Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-293/2022 02.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayonu, Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1937-ci ildə Quba rayon Zərqova kəndində doğulmuş X2 10.02.2016-cı il tarixidnə Quba rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1937-ci ildə Quba rayon Zərqova kəndində doğulmuş X4 onun yoldaşıdır. O, ünvan 1 ünvanında yaşayırdı. 10.02.2016-cı ildə ürək dayanmasından qəfldən vəfat etmişdir. Lakin bu barədə heç bir tibbi müəssisəyə tərəflərindən müraciət edilməmişdir. Bu yaxınlarda o, X16 müraciət edərək yoldaşı X2 ölümünün qeydə alınması ilə bağlı müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamənin olmadığı səbəbindən onun ölümünün qeyd alınmasından imtina olunmuşdur və bu barədə ona imtina məktubu və arayış verilmişdir. Ölüm haqqında şəhadətnamə rəhmətlik yoldaşının vərəsəlik və müəyyən sənədləşmə işlərinin aparılması üçün zəruridir. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 29.11.2021-ci il tarixdə Quba şəhər sakinləri Ərizəçi, X5, X7 və X1 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, 1937-ci il təvəllüdlü mərhum X6 10.02.2016-cı ildə yaşadığı evdə ünvan 1 ünvanında vəfat etmişdir və o, Quba şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan evlənmək haqqında 8 dekabr 1962-ci il tarixdə verilmiş İ-İE seriyalı, 305954 №-li şəhadətnamədən görünür ki, X6 ilə X15 arasında nikah 08.12.1962ci ildə bağlanmışdır. İş materiallarında olan Maraqlı şəxs 29 noyabr 2021-ci il tarixli, 279 №li arayışından görünür ki, X6 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs Quba şəhər sakini Ərizəçi ünvanladığı 29.11.2021-ci il tarixli, 652 №-li məktubundan görünür ki, qeydiyyat orqanı tərəfindən X2 ölümünün qeydiyyatından imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12, X3 ifadələrində Ərizəçi ilə qonuşudurlar. Ərizəçinin əri X6 10 fevral 2016-cı il tarixdə Quba şəhərində yaşadığı evdə vəfat etmiş və Quba şəhər qəbristanlığında dəfn edilmişdir, onun dəfn mərasimində iştirak etmişlər. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, X2 25.09.1937-ci il tarixdə Zərqova kəndində doğulması, 10.02.2016-cı ildə Quba şəhərində ölməsi, onun ölümünün qeydiyyat orqanında qeydə alınmasından imtina olunması, Ərizəçi, əri X2 ölümü ilə bağlı sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də ərizə təmin edilərək, 25.09.1937-ci il tarixdə Quba rayonu Zərqova kəndində anadan olmuş X2 10.02.2016-cı ildə Quba şəhərində ölməsi faktı faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən o cümlədən ölüm müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 25.09.1937-ci il tarixdə Quba rayonu Zərqova kəndində anadan olmuş X2 10.02.2016-cı ildə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-293/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-293/2022
02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver