Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2527/2021 29.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi, ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 20 fevral 1995-ci il tarixdə doğulmuş qızı X7 22 avqust 1997-ci ildə Quba rayonu, Paşaoba kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X8 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan 20 fevral 1995-ci il tarixdə X11 anadan olmuşdur. Qızı Xatın doğulduğu gündən xəstə olmuş, ona müalicələr etmələrinə baxmayaraq, 22 avqust 1997ci il tarixdə Quba rayonu, Paşaoba kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. Qızı Xatının vəfatından sonra hüquqi savadı olmadığından onun ölümünü təsdiq edəcək ölüm haqqında şəhadətnamənin alınması üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət edən zaman, həmin faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılnalara uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Maraqlı şəxs 3 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi ilə X4 birgə nikahından 20 fevral 1995-ci il tarixdə X12 anadan olmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın Vəlvələ kənd İƏD üzrə nümayəndəsinin 05.11.2021-ci il tarixli, 912 saylı arayışından görünür ki, Paşaoba kənd sakini 20 fevral 1995-ci il təvəllüdlü X11 22 avqust 1997-ci il tarixində vəfat etmiş, Paşaoba kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan 05.11.2021-ci il tarixdə Quba rayonu Paşaoba kənd sakinləri X13, X1 və X2 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, həqiqətən Paşaoba kənd sakini 20 fevral 1995-ci il təvəllüdlü X11 22 avqust 1997-ci il tarixində vəfat etmiş, Paşaoba kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 03 noyabr 2021-ci il tarixli, 275 №li arayışından görünür ki, X11 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs Quba rayonu Paşa-oba kənd sakini Ərizəçi ünvanladığı 03.11.2021-ci il tarixli, 627 №-li məktubundan görünür ki, qeydiyyat orqanı tərəfindən X7 ölümünün qeydiyyatından imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi qohumudur, eyni zamanda həmkəndlidirlər. Onun Xatın adında qızı olmuş, doğulduğu vaxtdan Xatın xəstə olmuş və o, 22 avqust 1997-ci il tarixdə yaşadıqları Quba rayonu, Paşaoba kəndində vəfat etmiş və həmin kənd qəbristnlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi xalası oğludur, eyni zamanda həmkəndlidirlər. Onun Xatın adında qızı olmuş, doğulduğu vaxtdan Xatın xəstə olmuş və o, 22 avqust 1997-ci il tarixdə yaşadıqları Quba rayonu, Paşaoba kəndində vəfat etmiş və həmin kənd qəbristnlığında dəfn edilmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, 20 fevral 1995-ci il tarixdə doğulmuş X7 22 avqust 1997-ci ildə Quba rayonu, Paşaoba kəndində ölməsi, onun ölümünün qeydiyyat orqanında qeydə alınmasından imtina olunması, Ərizəçi qızı X7 ölümü ilə bağlı sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də ərizə təmin edilərək, 20 fevral 1995-ci il tarixdə doğulmuş X7 22 avqust 1997-ci ildə Quba rayonu, Paşaoba kəndində vəfat etməsi faktı faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən o cümlədən ölüm müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 20 fevral 1995-ci il tarixdə doğulmuş X7 22 avqust 1997-ci ildə Quba rayonu, Paşaoba kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2527/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2527/2021
29.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver