Məhkəmə qərarları › İş №2(027)-3153/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-3153/2025

14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-3153/2025 14.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəisi X6 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il tarixdə Quba şəhərində doğulmuş X4 xx.xx.1995-ci il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxxxxxx 1965-ci il tarixdə Quba şəhərində doğulmuş, X3, anam X7r. X3 xx.xx.1995-ci ildə səhhətinin ağırlaşması səbəbindən Quba şəhərində vəfat etmiş, Quba şəhər qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən X1 ölümünü rəsmiləşdirməmişlər. Bundan sonra da onun ölümünü rəsmiləşdirmək mümkün olmamışdır. X1 ölüm qeydinin aparılıbaparılmaması haqqında Qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsinin imtina məktubu ilə X4 qeydiyyat şöbəsində ölüm akt qeydinin aşkar olunmadığı, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması və bərpasının qeyrimümkün olduğu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi xəstəxanasına da müraciət etmiş, lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X1 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik və digər sənədləşmə işlərinin həlli üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X3 xx.xx.1995-ci ildə vəfat etmiş və Quba şəhər qəbirstanlığında dəfn olunmuşdur. Anası 2009-cu ildə vəfat etmişdir. İki qardaşı var, ikisi də xaricdə yaşayır. X1 ölüm faktının müəyyən edilməsi vərəsəlik və digər sənədləşmə işlərinin aparılması üçün zəruridir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəisi X11 bildirdi ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid X2 bildirdi ki, Ərizəçi qonşusu olmuşdur. Sonuncunun X1 atası xx.xx.1995-ci il tarixdə vəfat etmiş, Quba şəhər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 bildirdi ki, o, Ərizəçi qonşusudur. 1995-ci ildə Ərizəçi qonşuluğuna gəlin köçmüşdür. Ərizəçi X3 həqiqətən də xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt yeni gəlin olduğu üçün dəfn də iştirak edə bilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli məktubundan görünür ki, X4 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; fotoşəkildən görünür ki, X8 qoyulmuş məzar daşında sonuncunun 1995-ci ildə vəfat etməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X4 xx.xx.1995-ci il tarixdə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1937-ci il tarixdə Quba şəhərində doğulmuş X4 xx.xx.1995-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il tarixdə Quba şəhərində doğulmuş X4 xx.xx.1995-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar