Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2738/2022 30.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “həyat yoldaşı X3 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, həyat yoldaşı X3 07 may 2022-ci il tarixdə Afrikanın Mali şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan maddəyə əsasən iddiaçı X2 məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1973-cü ildə doğulmuş X3 07 may 2022-ci il tarixdə Mali Respublikasının Bamako şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 09 noyabr 1973-cü ildə doğulmuşdur. Onların nikahları 30 iyul 2001-ci tarixdə bağlanmışdır. Həyat yoldaşı uzun müddət xeyriyyəçi olduğundan işləri ilə əlaqədar Afrikanın Mali şəhərində yaşamış və xx.xx.2022-ci il tarixdə keçirdiyi yol nəqliyyat qəzası nəticəsində vəfat etmişdir. Onların oradan aldıqları ölüm barəsində arayış Afrikanın Azərbaycan Respublikasında səfirliyi olmadığına görə tanınmamışdır. Həyat yoldaşı X1 Mali şəhərində dəfn edilmişdir. Halhazırda yoldaşının ölümü ilə bağlı ölüm haqqında şəhadətnaməni ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, atası 07 may 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı vəfat edən zaman oda Afrikada olmuş, onun dəfn mərasimini özü məşğul olmuş və atası orada dəfn edilmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 05/Q-467-70 nömrəli, xx.xx.2022-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X7 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materialların olan məzardaşı foto şəkillərindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X7 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan X9 və X5 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, X7 həqiqətən də, xx.xx.2022-ci il tarixdə Afrikanın Bamako şəhərində vəfat etmiş və həmin şəhərdə dəfn olunmuşdur. İş materiallarında olan ölüm haqqında arayışın surətindən görünür ki, xx.xx.1973-cü il tarixində Azərbaycanda anadan olmuş, Azərbaycan vətəndaşı, sahibkar X7 xx.xx.2022-ci il tarixində X15 vasitəsilə xəstəxanaya gətirilərək xəstəxanaya yerləşdirilmişdir. Qeyd edilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində dünyasını dəyişmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1973-cü ildə anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Mali Respublikasının Bamako şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1973-cü ildə anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Mali Respublikasının Bamako şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2738/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2738/2022
30.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver