Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2853/2022 28.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 avqust 2007-ci il tarixində Quba rayonu Qırmızı qəsəbədə doğulmuş X1nun Quba rayonu Aşağı Xuc kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1nun 15 dekabr 2007-ci il tarixdə Quba rayonu Aşağı Xuc kəndində vəfat etməsi faktının müəyyən ediməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında ərizəçi nəvələri X21 və X9 onun himayəsində yaşayırlar. Quba RİHB müvafiq sərəncamı ilə nəvələrinə qəyyum təyin olunmuşdur. Uşaqların valideynləri ataları X22 xx.xx.2021 -ci il taixində, anaları X5 isə xx.xx.2020-ci il tarixində dünyasını dəyişmişdir. X1 28 avqust 2007-ci il tarixində Quba rayonu Qırmızı qəsəbədə dünyaya gəlmişdir. Quba rayonu Digah Bələdiyyəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktda da X4 2007-ci ilin dekabr ayında Quba rayonu Aşağı Xuc kəndində dəfn olunduğu qeyd olunmuşdur. Həmin vaxt qanunları bilmədiklərindən, etinasızlıqdan və digər səbəblərdən nəvənin ölümünü rəsmiləşdirə bilməmişlər. Bildirmək istəyir ki, nəvələrinin vərəsəlik məsələlərinin həlli ilə əlaqədar olaraq X18 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 18 noyabr 2022ci il tarixli 05/Q-644 saylı məktubu ilə X4 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. X18 2007-ci ilin dekabr ayında Quba rayonu Aşağı Xuc kəndində vəfat etməsi və həmin kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı tərəflərin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlirilmiş X3 və X16 ifadələrində ərizəçinin qonşuları olduğunu, Rozanın qız X18 15 dekabr 2007-ci il tarixdə vəfat etdiyini, onun yas mərasimində iştirak etmələrini bildirmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon İcra və Hakimiyyəti Başçısının 23 iyun 2021-ci il tarixli 66 saylı Sərəncamından görünür ki, 15 avqust 2008-ci il təvəllüdlü X21 üzərində nənəsi Ərizəçi qəyyum təyin edilmişdir. İş materiallarında olan Quba Rayon İcra və Hakimiyyəti Başçısının 23 iyun 2021-ci il tarixli 65 saylı Sərəncamından görünür ki, 28 iyun 2005-ci il təvəllüdlü X9 üzərində nənəsi Ərizəçi qəyyum təyin edilmişdir. İş materiallarında olan nikah haqqında AZ-İ seriyalı, 183083 №li şəhadətnamədən görünür ki, X22 ilə X8 arasında nikah 01 noyabr 2005-ci il tarixdə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. X7 və anası X5 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 062014 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı, 211633 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 18 noyabr 2022-ci il tarixli arayışından görünür ki, arxiv məlumatlarında əsasən X13 barəsində Maraqlı şəxs üzrə 2004-2010-cu illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Quba rayonu, Xucbala kənd sakinləri X14, Ərizəçi, X10, X11 və X2 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X12 2007-ci ilin dekabr ayında Quba rayonu, Aşağı-Xuc kəndində vəfat etmiş, el adətiylə Aşağı-Xuc kənd qəbristanlığında el qaydasıyla dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-644 nömrəli məktubundan görünür ki, X6 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X4 15 dekabr 2007-ci il tarixdə Quba rayonu, Aşağı-Xuc kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 28 avqust 2007-ci il tarixində anadan olmuş X4 15 dekabr 2007-ci il tarixdə Quba rayonu Aşağı Xuc kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 avqust 2007-ci il tarixində anadan olmuş X4 15 dekabr 2007-ci il tarixdə Quba rayonu Aşağı Xuc kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2853/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2853/2022
28.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver