Məhkəmə qərarları › İş №2(027)-2515/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2515/2025

05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2515/2025 05.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Quba rayonu, Qəçrəş kəndində doğulmuş qardaşı X1 1996-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəsi baxılmamış saxlayır. Göstərilənləri və tərəflərin məhkəmənin çağırışına gəlməmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iddiaçının iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad 100 manat məbləğində dövlət rüsumunun (xx.xx.2025-ci il tarixli, qəbzin nömrəsi: **********, büdcə səviyyə kodu: 1) ödənişi edən Ərizəçi qaytarılması üçün əsasdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar