Məhkəmə qərarları › İş №2(027)-246/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-246/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-246/2021 10.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxx 1962-ci ildə Dəvəçi şəhərində doğulmuş anası-X4 xx xxxxxx 2007-ci il tarixdə Quba rayonu İqriq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəni dəqiqləşdirmək məqsədilə məhkəməyə müraciət edərək, anası- X4 xx xxxxxx 2017-ci il tarixdə Quba rayonu İqriq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, X9 onun anasıdır. M.Abasova xx xxxx 1962-ci il tarixdə Dəvəçi şəhərində doğulmuş və ailə qurduqdan sonpa Quba rayonu, İqriq kəndində yaşamışdır. Anası M.Abasova xx xxxxxx 2017-ci il tarixdə Quba rayonu, İqriq kəndində ölmüş və İqriq kənd qəbiristanlığında dəfn olunmuşdur. Başı yas mərasimlərinə qarışdığından anasının ölümünü rəsmiləşdirə bilməmişdir. Vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar X1 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli, 463 saylı məktubu ilə X5 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələblərinə əsasən X1 xx xxxxxx 2017-ci il tarixdə Quba rayonu İqriq kəndində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi bildirdi ki, Anası X5 xx xxxxxx 2017-ci il tarixdə Quba rayonu İqriq kəndində ölməsi və İqriq kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verə bilərlər və göstərilənləri nəzərə alaraq, anası X4 xx xxxxxx 2017-ci il tarixdə Quba rayonu İqriq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X16 bildirdi ki, o xx xxxxxx 1954-cü ildə Quba rayonu İqriq kəndində anadan olub, Ərizəçi ilə həmkəndlidi, bir kənddə yaşayırlar, Aydının anası X2 yaşayıb və xx xxxxxx 2017-ci il tarixində İqriq kəndində vəfat edib və həmin kənd qəbristanlığında dəfn edilmişdir. O, dəfndə iştirak etmişdir. Məhkəmədə şahid X11 bildirdi ki, o xx xxxx 1989-cu ildə Quba rayonu İqriq kəndində anadan olub, Ərizəçi ilə həmkəndlidi, bir kənddə yaşayırlar, ağlı kəsəndən Aydının anası X7 İqriq kəndində görüb, İqriqdə yaşayıb və xx xxxxxx 2017-ci il tarixində İqriq kəndində vəfat edib və həmin kənd qəbristanlığında dəfn edilib. O, dəfndə iştirak etmişdir. Məhkəmə Ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayonu Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydi kitabından çıxarışa əsasən məlum olur ki, X10 barəsində olüm faktı qeydi aşkar olunmamışdı. İş materiallarında olan Quba RİHB-nin Alekseyevka kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli, 688 nömrəli arayışından görünür ki, Ərizəçi Alekseyevka kənd İƏD-nin İqriq kəndində yaşayır. İş materiallarında olan AZE 14905292 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx xxxx 1962-ci ildə Dəvəçi şəhərində doğulmuş, Quba rayonu İqriq kəndində qeydiyyatda olub. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 463 nömrəli məktubundan görünür ki, X10 barəsində Maraqlı şəxsndə yoxlanılmış arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1962-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş X4 xx.xx.2017-ci il tarixdə ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1962-ci il təvəllüdlü X4 xx xxxxxx 2017-ci il tarixdə Quba rayonu İqriq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar