Məhkəmə qərarları › İş №2(027)-2492/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2492/2025

14.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2492/2025 14.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X5 07 dekabr 1993-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı X7 xx.xx.1993-cü ildə Quba rayonu, Dağlı kəndində anadan olmuş, 07 dekabr 1993-ci il tarixdə vəfat edib. Onlar qızını Quba rayonu, Dağlı kənd qəbiristanlığında dəfn etmişlər. Həmin vaxt, o, qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamələri almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirir ki, Körpə qızı vəfat edən zaman ona o baxırdı və tərəfindən həkim dəvət edilməmişdir. Qızının ölməsi faktını onun qonşularının iştirakı ilə tərtib edilmiş və Quba rayonu, Dağlı kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2025ci il tarixli aktlar və dəfn olunduğu qəbirstanlıqdakı qəbri də təsdiq edir. Bu barədə şəkillər də ərizəmə əlavə edir. Bildirir ki, hazırda qızının ölüm haqqında şəhadətnaməsi olmadığından paylı mülkiyyətdə onun adına olan əmlaklarla bağlı vərəsəlik şəhadətnaməsi ala bilmir. Buna görədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Ölüm faktının qeydə alınmasının müəyyən sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X6 bildirdi ki, ərizəçinin qonşularıdırlar, ərizəçinin qızı X7 xx.xx.1993-cü il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etmişdir və həmin kənd qəbristanlığında dəfn edilmişdir. I. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş doğum haqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1993-cü ildə Quba rayonunda anada olmuşdur. X1, anası Ərizəçidır. - 08 may 2025-ci il tarixdə Quba rayonu Dağlı kənd sakinləri X9, X3, X14, X6, X10 tərəfindən tərtib edilmiş aktda göstərilir ki, Dağlı kənd sakini X7 07 dekabr 1993-cü il tarixdə Dağlı kəndində vəfat etmiş və qonşuların iştirakı ilə kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin akt Küpçal-Dağlı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21” Quba Rayon Mərkəzi Xəstəxanası” X19 22 may 2025-ci il tarixli 18-1-56/2-K-27xx-xx-2200/2025 nömrəli məktubdan görünür ki, mərhum X5 ölümü haqqında Quba RMX-da və ona tabe olan tibb müəssisələrində o cümlədən Qırmızı Qəsəbə HM-də və Dağlı TM-də heç bir məlumat olmadığına görə və ölümün baş vermə səbəbi və yeri məlum olmadığı üçün ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-161/2025 nömrəli məktubdan görünür ki, X5 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə təsdiq olundu ki, X7 xx.xx.1993-cü ildə Quba rayonu Dağlı kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi qeydiyyat şöbəsinə müraciət etsə də, qızının ölüm haqqında şəhadətnaməsin ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Quba rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X5 xx.xx.1993-cü ildə Quba rayonu, Dağlı kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1993-ci il təvəllüdlü X5 xx.xx.1993-cü ildə ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. II. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1993-ci il təvəllüdlü X5 xx.xx.1993-cü ildə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar