Məhkəmə qərarları › İş №2(027)-2482/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2482/2023

07.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2482/2023 07.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı (bundan sonra İddiaçı MMC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan çıxarılma tələbinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünü araşdırıb M ü ə y y ə n e t d i m: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli, **********66-12301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında, 1,421 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 381,7 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə (sahiblik, istifadə) "xxxx" ASC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “Quba SES Paylayıcı Qurğunun”“(Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus bütün qurğuların) İddiaçı mülkiyyətində olan torpaq sahəsindən və əmlak kompleksi kimi müəssisədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarına əsasən kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Hazırkı halda mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan MMC ilə hüquqi şəxs arasında yarandığından məhkəmə hesab edir ki, işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı MMC-nin "xxxx" ASC-nə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-nə qaytarılsın və ona müvafiq tələblə aidiyyat üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar