Məhkəmə qərarları › İş №2(027)-2896/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2896/2025

17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2896/2025 17.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəisi X7 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində doğulmuş X2 xx.xx.1989-cu il tarixdə Şirvan şəhərində ölməsi ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı X5 xx.xx.1965-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində doğulmuş, həmin kənddə yaşamışdır. xx.xx.1989-cu il tarixdə Şirvan şəhərində vəfat etmiş və şəhər qəbrstanlığında dəfn edilmişdir. Müəyyən sənədləşmə işlərinin aparılması üçün bacısı X2 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, valideynləri Xınalıq kəndindən Şirvana yaylağa getmişlər, bacısı orada vəfat etmiş və orada da dəfn edilmişdir. X2 ölüm faktının müəyyən edilməsi ümumi mülkiyyətdə olan torpaq sahəsinin sənədləşmə işlərinin aparılması üçün zəruridir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəisi X9 bildirdi ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid X11 bildirdi ki, Ərizəçi onun əmisi oğludur. 1989-cu ildə əmisi Xaspolad ailəsi ilə Şirvan şəhərində yaylaqda olmuş, həqiqətən də X1 vəfat etmiş və orada da dəfn edilmişdir. O, özü də dəfn də iştirak etmişdir. Məhkəmə iclasında şahid X8 bildirdi ki, Ərizəçi onun qaynıdır. X3 da tanımışdır. X5 1989-cu ildə Şirvanda vəfat etmiş və orada da dəfn edilmişdir. Özü orada olmamış və dəfndə işirak etməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 03-16-5/8-10-852/24 nömrəli məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; fotoşəkildən görünür ki, X4 qoyulmuş məzar daşında sonuncunun 1989-cu ildə vəfat etməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 xx.xx.1989-cu il tarixdə Şirvan şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1965-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində doğulmuş X2 xx.xx.1989-cu il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində doğulmuş X2 xx.xx.1989-cu il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar