Məhkəmə qərarları › İş №2(027)-314/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-314/2023

08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-314/2023 08.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1991-ci il tarixində Quba rayonu Qəçrəş kəndində doğulmuş və Quba rayonu Qəçrəş kənd qəbiristanlığında dəfn olunmuş X4nun xx.xx.2016-cı il tarixdə X21 Respublikasında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 xx.xx.1991-ci il tarixində Quba rayonu Qəçrəş kəndində dünyaya gəlmişdir. X12 xx.xx.2016-cı il tarixində X21 Respublikasında avtoqəza nəticəsində dünyasını dəyişmişdir. X4 xx.xx.2016-cı il tarixində Quba rayonu Qəçrəş kəndinə gətirilmiş, qonşularının, qohumlarının və yaxınlarının iştirakı ilə Quba rayonu Qəçrəş kənd qəbiristanlığında dəfn olunmuşdur. Quba rayonu İHB-nin Qəçrəş kənd İƏD üzrə nümayəndəliyinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktda da X6 xx.xx.2016cı il tarixində Quba rayonu Qəçrəş kənd qəbiristanlığında dəfn olunduğu qeyd olunmuşdur. Həmin vaxt etinasızlıqdan və digər səbəblərdən oğlunun ölümünü rəsmiləşdirə bilməmişlər. Övladının ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 30 noyabr 2022-ci il tarixli 05/Q-687 saylı məktubu ilə X6 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Yunis Ərəbovun xx.xx.2016-cı il tarixində X21 Respublikasında avtoqəza nəticəsində dünyasını dəyişməsi və Quba rayonu Qəçrəş kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi X13 ərizəyə uyğun izahat verərək, ərizəini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1991-ci il təvəllüddə anadan olmuşdur. Onun atası Ərizəçidur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X3 xx.xx.1988-ci il tarixdə Quba rayonu, Qəçrəş kənd Sovetində nikah bağlamışlar. İş materiallarında olan 687 nömrəli, xx.xx.2022-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X12 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəliyinin 358 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi Quba rayonu Qəçrəş kəndində qeydiyyatda olub və hal-hazırda Qəçrəş Kəndində yaşayır. İş materialların olan məzardaşı foto şəkillərindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X12 xx.xx.2016-cı ildə vəfat etmişdir. İş materiallarında olan Qəçrəş kənd sakiniləri X7, X9, Ərizəçi, X1 və X2 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, X12 həqiqətən də, xx.xx.1991-ci il tarixdə X17 Respublikasında yol nəqliyyatı qəzası nəticəsində vəfat etmiş və Azərbaycan Respublikasının Quba rayonu, Qəçrəş kəndinə gətirilərək Qəçrəş kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1991-ci ildə anadan olmuş X6 xx.xx.2016-cı il tarixdə X21 Respublikasında vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1991-ci ildə anadan olmuş X6 xx.xx.2016-cı il tarixdə X21 Respublikasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar