Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1577/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-562/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisiya müqaviləsinin ləğv edilməsi, investisiya müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdehnə investisiya qoyulmuş 5000 (beş min) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə Cavabdehndən alınaraq İddiaçı geri qaytarılması, ödənilmiş dövlət rüsumuna görə 105 (yüz beş) manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 say müqavilənin ləğv edilməsini, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı İnvestisiya müqaviləsinə əsasən 5000 ABŞ Dolları əsas borcun, 105 manat dövlət rüsumunun və layihədən əldə edilən qazancdan xalis gəlirin 1%-i həcmində məbləğin hesablanaraq Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 say müqavilənin ləğv edilməsini, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı İnvestisiya müqaviləsinə əsasən 5000 ABŞ Dolları əsas borcun, 105 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı İnvestisiya müqaviləsi imzalanıb. Həmin Müqavilənin 1-ci bəndinə uyğun olaraq bu müqaviləyə əsasən “investor” yəni iddiaçı cavabdeh şirkətə razılaşdırılmış ödənişi (bundan sonra “investisiya”) etməyi öhdəsinə götürür. Bunun müqabilində isə cavabdeh şirkət investisiya vasitəsi ilə “baflike.com” layihəsini (bundan sonra “layihə”) təkmilləşdirib bu müqavilədə müəyyənləşdirilən tarixdə Layihədən əldə edilən qazancdan bütün məcburi ödənişlər, vergilər və xərclər çıxıldqdan sonra yerdə qalan xalis gəlirin 1%-i həcmində olan məbləği investora ödəməyi öz öhdəsinə götürür. İddiaçı investor olaraq bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli, 1 nömrəli Əlavəyə əsasən cavabdeh Şirkətə 5000 ABŞ dolları ekvivalentində olan Azərbaycan manatı ilə investisiya qoyuldu. Lakin cavabdeh şirkət olaraq bu müqavilə bağlandığı tarixdən 3 (üç) ildən çox bir müddət keçməsinə baxmayaraq bu vaxtadək İnvestora heç bir ödəniş edilməmiş və edilməməsinin əsaslı səbəbləri barədə heç bir məlumat verilməmişdir. Cavabdeh tərəfindən edilən bu hərəkət yuxarıda qeyd olunan müqavilənin 3.13-cü və 4.5.2-ci bəndlərinin pozulmasına gətirib çıxartmışdır. İddiaçı olaraq bu müqavilənin 7.3-cü maddəsinin tələblərinə əsasən mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərindən xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə elektron qaydada və hüquqi ünvanına poçt vasitəsi ilə pretenziya məktubu göndərildi və 30 gün müddət gözlənildi. Lakin cavabdeh şirkət heç bir ödəniş etməmiş, göndərilən pretenziya məktubuna bu vaxtadək heç bir münasibət bildirməmişdir. Həmin Müqavilənin 7.3-cü maddəsinə əsasən tərəflər bu cür münaqişənin yaranması tarixindən etibarən 30 (otuz) gün müddətinə danışıqlar vasitəsi ilə tərəflər arasındakı məsələ həll edilmədikdə, bu mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəməsi tərəfindən həll olunur. Bundan başqa cavabdeh şirkət müqavilə öhdəliyini pozduğu üçün xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı investisiya müqaviləsinin 10 gün ərzində ləğvi üçün cavabdeh şirkətə təklif göndərildi. Ancaq həmin müddət ərzində cavabdeh şirkətdən heç bir cavab alınmadı. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Maddi və prosesessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Bu səbəbdən də qətnamə ləğv olunmalı, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə bu normanın müxtəlif bəndlərinə istinad etməklə normanı ümumiyyətlə düzgün tətbiq etməmişdir. Çünki iddiaçı özü də iddiasında göstərir ki, iddiaçı-investor Cavabdeh MMC-nin “baflike.com” layihəsinə investisiya qoymuşdur. Cavabdeh MMC-nin “baflike.com” layihəsindən əldə edilən qazancdan bütün məcburi ödənişlər, vergilər və xərclər çıxıldıqdan sonra yerdə qalan xalis gəlirin 1% faizini investor investisiya qoyana ödəməlidir. İş materiallarına əlavə edilərək alınmış sorğulardan da Cavabdeh MMC-nin “baflike.com” layihəsinin hər hansı bir xalis gəliri olmamışdır. Çünki istər iddiaçı tərəfindən, istərsə də məhkəmənin təşəbbüsü ilə edilən sorğulara alınan cavablarda Cavabdeh MMC-nin “baflike.com” layihəsinin hər hansı bir xalis gəliri olmasına dair hər hansı bir sübut müəyyən edilməmişdir. Sözün qısası Cavabdeh MMC-nin “baflike.com” layihəsindən hər hansı bir xalis gəliri olmadığında Cavabdeh MMC-nin investor İddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilənin hansısa bir şərtlərini pozmamışdır. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad etməklə səhv nəticəyə gəlmiş, tətbiq edilməli olmayan hüquq normasını tətbiq etmişdir. Çünki tərəflər arasındakı borc münasibətləri olmamışdır. Hazırki işlə normanı əlaqəli müqayisə edəndə də görünür ki, Cavabdeh MMC-nin İddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır ki, həmin öhdəliyi icra etsin. Çünki öhdəlik o zaman yarana bilərdi ki, Cavabdeh MMC-nin məhz “baflike.com” layihəsindən gəliri olsun. Belə bir gəlir də olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********4200 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan inzibati işlə əlaqədar olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh (VÖEN: **********) xx.xx.2019-cu il tarixdən hazırkı tarixədək olan dövr üzrə yalnız 2019-cu ilin dekabr ayında 14235.0 manat dövriyyəsi olmuşdur. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********228900 saylı məktubundan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh (VÖEN:**********) Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsi səbəbindən xalis gəlirləri barədə məlumatın təqdim edilməsi mümkün deyildir. Cəmiyyətin xx.xx.2019-cu il tarixdən xx.xx.2024- cü il tarixədək olan dövr üzrə ümumi hasilatı, yalnız 2019-cu ilin dekabr ayında 14235.0 manat, sadələşdirilmiş vergi məbləği 284.70 manat olmuşdur. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmışdır. Beləliklə, birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq alınmış cavablarla da şirkətin hər hansı bir gəlirinin olmaması öz təsdiqini tapır və bununla da, öhdəliyin icrası tərəflərdən heç birinin cavabdeh olmadığı hala görə mümkünsüzdür. Məhkəmə bu normaya da istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Çünki Cavabdeh MMC-nin “baflike.com” layihəsindən hər hansı bir gəliri olmadığından onun iddiaçı qarşısında hər hansı bir öhdəliyi də yaranmamışdır. Məhkəmə bu normanı da düzgüntətbiq etməməklə səhvə yol vermişdir. Çünki Cavabdeh MMC-nin gəliri olmadığından onun iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmadığından bu öhdəliyi gecikdirmək məsuliyyəti də yaranmamışdır. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh MMC-nin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır və bu səbəbdən də icra edilməyən öhdəlikdən də söhbət gedə bilməz. Məhkəmə bu normanı da tətbiq etməklə yanlışlığa yol vermişdir. İddiaçı tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. İddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməz və iddia tələbi rədd edilməlidir. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və qanunvericiliyin tələbləri əsasında cavabdehin investisiya müqaviləsi üzrə iddiaçıya borclu olduğu 5000 ABŞ dolları pul vəsaitini qaytarmaması öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 329.2, 331.1, 334.1, 739.1, 739.2, 740.1, 740.2, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Gülnur Abuşovla Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı investisiya müqaviləsinin imzalanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia pul tələbi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 390.1, 421.2-ci maddələri nəzərdən keçirilə bilər. Nəzərə alınmalıdır ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Həmin prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Müqavilə azadlığı prinsipinə görə mülki hüququn subyektləri müqavilə bağlamaqda azaddırlar, yəni tərəfdaş seçməkdə, müqavilənin şərtlərini müəyyən etməkdə və müqavilə əlaqələrinin formasını seçməkdə müstəqildirlər. Eyni zamanda Mülki Məcəllənin 14.2.8-ci maddəsi mülki dövriyənin iştirakçılarına imkan verir ki, onlar mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar doğuran istənilən hərəkətləri etsinlər. Bu sərbəstlik müqavilə bağlamaqda ifadə olunan hərəkətlərə aiddir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. İşdən göründüyü kimi tərəflər arasında razılaşmaya, investisiya müqaviləsinə əsasən Cavabdeh Şirkəti Azərbaycan Respublikasında baflike.com sosial reklam platformasının xidmətlərini həyata keçirməyi, iddiaçı isə razılaşdırılmış ödənişi etməyi, bunun müqabilində cavabdeh şirkətin investisiya vasitəsi ilə “baflike.com” layihəsini təkmilləşdirib bu müqavilədə müəyyənləşdirilən tarixdə layihədən əldə edilən qazancdan bütün məcburi ödənişlər, vergilər və xərclər çıxıldıqdan sonra yerdə qalan xalis gəlirin 1%-i həcmində olan məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış ödənişi (bundan sonra “investisiya”) etməyi öhdəsinə götürməsinə baxmayaraq müqavilə bağlandığı tarixdən üç ildən çox bir müddət keçməsinə baxmayaraq bu vaxtadək investora heç bir ödəniş etməmiş, bunun səbəbi kimi cavabdehin nümayəndəsi məhkəmə iclasında nəzərdə tutduqları layihənin gerçəkləşdirilməsi və təkmilləşdirilməsinin baş tutmaması olmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh tərəfindən layihənin gerçəkləşdirilməsi və təkmilləşdirilməsi lazımi qaydada həyata keçirilmədiyindən, iddiaçının həmin müqaviləyə əsasən 5000 ABŞ dolları əsas borcu tələb etmək hüquq yaranmışdır. xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisya müqaviləsinin 3.13-cü maddəsinə əsasən bu müqavilə investor tərəfindən investisiya yatırdıqdan 2 (iki) il sonra pozularsa və ya investor tərəfindən hər hansı səbəbə görə ləğv olunarsa investisiya kimi yatırılan məbləğin 100%-i investora geri ödəniləcək. Mülki Məcəllənin 421.2. maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 saylı investisiya müqaviləsi ləğv edilməli, Cavabdehndən ödənilmiş 5000 (beş min) ABŞ dolları manata olan məzənnəsi nəzərə alınmaqla iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisiya müqaviləsi ləğv edilsin. İddiaçı tərəfindən Cavabdehnə investisiya qoyulmuş 5000 (beş min) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə Cavabdehndən alınaraq İddiaçı geri qaytarılsın. Ödənilmiş dövlət rüsumuna görə 105 (yüz beş) manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1577/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1577/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver