Məhkəmə qərarları › İş №2(027)-2435/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2435/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2435/2024 26.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 09 may 1986-cı ildə quba rayonu, Rük kəndində anadan olmuş X2 09 yanvar 2015-ci ildə quba rayonu, Rük kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası X10 ilə atası X11 rəsmi nikah qeyd etdirərək ailə qurmuşlar. Birgə nikahlarından bacısı 09 may 1986-cı il təvəllüdlü X12 və o xx xxxxxxx 1981-ci il təvəllüldlü Ərizəçi doğulmuşdur. X3 uzun illər davam edən "qaraciyər sirrozu" xəstəliyindən 09 yanvar 2015-ci ildə quba rayonu, Rük kəndində vəfat etmiş, quba rayonu, Rük kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiylərindən, X5 ölümünü rəsmiləşdirməmişlər. Bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X18 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 22 yanvar 2024-cü il tarixli, 03-16-5/8-xx-xx/2023 nömrəli imtina məktubu və 22 yanvar 2024-cü il tarixli, 15 nömrəli arayışı ilə X5 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişlər. X5 ölməsi faktının müəyyən edilməsi ona sənədləşmə işlərinin həlli və bacısına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. X2 09 yanvar 2015-ci ildə ölməsi və quba rayon Rük kənd qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. Əlavə olaraq bildirmişdir ki, X5 09 yanvar 2015-ci ildə ölməsi faktını ərizəsinə əlavə etdiyi quba RİHB-nin Rük kənd nümayəndəliyi tərəfindən təsdiq edilmiş 19 yanvar 2024-cü il tarixli aktı və məzar daşının fotoşəkili bir daha təsdiq edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X13 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun yeznəsidir. Raisə Anarın bacısıdır. O 2015-ci ildə vəfat etmiş, lakin o bir müddət hərbidə çalışdığına görə, Raisənin dəfn mərasimlərində iştirak etməmişdir. O qonşu kənddən olsa da, sağlığında onu tanımış, qohum-əqrabadan onun qaraciyər serrozundan vəfat etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, ərizəçi Anar onun oğludur. Qızı Raisə 2015-ci ildə qaraciyər serrozundan vəfat etmişdir. Bir qızı var, hazırda 13 yaşındadır. Qızı atasının yanında qalır, bəzən onun yanına da gedib-gəlir. Raisə kənd məzarlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, ərizəçi Anar onun qaynıdır. Raisə onun həyat yoldaşı olub, 2015-ci ildə qaraciyər serrozundan vəfat etmişdir. Bir qızı vardır və qızı hazırda 13 yaşındadır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03-16-5/8-xx-xx/2023 nömrəli məktubundan görünür ki, X12 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə quba RMX-na müraciət etmiş, xx.xx.2015-ci il tarixində vəfat etmiş X5 ölüm şəhadətnaməsi vaxtında alınmadığı üçün (9 il əvvəl ) və ölümü haqqında quba RMX-da ona tabe olan tibb müəssisələrində o cümlədən Rük həkim məntəqəsində və TTTYS-nın çağırışların qeydiyyatı jurnalında heç bir məlumat olmadığına görə və ölümün baş vermə səbəbi məlum olmadığı üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin kollegiyasının 31.01,2018-ci il tarixli 05 saylı qərarını əsas tutaraq və 5.3 maddəsinə əsaslanaraq ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur İş materiallarında olan AZE 06688285 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, 1986-cı il təvəllüdlü X12 quba rayon Rük kəndində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 09 may 1986-cı il tarixdə anadan olmuşdur onun atası- X11, anası- X6r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1981-ci il tarixdə anadan olmuşdur onun atası- X11, anası- X7r. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X5 xx.xx.2015-ci il tarixdə quba rayonu Rük kəndində vəfat etmiş və Rük kənd qəbrstanlığında dəfn edilmişdir. quba rayon Rük kənd sakinləri Ərizəçi, X8 və X15 aktın doğruluğunu imzaları ilə təsdiq etmmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.1986-cı ildə quba rayonu, Rük kəndində anadan olmuş X12 09 yanvar 2015-ci ildə quba rayonu, Rük kəndində vəfat etmişdir. Belə ki, ərizəçi bacısının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli xx.xx.1986-ci ildə ildə quba rayonu, Rük kəndində anadan olmuş X12 09 yanvar 2015-ci ildə quba rayonu, Rük kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1986-cı ildə quba rayonu, Rük kəndində anadan olmuş X5 09 yanvar 2015-ci ildə quba rayonu, Rük kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar