Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-258/2023 05.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 27 mart 1995-ci il tarixində Quba rayonu Vəlvələ kəndində doğulmuş övladı - X5 Quba rayonu Güneyməhlə kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan maddəyə əsasən Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 27 mart 1995-ci il tarixində Quba rayonu Vəlvələ kəndində doğulmuş övladı - X5 xx.xx.1995-ci il tarixdə Quba rayonu Güneyməhlə kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 həyat yoldaşı X13 ilə 12 dekabr 1988-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 27 mart 1995ci il tarixində övladları X2 rayonu Vəlvələ kəndində dünyaya gəlmişdir. X1 12 dekabr 1995ci il tarixində Quba rayonu Güneyməhlə kəndində vəfat etmiş, qonşularının, qohumlarının və yaxınlarının iştirakı ilə Quba rayonu Güneyməhlə kənd qəbiristanlığında dəfn olunmuşdur. Quba RİHB-nin Rustov ərazi dairəsindən alınan xx.xx.2022-ci il tarixli aktda da 12 dekabr 1995-ci il tarixində Quba rayonu Güneyməhlə kəndində dəfn olunduğu qeyd olunmuşdur. Həmin vaxt qanunları bilmədiklərindən, etinasızlıqdan övladlarının ölümünü rəsmiləşdirə bilməmişlər. Ümumi mülkiyyətdə olan pay torpaqlarına çıxarış alınması ilə bağlı olaraq X9 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 16 noyabr 2022-ci il tarixli 05/Q-639 saylı məktubu ilə X5 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. X9 12 dekabr 1995-ci il tarixində Quba rayonu Güneyməhlə kəndində vəfat etməsi və həmin kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi X6 ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişlər ki, 27 mart 1995-ci il təvəllüdlü X10 həqiqətən də, 12 dekabr 1995-ci il tarixdə Quba rayonu, Güneyməhlə kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 mart 1995-cü il təvəllüddə anadan olmuşdur. Onun anası X6, atası X8r. İş materiallarında olan 05/Q-639 nömrəli, xx.xx.2022-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X11 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X4 12 dekabr 1988-ci il tarixdə 102 nömrəli qeyd ilə Quba rayonu Rustov kəndində birgə nikahlarını qeyd etmişlər. İş materialların olan məzardaşı foto şəkillərindən görünür ki, X10 vəfat etmişdir. İş materiallarında olan X3 iştirakı ilə tərtib edilmiş və imzası ilə təsdiq edilmiş aktdan görünür ki, X10 həqiqətən də, 12 dekabr 1995-ci il tarixdə Quba rayonu, Güneyməhlə kəndində vəfat etmiş Quba rayonu Güneyməhlə kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin olunaraq, 27 mart 1995-ci ildə anadan olmuş X5 12 dekabr 1995-ci il tarixdə Quba rayonu, Güneyməhlə kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. 27 mart 1995-ci ildə anadan olmuş X5 12 dekabr 1995-ci il tarixdə Quba rayonu, Güneyməhlə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-258/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-258/2023
05.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver