Məhkəmə qərarları › İş №2(105)-628/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-628/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-628/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-225/2024 nömrəli, 14 fevral 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın təmin edilməsi, İddiaçı ilə “Abşeron-A1" Mənzil Tikinti Kooperativi arasında 5 fevral 2020-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə ləğv edilməsi, Cavabdeh MTK-dan 88700 manat pul tutularaq İddiaçı qaytarılması, iddia ərizəsinin verilməsini görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh MTK-dan tutularaq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi Vəkil2 qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin e- 2(012)-225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilərək bərpa edilməsi və Cavabdeh MTK-nın vəkilinümayəndəsi Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçınun Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 225/2024 nömrəli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasında yerləşən ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdən ibarət olan mənzilə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-225/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə şikayət müddətinin bir dəfə üzürlü səbəbdən ötürülmədiyi qənaətinə gəlmiş, ikinci dəfə isə formal əsaslarla müddətin üzürlü səbəbdən ötürüldüyü qənaətinə gəlmişdir. Halbuki məhz iş materialları və cavabdehin qeyd etdiyi kimi aşağıdakı hallar şikayət müddətinin üzürlü səbəbdən ötürülmüş hesab edilməsi sayıla bilməz. Belə ki, Fuad Hadılı xx.xx.2024-ci il tarixdə həmtəsisçi olaraq təsisçilərin ümumi yığıncağının qərarı ilə sədr seçilməsindən əvvəl də həmtəsisçi kimi qeyd edilən qətnamədən apellyasiya şikayəti verə bildiyi halda xx.xx.2024-cü ildən sonra da şikayət verməmişdir. Halbuki həmin dövrlərdə də onlarla mülki məhkəmə mübahisələri olmuşdur. Bunu iş materiallarına əlavə edilmiş borclu barədə tərtib edilmiş qərar da sübut edir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış "xxxx" MTK-nın təsisçilərinin xx.xx.2024-cü il tarixli qərarından da göründüyü kimi cavabdeh həmin dövrlərdə də mənhkəmə mübahisələri ilə bağlı elektron kabinetdən istifadə etmişdir. Bununla yanaşı qərardadlarda da qeyd edildiyi kimi qəbul edilən qətnamə Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. e 2(012)-225/2024 saylı iş üzrə “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh MTK-nın elektron kabineti vardır. Qeyd edilən qətnamə Cavabdeh MTK-ya məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə, saat 13:06-da yerləşdirilmişdir. Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil2 qeyd edilən qətnamədən ilk dəfə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. xx.xx.2024-cü ildə qətnamənin elektron kabinetə yükləndiyindən məlumatlı olunmasını təsdiq edən ən önəmli sübut isə ondan ibarətdir ki, cavabdeh şikayət müddətini üzürlü səbəbdən ötürdüyü görüntüsü yaradaraq qətnamənin ona təqdim edilməsi barədə ərizə versə də nədənsə qətnaməni götürdüyünü təsdiq edən heç bir qəbz iş materiallarında olmadığı nədənsə məhkəmənin diqqətini çəkməmişdir. Göründüyü kimi hüquqi şəxsin təsisçisi kimi məsuliyyət daşıyan şəxsin qətnamədən məlumatlı olduğu halda şikayət verməməsi, vəkilə verilən etibarnamənin qanunsuz verilməsi onun elektron kabineti vasitəsi ilə şikayət verə bilməməsinin üzürlü hal hesab edilməsi anlamına gəlmir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini MTK-nın əvvəlki sədrinin vəfat etməsi və bundan sonra yeni sədrin seçilməsi prosesləri və elektron kabinetinin idarəçiliyi məsələləri baxımından apellyasiya şikayəti verilməsi müddətinin buraxılması üzrlü hesab edilməsi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MTK-nın qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli və onunla bağlı 07 mart 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar