Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2472/2025 01.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Ahəngi Rəvanə Məzahir qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəisi X6 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.1996-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, anası X2 xx.xx.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X7, anası isə X3r. Atası xx.xx.2011-ci il tarixdə vəfat etmiş, anası X4 isə 10 may 1996-cı il tarixində Quba rayonu Mirzəməmmədkənd kəndində vəfat etmiş, lakin anasının vəsiyyətinə görə anadan olduğu Xaçmaz rayonu İnqilab sovxozunda dəfn olunmuşdur. O və digər bacı-qardaşları halhazırda vərəsəlik məsələri həll edir, atası Məzaif İsmayılov da səhlənkarlıq etdiyindən anası X2 ölümünü vaxtında dövlət orqanlarında qeydə aldırmamışlar. Vərəsəlik məsələsinin həlli üçün isə anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. O, anası Güləsmər İsmayılovanın ölümünün qeydə alınması ilə əlaqədar Quba regional ASAN xidmət mərkəzinə müraciət etmiş, lakin ona anasının ölümünün qeydə alınmamasını bildirilib ərizəsinə imtina edilmiş, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, bildirdi ki, anası X4 1954-cü il tarixdə Xaçmaz rayonu, Həbibkənd kəndində doğulmuş, həmin kənddə xx.xx.1997-ci il tarixdə vəfat etmiş və həmin kənd qəbrstanlığında dəfn edilmişdir. Anasının ölüm faktının müəyyən edilməsi vərəsəlik işlərinin həlli üçün lazımdır. Məhkəmə iclasında maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəisi X8 bildirdi ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid Ərizəçi bildirdi ki, o, Ərizəçi qardaşı, X4 isə onun anasıdır. Anası həqiqətən də 1954-cü il tarixdə Xaçmaz rayonu, Həbibkənd kəndində doğulmuş, həmin kənddə xx.xx.1997-ci il tarixdə vəfat etmiş və həmin kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X11 bildirdi ki, o, Ərizəçi xalası oğludur. Ərizəçinin anası həqiqətən də xx.xx.1997-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonu, Həbibkənd kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİ № 144342 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X4 ilə X5 birgə nikahından doğulmuşdur; Quba regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 03-16-5/8-15-821/25 nömrəli məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; kənd sakinləri arasında tərtib edilmiş və imzalarla təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin aktı tərtib olunmasında iştirak edən Ərizəçi, Mahir Qonaqov və İlham İsmayılov bildirmişlər ki, Ərizəçi anası X1 rayonu, Mirzəməmmədkənd kəndində vəfat etmiş və Xaçmaz rayonu, İnqilab sovxozu qəbirstanlığında dəfn edilmişdir; Quba regional ASAN xidmət mərəkəzinin Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 xx.xx.2011-ci ildə vəfat etmiş X5 vərəsələri sırasına daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 xx.xx.1997-ci il tarixdə Xaçmaz rayonu, Həbibkənd kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 1954-cü il tarixdə Xaçmaz rayonu, Həbibkənd kəndində doğulmuş X2 xx.xx.1997-ci il tarixdə Xaçmaz rayonu, Həbibkənd kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1954-cü il tarixdə Xaçmaz rayonu, Həbibkənd (İnqilab sovxozu) kəndində doğulmuş İsmayılova (İsmayilova) Güləsmər Yusif qızının xx.xx.1997-ci il tarixdə Xaçmaz rayonu, Həbibkənd kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2472/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2472/2025
01.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver