Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-252/2021 19.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “yaşayış sahəsində yaşayış hüququ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində anaları ilə birgə yaşamaq hüququnun tanınması, Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən onların istifadə hüquqlarına maneələr Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, № 2-6 /2003 saylı qətnaməsi ilə analarə Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızı ilə cavabdeh ataları Cavabdeh arasında bağlanmış nikah pozulmuş, şəhadətnamənin verilməsi Quba rayon VVDQ şöbəsinə həvalə edilmiş, onların - xx xxxx 1996-cı il tarixdə doğulmuş İddiaçı1 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş İddiaçı2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxxx 2003-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq anaları Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızına verilməsi qət edilmişdir. Hazırki iş üzrə cavabdeh, Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, № 2-6 2003 saylı qətnaməsini alimetin tutulması hissəsində icra edilməmiş, bununla da onları əlverişsiz sosial şəraitə düçar etmişdir. Digər tərəfdən, valideynləri arasında nikah pozulduqdan dərhal sonra cavabdeh analarını və onları onların doğulduğu və yaşayış yerləri olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evdən qovmuşdur. Həmin evdə yaşamaqlarını dəfələrlə bərpa etsələr də cavabdeh buna maneçiliklər törətmiş, müxtəlif üsullarla, o cümlədən fiziki zor tətbiq edərək onları həmin evdən qovmuşdur. Onlar anaları ilə birgə, cavabdeh ataları Cavabdeh məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüququna malikdirlər. Azırbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. X3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində yaşamaq hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə onunda qarışmasının təmin edilməsi, Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsində onunda yaşamaq hüququnun tanınması və Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən onların istifadə hüquqlarına maneələr Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 ddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində yaşamaq hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Həmin iş üzrə iddia tələbindən göründüyü kimi o, iddiaçıların anası və cavabdehin keçmiş həyat yoldaşıdır. İş üzrə mövcud hüquqi müasibətlərdən və həmin hüquqi müasibətlərin yarandığı dövrün qüvvədə olan qanunlarından göründüyü kimi onunda mübahisəli yaşayış sahəsində yaşamaq hüququ vardır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iclasda iştirak edən iddiaçıları və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 dinləyib, iş materiallarını araşdırıb iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh Məmmədğa oğlu arasında bağlanmış nikahın pozulması, şəhadətnamənin verilməsinin Quba rayon VVDQ şöbəsinə həvalə edilməsi, xx xxxx 1996-cı il tarixdə doğulmuş İddiaçı1 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş İddiaçı2 analarının yanında saxlanılması, xx xxxx 1996-cı il tarixdə doğulmuş İddiaçı1 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş İddiaçı2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxxx 2003-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından - xx xxxx 1996-cı il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 1998-ci il təvəllüdlü İddiaçı2 anadan olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayonu İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İ Nügədi kənd sakini, Cavabdeh həmin kənddə mərhumbatasına məxsus evdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Quba rayonunda fərdi yaşayış evi aşkar edilməmişdir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh Məmmədğa oğlu arasında bağlanmış nikahın pozulmuş, həmin nikahdan xx xxxx 1996-cı il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 1998-ci il təvəllüdlü İddiaçı2 anadan olmuşlar. Birgə nikah dövründə X3 cavabdehlə cavabdehin atasına məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evdə doğulmuşlar. Nikah pozulduqdan sonra cavabdeh iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 mübahisə predmeti olan yaşayış sahəsində yaşamalarına maneələr yaratmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 gəlin köçdüyü və uşaqlarını dünyaya gətirdiyi fərdi yaşayış evindən uşaqları ilə birlikdə istifadə edə bilmir. X1 gəlin köçdüyü və cavabdehin sahibliyində olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. X3 bu evə cavabdehin razılığı ilə gəlin köçmüş və bu zaman onun qarşısında evə köçməyi, orada yaşamağı ilə bağlı hər hansı bir şərt qoyulmamışdır. O, bu evə orada müvəqqəti yaşamaq üçün deyil, daimi yaşayış yeri olaraq köçmüşdür. Ona görə də onun və iddiaçılar İddiaçı1 və İddiaçı2 da mübahisəli evdən burada yaşayan cavabdehlə bərabər surətdə orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanına malikdir. Beləliklə köçürülmələrini tələb etdikləri ev onların yaşayış yeri olmuş, cavabdeh onu və uşaqlarını bu evdən məhrum etmək səlahiyyətləri yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı mülkiyyət hüququnu müəyyən edən sənəd mövcud deyildir. Ona görə də, iddiaçılar İddiaçı1 və İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı» qərarında ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənatə gəlir ki, qeyd edilən fərdi yaşayış evi iddiaçıların yaşadığı ev hal-hazırda cavabdehin faktiki sahibliyindədir. Evə dair mülkiyyət hüququ qeydə alınmasa da, daha öncə qeyd olunduğu kimi mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 2 saylı Qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla icarədarın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. X8 Məhkəməsi “O.X4rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçıların köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarını iddia tələbinə tətbiq etməklə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 mübahisəli yaşayış evinə köçürülməldir. Cavabdeh tərəfindən İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 qeyd edilən həmin mənzildə yaşamasına yaratdığı maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh sahibliyində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən torpaq sahəsi üzərində tikilmiş, lakin mülkiyyət sənədi olmayan fərdi yaşayış evinə köçürülsünlər. Cavabdeh tərəfindən İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 qeyd edilən həmin mənzildə yaşamasına yaratdığı maneələr aradan qaldırılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-252/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-252/2021
19.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver