Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2454/2024 09.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 yanvar 1961-ci il təvəllüdlü X1 25 iyul 2002-ci ildə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1978-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. X4, anası X3r. Valideynlərinin rəsmi nikahından 19 yanvar 1961-ci il təvəllüdlü X2 anadan olmuşdur. X2 25 iyul 2002-ci ildə səhhətinin pisləşməsi səbəbindən vəfat etmiş, Quba şəhər qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən X13 ölümünü rəsmiləşdirməmiş, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. Belə ki, 14 mart 2003-cü il tarixdə atası İbrahim Musayev, 15 avqust 2018-ci il tarixdə isə anası Zeyvənisə (Zeyvənisa) Musayeva da vəfat etmişlər. X18 vəfat etdiyi günə kimi subay olmuş, heç kimlə nikahda olmamış və uşaqları da olmamışdır. X1 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. Ona görə də o, X13 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 16 fevral 2024-cü il tarixli imtina məktubu və 16 fevral 2024-cü il tarixli, 44 nömrəli arayışı ilə X7 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına da müraciət etmişdir. Lakin həmin qurumdan da ona 05 sentyabr 2024-cü il tarixli imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyrimümkün olduğu bildirilmişdir. X1 25 iyul 2002-ci ildə ölməsi və Quba şəhər qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. X7 25 iyul 2002-ci ildə ölməsi faktını ərizəsə əlavə etdiyi Quba bələdiyyəsi tərəfindən verilən arayış və məzar daşının fotoşəkili bir daha təsdiq edir. Məzar daşında yazılar ərəb əlifbası ilə yazıldığı üçün o, həmin yazıları Quba regional xidmət mərkəzində tərcümə də etdirmişdir. X13 ölməsi faktını başqa qaydada təsdiq etdirə bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi və nümayəndəsi vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X8 bildirmişdir ki, X11 qonşuları olmuşdur. O, 25 iyul 2002-ci ildə Quba şəhərində vəfat etmişdir. Onun dəfn mərasimdə iştirak etmişlər. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Onun atası – X10, anası isə X5 olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 11 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, X11 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Onun atası – X10, anası isə X5 olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 115 №li məktubundan görünür ki, X7 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Quba Bələdiyyəsinin 27 avqust 2024-cü il tarixli arayışından görünür ki, X11 25 iyul 2002-ci ildə Quba şəhərində vəfat etmiş və Quba şəhər ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X7 25 iyul 2002-ci ildə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, X7 21 sentyabr 2007-ci il tarixində Quba rayonu, Qəcər-Zeyid kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 25 iyul 2002-ci ildə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2454/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2454/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver