Məhkəmə qərarları › İş №2(105)-1257/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1257/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1257/2024 08.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-562/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 say müqavilənin ləğv edilməsini, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı investisiya müqaviləsinə əsasən 5000 ABŞ dolları əsas borcun, 105 manat dövlət rüsumunun və layihədən əldə edilən qazancdan xalis gəlirin 1%i həcmində məbləğin hesablanaraq Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-562/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilərək İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisiya müqaviləsinin ləğv edilməsi, investisiya müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdehnə investisiya qoyulmuş 5000 (beş min) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə Cavabdehndən alınaraq İddiaçı geri qaytarılması və ödənilmiş dövlət rüsumuna görə 105 (yüz beş) manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2(105)-1257/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Abşeron Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli məktubu məhkəməyə daxil olmuşdur. Məktubun məzmunundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 562/2024 nömrəli mülki iş üzrə tərtib olunmuş məhkəmə iclas protokollarından cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən qeyd verildiyi göstərilmiş və həmin qeydlərə baxılması üçün mülki işin məhkəməyə geri qaytarılması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən digər işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Həmin Məcələnin 274-cü maddəsinə əsasən protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə məhkəmə iclas protokollarından cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş qeydlərə baxılması üçün iş tələb edildiyindən, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2(105)-1257/2024 nömrəli qərardadı ləğv edilməli və mülki iş Abşeron Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli sorğusu əsasında məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-562/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2(105)-1257/2024 nömrəli qərardadı ləğv edilsin və mülki iş məhkəmə baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar