihəsindən gəliri olsun. Belə bir gəlir də olmamışdır. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan inzibati işlə əlaqədar olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan cavabdehin (VÖEN: ******** **) xx.xx.2019-cu il tarixdən hazırkı tarixədək olan dövr üzrə yalnız 2019-cu ilin dekabr ayında 14235.0 manat dövriyyəsi olmuşdur. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmışdır. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan cavabdehin (VÖEN:**********) Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsi səbəbindən xalis gəlirləri barədə məlumatın təqdim edilməsi mümkün deyildir. Cəmiyyətin xx.xx.2019-cu ildən xx.xx.2024cü il tarixədək olan dövr üzrə ümumi hasilatı, yalnız 2019-cu ilin dekabr ayında 14235.0 manat, sadələşdirilmiş vergi məbləği 284.70 manat olmuşdur. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırıl mışdır. Beləliklə, birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq alınmış cavablarla da şirkətin hər hansı bir gəlirinin olmaması öz təsdiqini tapır və bununla da, öhdəliyin icrası tərəflərdən heç birinin cavabdeh olmadığı hala görə mümkünsüzdür. Məhkəmə bu normaya da istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Çünki cavabdehin “baflike.com” layihəsindən hər hansı bir gəliri olmadığından onun iddiaçı qarşısında hər hansı bir öhdəliyi də yaranmamışdır. Məhkəmə bu normanı da düzgüntətbiq etməməklə səhvə yol vermişdir. Çünki cavabdehin gəliri olmadığından onun iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmadığından bu öhdəliyi gecikdirmək məsuliyyəti də yaranmamışdır. Yuxarıda qeyd olunduğu kimi cavabdehin iddiaçı qarşısında hər hans ı bir öhdəliyi yaranmamışdır və bu səbəbdən də icra edilməyən öhdəlikdən də söhbət gedə bilməz. Məhkəmə bu normanı da tətbiq etməklə yanlışlığa yol vermişdir. İddiaçı tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. İddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməz və iddia tələbi rədd edilməlidir. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1577/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və A.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmi ş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Bafsell/İM-001 nömrəli investisiya müqaviləsinin ləğv edilməsi, iddiaçı tərəfindən cavabdehə investisiya qoyulmuş 5.000 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. İşdən göründüyü kimi tərəflər arasında razılaşmaya, investisiya müqaviləsinə əsasən cavabdeh “baflike.com” sosial reklam platforma sının xidmətlərini həyata keçirməyi, iddiaçı isə razılaşdırılmış ödənişi etməyi, bunun müqabilində cavabdeh şirkətin investisiya vasitəsi ilə “baflike.com” layihəsini təkmilləşdirib bu müqavilədə müəyyənləşdirilən tarixdə layihədən əldə edilən qazancdan bütün məcburi ödənişlər, vergilər və xərclər çıxıldıqdan sonra yerdə qalan xalis gəlirin 1%-i həcmində olan məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış ödənişi etməyi öhdəsinə götürməsinə baxmayaraq müqavilə bağlandığı tarixdən 3 ildən çox bir müddət keçməsinə baxmayaraq bu vaxtadək investora heç bir ödəniş etməmiş, bunun səbəbi kimi cavabdehin nümayəndəsi məhkəmə iclasında nəzərdə tutduqları layihənin gerçəkləşdirilməsi və təkmilləşdirilməsinin baş tutmaması olmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh tərəfindən layihənin gerçəkləşdirilməsi və təkmilləşdirilməsi lazımi qaydada həyata keçirilmədiyindən, iddiaçının həmin müqaviləyə əsasən 5.000 ABŞ dolları əsas borcu tələb etmək hüquq yaranmışdır. xx.xx.2019-cu il tarixli, Bafsell/İM-001 nömrəli investisya müqaviləsinin 3.13-cü maddəsinə əsasən, bu müqavilə investor tərəfindən investisiya yatırdıqdan 2 il sonra pozularsa və ya investor tərəfindən hər hansı səbəbə görə ləğv olunarsa investisiya kimi yatırılan məbləğin 100%-i investora geri ödəniləcək.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.8, 390.1, 421.2, 425.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ədalətli deyil və müvafiq mübahisəyə dair qətnamə qəbul edilərkən ədalət mühakiməsi düzgün həyata keçirilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ pozulmuş və hazırkı şikayətdə qeyd olunan dəlillər müdafiə etmək hüququ pozulmuş və hazırkı şikayətdə qeyd olunan dəlillər düzgün araş dırılmamış, istinad edilən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və ya nəzərə alınmamışdır. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən bir daha təsdiq edilmişdir ki, “baflike.com” layihəsi üzrə cavabdehin hər hansı bir xalis gəliri olmamışdır. İddianın əsasını təşkil edən xalis gəlirdən əldə edilən məbləğin verilmədiyi təqdirdə müqavilə şərtləri pozulmuş sayıla bilərdi. Bu xalis gəlir də olmadığından investor ilə şirkət arasında bağlanmış müqavilənin hər hansı bir şərti pozulmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifə lərini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vi cdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

37. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını düzgün tətbiq etməmişdir.

38. İşdən görünür ki, tərəflər arasında olan razılaşmaya, investisiya müqaviləsinə əsasən, cavabdeh “baf like.com” sosial reklam platformasının xidmətlərini həyata keçirməyi, iddiaçı isə razılaşdırılmış ödənişi etməyi, bunun müqabilində cavabdeh şirkətin investisiya vasitəsi ilə “baflike.com” layihəsini təkmilləşdirib bu müqavilədə müəyyənləşdirilən tarixdə layihədən əldə edilən qazancdan bütün məcburi ödənişlər, vergilər və xərclər çıxıldıqdan sonra yerdə qalan xalis gəlirin 1%-i həcmində olan məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış ödənişi etməyi öhdəsinə götürməsinə baxmayaraq müqavilə bağlandığı tarixdən 3 ildən çox bir müddət keçməsinə baxmayaraq bu vaxtadək investora heç bir ödəniş etməmiş, bunun səbəbi kimi cavabdehin nümayəndəsi məhkəmə iclasında nəzərdə tutduqları layihənin gerçəkləşdirilməsi və təkmilləşdirilməsinin baş tutmaması olmuşdur.

39. Göründü yü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh tərəfindən layihənin gerçəkləşdirilməsi və təkmilləşdirilməsi lazımi qaydada həyata keçirilmədiyindən, iddiaçının həmin müqavilə üzrə 5.000 ABŞ dolları əsas borcu tələb etmək hüquq yaranmışdır. xx.xx.2019-cu il tarixli, Bafsell/İM-001 saylı investisya müqaviləsinin 3.13-cü maddəsinə əsasən, bu müqavilə investor tərəfindən investisiya yatırdıqdan 2 il sonra pozularsa və ya investor tərəfindən hər hansı səbəbə görə ləğv olunarsa investisiya kimi yatırılan məbləğin 100%-i investora geri ödəniləcəkdir. Ona görə də iddia təmin edilməlidir.

40. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC-in kassasiya şikayəti təmin edilməsin. İş üzr ə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 noyabr 2024-cü il tarixli, 2(105)-1577/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar