Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2378/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 may 2016-cı il tarixli, X saylı və 27 dekabr 2016-cı il tarixli, 329-LD/16 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 51 baş cins damazlıq heyvanı lizinqə götürmüşdür.
2. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini gecikdirmiş və iddiaçı aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə XMəhkəməsinə müraciət edərək, 18 may 2016-cı il tarixli, Xsaylı və 27 dekabr 2016-cı il tarixli X saylı müqavilələr üzrə 04.02.2020-ci il tarixə yaranmış 31.999 (otuz bir min doqquz yüz d oxsan doqquz manat otuz üç qəpik) manat əsas borcun, 10.985,64 (on min doqquz yüz səksən beş manat altmış dörd qəpik) manat cərimənin və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli, 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 may 2016-cı il tarixli X və 27 dekabr 2016-cı il tarixli X saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissə sini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 51 baş cins damazlıq heyvanı lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 51.589,32 (əlli bir min beş yüz səksən doqquz manat, otuz iki qəpik) manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilələr üzrə 04 fevral 2020ci il tarixədək 31.999,33 (otuz bir min doqquz yüz doxsan doqquz manat otuz üç qəpik) manat əsas, 10.985,64 (on min doqquz yüz səksən beş manat altmış dörd qəpik) manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini vaxtınd a və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilələrin həmin bəndləri ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyin yerinə yetirilməsi üçün göndərilmiş pretenziya cavabsız qalmış və dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, 18 may və 27 dekabr 2016-cı il tarixli müqavilələrə əsasən İddiaçı ASC-dən 51 baş cins damazlıq heyvanı lizinqə götürmüşdür. İl kin olaraq iddiaçıya 28.000 manat pul ödəmiş, daha sonra hissə-hissə ümumilikdə 30.000 manat ödəniş etmişdir. Əvvəlcə 51 baş cins damazlıq heyvandan 31 baş, daha sonra isə 20 baş gəlmişdir. Lakin sonradan gələn 20 baş heyvanda xəstəlik aşkar olunmuş və onların hamısı tələf olmuşdur. Bu səbəbdən aylıq qrafik üzrə ödəmədə gecikmələr yaranmışdır. Buna baxmayaraq o, iddiaçıya olan əsas borcunu ödəməyə hazırdır. Lakin həmin borcu birdəfəlik deyil, hissə-hissə ödəyə bilər. Bundan başqa hesab edir ki, əsas borca hesablanmış cərimənin məbləği şişirdilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.Hacıyev) 05 fevral 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh 31.999,33 manat əsas borcun, 300 manat dəbbə pulu nun, cəmi 32.299,33 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 32.329,33 (otuz iki min üç yüz iyirmi doqquz manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə ödənilməmiş 31.999,33 manat borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. b) Apellyasi ya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 20 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin X saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və təsvirində səhvə yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.
15. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
16. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
17. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən a rtıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
18. Maddə 748-13.4. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə, lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasi ya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli, 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə C avabdeh arasında bağlanmış 18 may 2016-cı il tarixli X və 27 dekabr 2016-cı il tarixli X saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 51 baş cins damazlıq heyvanı lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 51.589,32 (əlli bir min beş yüz səksən doqquz manat, otuz iki qəpik) manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilələr üzrə 04 fevral 2020-ci il tarixədək 31.999,33 (otuz bir min doqquz yüz doxsan doqquz manat otuz üç qəpik) manat əsas, 10.985,64 (on min doqquz yüz səksən beş manat altmış dörd qəpik) manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə m üqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi üçün göndərilmiş pretenziya cavabsız qalmış və dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
26. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 may 2016-cı il tarixli, X saylı lizinq müqaviləsinin təsdiq еdilmiş surətindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı cəmiyyət cavabdеh Cavabdeh ümumi dəyəri 49.722,65 manat olan “Simmental” qaramal cinsindən olan 31 baş damazlıq heyvanı 3 il müddətinə lizinqə verilmişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 24.861,32 manatını əvvəlcədən lizinq verənə nağd ödəməyi, qalan 24.861,33 manatını isə müqavilənin 1.2-ci maddəsində nəzə rdə tutulmuş ödəniş qrafıkində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür.
27. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 may 2016-cı il tarixli, X saylı lizinq müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh 2016-2019-cu illər ərzində müqavilədə göstərilən “Simmental” qaramal cinsindən olan 31 baş damazlıq heyvanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
28. Sığorta haqqının ödənilməsi haqqında 18 may 2016-cı il tarixli müqavilənin təsdiq еdilmiş surətindən görünür ki, lizinq alan Cavabdeh 2.983,36 manat məbləğində sığorta haqqını lizinq verənə tam həcmdə ödəməlidir. Müqavilənin 3-cü bəndinə əsasən sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır.
29. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2016- cı il tarixli, X saylı lizinq müqaviləsinin təsdiq еdilmiş surətindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı cəmiyyət cavabdеh Cavabdeh ümumi dəyəri 53.456 manat olan “Holştinfriz” qaramal cinsindən olan 20 baş damazlıq heyvanı 3 il müddətinə lizinqə verilmişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 26.728 manatını əvvəlcədən lizinq verənə nağd ödəməyi, qalan 26.728 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafıkində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür.
30. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli, X saylı lizinq müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh Xcu illər ərzində müqavilədə göstərilən “Holştin-friz” qaramal cinsindən olan 20 baş damazlıq heyvanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
31. Sığorta haqqının ödənilməsi haqqında 27 dekabr 2016-cı il tarixli müqavilənin təsdiq еdilmiş surətindən görünür ki, lizinq alan Cavabdeh 3.207,36 manat məbləğində sığorta haqqını lizinq verənə tam həcmdə ödəməlidir. Müqavilənin 3-cü bəndinə əsasən sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır.
32. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 18 may 2016-cı il tarixli X saylı və 27 dekabr 2016-cı il tarixli X saylı müqavilələrin şərtlərini pozmuş, lizinq ödənişlərini lazımınca yerinə yetirməmiş, nəticədə 04 fevral 2020-ci il tarixə İddiaçı ASC-yə 31.999,33 (otuz bir min doqquz yüz doxsan doqquz manat otuz üç qəpik) manat əsas, 10.985,64 (on min doqquz yüz səksən beş manat altmış dörd qəpik) manat cərimə borcu olmaq la ümumilikdə 42.984,97 (qırx iki min doqquz yüz səksən dörd manat doxsan yeddi qəpik) borcu yaranmışdır.
33. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanılmış lizinq müqaviləsinin məzmunu və şərtləri barəsində ümumi razılıq mövcud olduğundan, həmin şərtlərə riayət edilməli və həmin şərtlərə uyğun olaraq müqavilə icra edilməlidir.
34. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.