Məhkəmə qərarları › İş №2(027)-2931/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2931/2025

03.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2931/2025 03.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 avqust 2025-ci il tarixindən başlamaqla gəlirin 3/2 hissədə alimentin ödənilməsi ilə əlaqədar onunla X4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 ilə mediasiya xidmətlərindən istifadə edərək, qarşılıqlı qaydada razılaşaraq azyaşlı uşaqları xx.xx.2014- cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 himayəsində saxlanılması, uşaqlarım üçün gəlirin 3/2 hissədə olaraq alimentin tutulması ilə bağlı qarşılıqlı razılığa gəlmiş, bu barədə Mediasiya şurasında barışıq sazişini imzalamışdırlar. Hər bir tərəf qarşılıqlı qaydada bu sazişi tərtib edərək razılaşdı ki, gəlirin 3/2 hissədə aliment olaraq cavabdeh uşaqlarına ödəyəcəkdir. Qeyd etdiyi hal imzalanmış barışıq sazişində öz həqiqi təsdiqini tapıb. Cavabdeh avqust ayından etibarən uşaqlarının alimentini ödəmir. Artıq avqust, sentyabr ayının aliment məbləği ödənmədiyindən mən hazırki ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi bildirir ki, bu gün uşaqlarıla bağlı ciddi çətinliklər çəkir. Şəxs Beyləqan rayonu Qaradağlı yaşayış menteqesi N saylı hərbi hissədə işləyir. Təsdiq etdiyi sazişi isə icra etmir. Onlar arasında bağlanmış barışıq sazişinin aliment hissəsinin cavabdehin icra etməməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Saziş xx.xx.2025-ci ildə bağlanıb. Sazişin abzasında tərəf gəlirin 3/2 hissədə alimenti ödəməyi öhdəsinə götürüb. Sazişə görə tərəflər 1 ay ərzində öhdəliklərini icra etməli idi. Barışıq sazişi 2 aydır icra edilmədiyindən hazırda məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları : Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materialları : Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1.İkinci tərəf Maraqlı şəxs öz üzərimə öhdəlik götürürəm ki,birgə nigahdan olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı azyaşlı uşaqlarıma gəlirimin 3/2 hissəsi olaraq yəni hər uşağa hər ay 379 ( üç yüz yetmiş doqquz) manat ümumi olaraq 758 (yeddi yüz əlli səkkiz ) manat məbləğində alimenti birinci tərəf olan Ərizəçi könüllü olaraq ödəyəcəm. 2.İkinci tərəf Maraqlı şəxs öz üzərimə öhdəlik götürürəm ki,aliment ödənişini xx.xx.2025ci il tarixdən başlayaraq hər ay ən geci ayın 5-ə qədər birinci tərəf olan Ərizəçi kart hesabına könüllü olaraq ödəyəcəm. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesində barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs könüllü icra üçün nəzərdə tutulmuş müddətdə icranı yerinə yetirməmiş, daha sonra, Ərizəçi barışıq sazişinin könüllü qaydada icra edilmədiyinə və könüllü icrasından imtina olunduğuna görə barışıq sazişinin məcburi icrasının məhkəmə tərəfindən təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, sazişin şərtləri qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi qənaətinə gəlir.

Nəticə

Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Quba 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Quba 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış “Barşıq Sazişi” aşağıdakı məzmunda təsdiq edilsin: 1.İkinci tərəf Maraqlı şəxs öz üzərimə öhdəlik götürürəm ki,birgə nigahdan olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı azyaşlı uşaqlarıma gəlirimin 3/2 hissəsi olaraq yəni hər uşağa hər ay 379 ( üç yüz yetmiş doqquz) manat ümumi olaraq 758 (yeddi yüz əlli səkkiz ) manat məbləğində alimenti birinci tərəf olan Ərizəçi könüllü olaraq ödəyəcəm. 2.İkinci tərəf Maraqlı şəxs öz üzərimə öhdəlik götürürəm ki,aliment ödənişini xx.xx.2025ci il tarixdən başlayaraq hər ay ən geci ayın 5-ə qədər birinci tərəf olan Ərizəçi kart hesabına könüllü olaraq ödəyəcəm. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar