Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2458/2021 09.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “qızı X3 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 22 may 1984-cü ildə Quba rayonu, Rustov kəndində anadan olmuş qızı X3 20 sentyabr 1994-cü ildə Quba rayonu, Rustov kəndində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı 22 may 1984-cü il təvəllüdlü X5 20 sentyabr 1994-cü ildə yaşadıqları Quba rayonu, Rustov kəndində difteriya xəstəliyindən vəfat etmiş və həmin tarixdə Quba rayonu, Rustov kənd qəbristanlığında dəfn olunmuşdur. Bu fakt şahidlərin iştirakı ilə tərtib olunmuş aktla və məzar daşının fotoşəkil ilə də təsdiq olunur. Qızı ev şəraitində vəfat etmiş, qanunun tələbini bilmədiklərindən onun barəsində Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 13 oktyabr 2021-ci il tarixli, 05Q-576 nömrəli məktubu ilə qızı X3 ölümünü təsdiq edən sənəd olmadığından qızının ölümünün qeydə alınmasının qeyri-mümkün olması və məhkəməyə müraciət etmələri izah olunmuşdur. Hazırda vərəslik məsələləri ilə bağlı qızı X3 ölümü barədə şəhadətnamə tələb olunur. Qızının vəfat etməsi faktının müəyyən olunması vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmir. Ona görə də qızı X3 ölüm taktının müəyyən olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22.05.1984-cü il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. Həmin şəhadətnamədən görünür Ömərov X2 Ömərovanın atasıdır. İş materiallarında olan Ərizəçi, X4 və X1 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 15.10.2021-ci il tarixli aktdan görünür ki, 22.05.1984-cü təvəllüdlü X5 20.09.1994cü il tarixində difteriya xəstəliyindən yaşadığı evdə vəfat etmiş və mərhumə Quba rayonu, Rustov kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 244 nömrəli, 13.10.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X5 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materialların olan məzardaşı foto şəkillərindən görünür ki, 22.05.1984-cü təvəllüdlü X5 20.09.1994-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 22.05.1984-cü ildə anadan olmuş X3 20.09.1994-ci il tarixdə Quba rayonu, Rustov kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 22.05.1984-cü ildə anadan olmuş X3 20.09.1994-cü il tarixdə Quba rayonu, Rustov kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2458/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2458/2021
09.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver