Məhkəmə qərarları › İş №2(027)-2693/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2693/2024

17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2693/2024 17.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyul 1993-cü ildə QUBA rayonunda anadan olmuş X1 29 dekabr 1995-ci ildə QUBA rayonu, Qəçrəş kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi 23 iyun 1980-ci il tarixdə X4 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 15 iyul 1993-cü il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. X13 körpə olarkən, yəni 29 dekabr 1995-ci ildə iflicdən QUBA rayonu, Qəçrəş kəndində vəfat etmiş, QUBA rayonu, Qəçrəş kənd qəbirstanlığında da dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən X11nın ölümünü rəsmiləşdirməmiş, bundan sonra da övladının ölümünü rəsmiləşdirmək mümkün olmamışdır. X9 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 30 sentyabr 2024-cü il tarixli imtina məktubu və 30 sentyabr 2024-cü il tarixli, 143 nömrəli arayışı ilə X2 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada QUBA rayon Mərkəzi Xəstəxanasına da müraciət etmişdir. Lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişlər. X2 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik və digər sənədləşmə işlərinin həlli və qızına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. X1 29 dekabr 1995-ci ildə ölməsi və QUBA rayon Qəçrəş kənd qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. X2 29 dekabr 1995-ci ildə ölməsi faktını ərizəsinə əlavə etdiyi QUBA RİHB-nin Qəçrəş kənd İƏD üzrə nümayəndəliyi və QUBA rayon Qəçrəş bələdiyyəsi tərəfindən təsdiq edilmiş 04 oktyabr 2024-cü il tarixli aktı və arayış da təsdiq edir. X11 vəfat edərkən körpə uşaq olduğundan və el adəti üzrə körpə uşaq üçün yazılı məzar daşı deyil, sadəcə məzarın itməməsi üçün nişan qoyulmuşdu. Məhkəmə iclasında Ərizəçi Müvsüm qızı ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X12 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XVİİ-ЖГ seriyalı 402423 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1993-cü il tarixdə anadan olmuş, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 695 №li məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 143 №li arayışından görünür ki, X2 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs üzrə 1993-1998-ci illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan QUBA RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 250 nömrəli arayışından görünür ki, Ərizəçi mərhum qızı X3 xx.xx.1995-ci il tarixdə vəfat etmiş və QUBA rayonu, Qəçrəş kənd yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, 15 iyul 1993-cü ildə QUBA rayonunda anadan olmuş X2 29 dekabr 1995-ci ildə QUBA rayonu, Qəçrəş kəndində vəfat etmişdir. Həmin aktı QUBA RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəsi İsmayılov Ələkbər, QUBA rayon Qəçrəş Bələdiyyəsinin sədri Cüqar Kərimov, Ərizəçi, Sevda Qədirova, Sona Nəbiyeva, Minarə Ağasiyeva və Qənimət Bədirova öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, 15 iyul 1993-cü ildə QUBA rayonunda anadan olmuş X2 29 dekabr 1995-ci ildə QUBA rayonu, Qəçrəş kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 15 iyul 1993-cü ildə QUBA rayonunda anadan olmuş X2 29 dekabr 1995-ci ildə QUBA rayonu, Qəçrəş kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 iyul 1993-cü ildə QUBA rayonunda anadan olmuş X2 29 dekabr 1995-ci ildə QUBA rayonu, Qəçrəş kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar