Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2840/2024 18.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərərək, onunla Maraqlı şəxs arasında 14 iyul 2024-cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 iştirakı ilə imzalanmış barışıq sazişinin təsdiq edilməsi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 16 avqust 2004-cü il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan 07 iyul 2005-ci il təvəllüdlü X4 və 09 avqust 2009-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşlar. Lakin aralarında olan münasibətlər pozulduğu üçün o, nikahın pozulması və aliment tələbinə dair Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-456/2024 saylı, 07 mart 2024cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Onlar birgə nikah dövründə, yəni 21 may 2013-cü il tarixdə Quba rayonu, Timiryazev kəndində 0,025 ha torpaq sahəsi satın almışlar və bununla bağlı Maraqlı şəxslə satıcı arasında 4Ə/01-463 reyestr nömrəli, AN-1 ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin həmin torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın Dövlət reyestri Xidmətində qeydiyyata alınmamışdır. Onlar satın aldıqları torpaq sahəsində fərdi yaşayış evi tikərək uzun illərdir ki, həmin evdə yaşayırlar. Hal-hazırda aralarında olan münasibətlər pozulduğu üçün o, azyaşlı qızı ilə birlikdə məcbur olub birgə nikah dövründə əldə etdikləri evdən çıxaraq valideynlərinin yanında yaşamağa məcbur olmuşdur. Onlar birgə nikah dövründə qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsində əlavə, Quba rayonu, Vladimirovka kəndində 0,0170 ha həyətyanı torpaq sahəsi satın almış və həmin torpaq sahəsində mağaza binası tikmişlər. Qeyd edilən torpaq sahəsi Qusar rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-2507 nömrəli alqı-satqı müqaviləsi əsasında alınmış və həmin torpaq sahəsinə dair Maraqlı şəxs adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Bundan əlavə Maraqlı şəxs ilə birgə nikah dövründə Maraqlı şəxs adına 31 avqust 2018-ci il tarixdən “Hyundai Sonata” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmışdır. O, Maraqlı şəxs qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın və çəkilmiş xərclərin bölünməsi” tələbinə dair mediasiya prosesinin tətbiqi barədə təkliflə Maraqlı şəxs, daha sonra isə mediasiya müraciəti ilə Qusar 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmış və bununla bağlı onunla Maraqlı şəxs arasında 14 iyul 2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Aralarında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi olmuşdur: 1.Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013-cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01-463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.
2. İkinci tərəf - Maraqlı şəxs razılaşır və öhdəlik götürür ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01-463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə bu razılaşmanın birinci bəndinə uyğun satılması üçün hüquqlarını dövlət qeydiyyatına alacaq, yəni həmin əmlaka (ev və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrindən (ən geci 3 ay ərzində) çıxarış alacaqdır.
3. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 oktyabr 2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs adma qeydiyyatdan keçmiş Quba rayonu. Vladimirovka kəndində yerləşən 0.0170 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən mağaza binasının (qeyri yaşayış obyekti) bazar dəyərində satılaraq, onun dəyəri, yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.
4. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs adma qeydiyyatdan keçmiş “HYUNDAİ SONATA” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.
5. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, həmin əmlaklara dövlət reyestrindən bu razılaşmanın 2-ci bəndində göstərilən müddətdə öz adma çıxarış alacaq, həmin əmlakların satışına heç bir maneə yaratmayacaq.
6. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, bu sazişdə qeyd edilən bütün əmlaklara dövlət reyestrdən çıxarış alandan sonra 6 ay ərzində əmlakların satışı həyata keçirtəcək və onun satışına maneə olmayacaq.
7. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişində göstərilən əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlaklardır.
8. Tərəflər razılığa gəlirlər ki. yuxarıda göstərilən birgə yaşayış dövründə əldə olunan əmlakların satışı (qiyməti) hər iki tərəfin razılığı və iştirakı ilə həyata keçiriləcəkdir.
9. Tərəflər razılaşırlar ki, barışıq sazişi təsdiq edildiyi gündən Ərizəçi ilə “KNPS-Grup” arasında bağlanmış 19 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18% 36 ay müddətinə alınmış 25000 (iyirmi beş min) manat məbləğində kredit üzrə öhdəlikləri yarı-yarıya icra edəcəklər.
10. Bu barışıq sazişinin şərtlərinin icra olunmamasına görə tərəflər məsuliyyət daşıyır. Lakin barışıq sazişinin imzalanmasından 3 aydan artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs bu günə kimi sazişin heç bir şərtinə əməl etmir. Barışıq sazişinin şərtləri sırasında birgə nikah dövründə əldə edilmiş əmlaklara Maraqlı şəxs tərəfindən 3 ay müddətində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların alınması, həmin əmlakların satışına heç bir maneə yaratmayacağı ilə bağlı şərtlər daxildir. Lakin barışıq sazişinin bağlanmasından 3 aydan da artıq vaxt keçsə də. hələ də birgə nikah dövründə əldə edilmiş əmlaklara çıxarışlar alınmamış, ümumiyyətlə bununla bağlı Maraqlı şəxs heç müvafiq dövlət qurumuna müraciət belə etməmişdir. Hətta birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evinin 80000 (səksən min manata) real alıcısı da olmuş, o, bununla bağlı Maraqlı şəxs rəsmi şəkildə məlumat və xəbərdarlıqlar da göndərmişdir. Lakin Maraqlı şəxs barışıq sazişi ilə satışına razılaşdığı fərdi yaşayış evinin və digər əmlakların satışına hər vasitə ilə maneə olmağa çalışır. Bununla da o, sazişin şərtlərinin heç birinə əməl etməməklə yanaşı birgə nikah dövründə əldə edilmiş əmlaklara təkbaşına sahiblik edir, onun bütün hüquqlarını kobud şəkildə pozur. Ona görə də barışıq sazinin məcburi icrası üçün təsdiq olunmasını məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Məhkəmə iclasında ərizəçi X3 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizədə qeyd olunan tələbləri qəbul edərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1.Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013-cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01-463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.
2. İkinci tərəf - Maraqlı şəxs razılaşır və öhdəlik götürür ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01-463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə bu razılaşmanın birinci bəndinə uyğun satılması üçün hüquqlarını dövlət qeydiyyatına alacaq, yəni həmin əmlaka (ev və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrindən (ən geci 3 ay ərzində) çıxarış alacaqdır.
3. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 oktyabr 2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs adma qeydiyyatdan keçmiş Quba rayonu. Vladimirovka kəndində yerləşən 0.0170 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən mağaza binasının (qeyri yaşayış obyekti) bazar dəyərində satılaraq, onun dəyəri, yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.
4. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs adma qeydiyyatdan keçmiş “HYUNDAİ SONATA” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.
5. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, həmin əmlaklara dövlət reyestrindən bu razılaşmanın 2-ci bəndində göstərilən müddətdə öz adma çıxarış alacaq, həmin əmlakların satışına heç bir maneə yaratmayacaq.
6. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, bu sazişdə qeyd edilən bütün əmlaklara dövlət reyestrdən çıxarış alandan sonra 6 ay ərzində əmlakların satışı həyata keçirtəcək və onun satışına maneə olmayacaq.
7. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişində göstərilən əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlaklardır.
8. Tərəflər razılığa gəlirlər ki. yuxarıda göstərilən birgə yaşayış dövründə əldə olunan əmlakların satışı (qiyməti) hər iki tərəfin razılığı və iştirakı ilə həyata keçiriləcəkdir.
9. Tərəflər razılaşırlar ki, barışıq sazişi təsdiq edildiyi gündən Ərizəçi ilə “KNPS-Grup” arasında bağlanmış 19 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18% 36 ay müddətinə alınmış 25000 (iyirmi beş min) manat məbləğində kredit üzrə öhdəlikləri yarı-yarıya icra edəcəklər.
10. Bu barışıq sazişinin şərtlərinin icra olunmamasına görə tərəflər məsuliyyət daşıyır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs birgə nikah dövründə əldə etdikləri əmlakları mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi əsasında bölüşdürməyi öz öhdələrinə götürmüşlər. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs X8 isə barış sazişinin məhkəmə qaydasında təsiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə borcla bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyi halda ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin borc müqaviləsi ilə əlaqədar tərəflərdən birindən digərinin xeyrinə borc tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Quba rayon Mediasiya təşkilatında 14 iyul 2024-cü il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Quba rayon Mediasiya təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013-cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01-463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.
2. İkinci tərəf - Maraqlı şəxs razılaşır və öhdəlik götürür ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01-463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə bu razılaşmanın birinci bəndinə uyğun satılması üçün hüquqlarını dövlət qeydiyyatına alacaq, yəni həmin əmlaka (ev və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrindən (ən geci 3 ay ərzində) çıxarış alacaqdır.
3. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 oktyabr 2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs adma qeydiyyatdan keçmiş Quba rayonu. Vladimirovka kəndində yerləşən 0.0170 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən mağaza binasının (qeyri yaşayış obyekti) bazar dəyərində satılaraq, onun dəyəri, yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.
4. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs adma qeydiyyatdan keçmiş “HYUNDAİ SONATA” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir.
5. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, həmin əmlaklara dövlət reyestrindən bu razılaşmanın 2-ci bəndində göstərilən müddətdə öz adma çıxarış alacaq, həmin əmlakların satışına heç bir maneə yaratmayacaq.
6. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, bu sazişdə qeyd edilən bütün əmlaklara dövlət reyestrdən çıxarış alandan sonra 6 ay ərzində əmlakların satışı həyata keçirtəcək və onun satışına maneə olmayacaq.
7. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişində göstərilən əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlaklardır.
8. Tərəflər razılığa gəlirlər ki, yuxarıda göstərilən birgə yaşayış dövründə əldə olunan əmlakların satışı (qiyməti) hər iki tərəfin razılığı və iştirakı ilə həyata keçiriləcəkdir.
9. Tərəflər razılaşırlar ki, barışıq sazişi təsdiq edildiyi gündən Ərizəçi ilə “KNPS-Grup” arasında bağlanmış 19 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18% 36 ay müddətinə alınmış 25000 (iyirmi beş min) manat məbləğində kredit üzrə öhdəlikləri yarı-yarıya icra edəcəklər.
10. Bu barışıq sazişinin şərtlərinin icra olunmamasına görə tərəflər məsuliyyət daşıyır. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Vüqar Seyidov