Məhkəmə qərarları › İş №2(027)-324/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-324/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-324/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədov Mətləb Sahib oğlunun katibliyi, İddiaçı «xxxxxxxxx» ASC-nin nümayəndəsi X1 və Cavabdeh Bahadır qızının iştirakı ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh Bahadır qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, borc ödənilmədiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh Bahadır qızı arasında olan xx.xx.2016-ci il tarixli, 222/SKMF-16 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh Bahadır qızının “xxxxxxxxx” ASC-yə olan əsas borcundan 10625.00 manat, faiz borcundan 1034.67 manat, cərimə faizindən 4698.51manat olmaqla, cəmi 16358.18 manat pulun tutulması,ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 30 manat məbləğində rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc ödənilmədikdə tələbin ipoteka qoyulmuş, Cavabdeh Bahadır qızına məxsus (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 099032, Reyestr nömrəsi **********96, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Quba rayonu Aşağı Atuc kəndində xüsusi mülkiyyətdə olan 2.0937 ha kənd təssərrüfatlı təyinatlı torpaqlar, şoxillik əkmələrə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASC-yə ödənilməsi, həminborcun ipoteka qoyulmuş, Cavabdeh Bahadır qızına məxsus 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199031, Reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Quba rayonu Aşağı Atuc kəndində xüsusi mülkiyyətdə olan 5.1556 ha kənd təssərrüfatlı təyinatlı torpaqlar, çoxillik əkmələrə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASC-yə ödənilməsi, bankla Cavabdeh Bahadır qızı arasında bağlanan xx.xx.2013-cü il tarixli, 063/KT-13 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcundan 10416.52 manat, faiz borcundan 775.79 manat, cərimə faizindən 9728.99 manat olmaqla, cəmi 20921.30 manat pulun tutulması,ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 30 manat məbləğində rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin borcun sonrakı ipoteka müqaviləsi ilə ipotekaya qoyulmuş, Cavabdeh Bahadır qızına məxsus 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199031, Reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Quba rayonu Aşağı Atuc kəndində xüsusi mülkiyyətdə olan 5.1556 ha kənd təssərrüfatlı təyinatlı torpaqlar, çoxillik əkmələrə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASC-yə ödənilməsi, Həmin borcun Zamin məxsus məxsus 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0214125, Reyestr nömrəsi **********02 qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Quba şəhəri Əzizbəyov küçəsi, 22A ünvanında yaşayan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 44 kv.m yaşayış, 89.9 kv.m yardımçı 133.9 kv.m ümumi sahədən ibarət yaşayış evinə( liter B 1 mərtəbəli tikintialtı sahəsi 48.3 kv.m olan sanitar qovşağını) yerləşdiyi 0.05 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASC-yə ödənilməsi və ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi, əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53- cü maddəsini əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Ona görə də, iddiaçı xx.xx.2013-cü il tarixli, 063/KT-13 saylı kredit müqaviləsi üzrə borcun tam olaraq bağlandığını və həmin kredit müqaviləsi üzrə tələbin olmadığını bildirmişlər. Bu səbəbdən Cavabdeh Bahadır qızının xx.xx.2016-ci il tarixli, 222/SKMF-16 saylı kredit müqaviləsi üzrə “xxxxxxxxx” ASC-yə olan əsas borcundan 5829.12 manat, cərimə faizindən 4698.51manat olmaqla, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 30 manat məbləğində rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş, Cavabdeh Bahadır qızına məxsus (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 099032, Reyestr nömrəsi **********96, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Quba rayonu Aşağı Atuc kəndində xüsusi mülkiyyətdə olan 2.0937 ha kənd təssərrüfatlı təyinatlı torpaqlar, çoxillik əkmələrə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASC-yə ödənilməsi, həminborcun ipoteka qoyulmuş, Cavabdeh Bahadır qızına məxsus 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199031, Reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Quba rayonu Aşağı Atuc kəndində xüsusi mülkiyyətdə olan 5.1556 ha kənd təssərrüfatlı təyinatlı torpaqlar, çoxillik əkmələrə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxxxxxxx” ASC-yə ödənilməsi və ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi, əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxxxx» ASCnin “Xaçmaz” filialı ilə Cavabdeh Bahadır qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 222/SKMGF-16 saylı kredit müqavilələrinə əsasən illik faiz dərəcəsi 6% olmaqla, 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh Bahadır qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 222/SKMGF-15-02 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh Bahadır qızına məxsus (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 099032, Reyestr nömrəsi **********96, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Quba rayonu Aşağı Atuc kəndində xüsusi mülkiyyətdə olan 2.0937 ha kənd təssərrüfatlı təyinatlı torpaqlar, şoxillik əkmələripoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığı əsasən 24.000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 222/SKMGF-15-03 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh Bahadır qızına məxsus ARƏMDKYDƏDRXHDQHDƏDRnin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199032, Reyestr nömrəsi **********94, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən və 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0199031, Reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Quba rayonu, Aşağı Atuc kəndində xüsusi mülkiyyətdə olan 5,1556 ha kənd təsərrüfatı təyinatlı torpaqlar və çoxillik əkmələr ipoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığına əsasən 60.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Məhkəmə iclasında «xxxxxxxxx» ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh Bahadır qızı xx.xx.2020- ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, iddianın əsaslı olduğunu etiraf etmiş və məhkəmədən maddi vəziyyətinin nəzərə almasını, iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-ci il tarixli, 222/SKMF-16 saylı kredit müqaviləsindən görünürki, kredit müqaviləsindən görünür ki, «xxxxxxxxx» ASC-nin Xaçmaz filialı tərəfindən Cavabdeh Bahadır qızına “bağçılığın inkşafı” məqsədilə illik 6% olmaqla, 36 ay müddətinə 15.000 AZN məbləğində pul ayrılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 222/SKMF-16-03 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit borcunun təminatı məqsədilə Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Cavabdeh Bahadır qızının xüsusi mülkiyyətində olan Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 5,1556 ha kənd təsərrüfatı təyinatlı torpaqlar və çoxillik əkmələr ipotekaya qoyulmuşdur və tərəflərin razılığı ilə 60.000 manat məbləğində qiymətləndirilib. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 222/SKMF-16-02 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit borcunun təminatı məqsədilə, 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA № ******* olan Cavabdeh Bahadır qızının xüsusi mülkiyyətində olan Quba rayonu, Aşağı-Atuc kəndində 2.0937 ha kənd təsərrüfat təyinatlı torpaqlar və çoxillik əkmələr ipotekaya qoyulmuşdur və tərəflərin razılığı ilə 24.000 manat məbləğində qiymətləndirilib. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Bahadır qızının «xxxxxxxxx» ASC –nin Xaçmaz filialı ilə bağlanan 222/SKMF-16 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 5829.12 manat, cərimə faizi borcu üzrə 4698.51 manat və 60 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 10587.63 manat məbləğində borcu vardır. İş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, maliyyə arayışı və xx.xx.2016-cı il tarixli 222/SKMF-16 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh Bahadır qızının əsas borc üzrə 10625,0 və faiz borcu üzrə 1186,96 manat olmaqla, ümumilikdə borcu 11811.96 manat məbləğində müəyyən edilir. Lakin ekspert rəyində göstərilmiş məbləğ iddiaçının tələbindən çox olduğundan məhkəmə eksper rəyini sübut kimi qəbul etmir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, «xxxxxxxxx» ASC-nin Xaçmaz filialı ilə Cavabdeh Bahadır qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 222/SKMF-16 saylı kredit müqaviləsi üzrə sonuncunun “bağçılığın və inkşafı” məqsədilə illik 6% olmaqla, 36 ay müddətinə 15.000 manat məbləğində kredit alması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Cavabdeh Bahadır qızınınQuba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ipotekaya qoyulması, Cavabdeh Bahadır qızı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində «xxxxxxxxx» ASC-yə xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə görə 5829.12 əsas borcunun olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Məhkəmə hesab edir ki, əsas borc 5829.12 manattəşkil etdiyi halda, 4698.51 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 40 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Məhkəmə hesab edir ki, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti ekspertizanın rəyi nəzərə alınaraq 24.000 manat dəyərində, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti ekspertizanın rəyi nəzərə alınaraq 60.000 manat dəyərində müəyyən edilməlidir. Belə ki, “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 312.4-cü maddəsinə əsasən ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Lakin, iş materillarından görünür ki, ipoteka predmetləri çox illik bağ sahələridir və orada kimsə qeydiyyatda deyil. Ona görə də, iddia tələbi ipoteka predmetində qeydiyyatda olanların çıxarılması hissəsində təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh Bahadır qızından xx.xx.2016-cı il tarixli 222/SKMF-16 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5829.12 manat əsas borc, əsas məbləğə hesablanmış cərimə faizi borcu üzrə 40 manat, cəmi 5869.12 manat məbləğində pul tutulub iddiaçı «xxxxxxxxx» ASC-nin Xaçmaz filialının hesabına ödənilməli, kredit borcu ödənilmədikdə borcun təminatı məqsədilə ipotekaya qoyulmuş Quba rayonu, Aşağı- Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldilməli,ipotekaya qoyulmuş Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 24.000 manat dəyərində, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 60.000 manat dəyərində müəyyən edilməli, torpaq sahələri açıq hərracda satılmalı, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borcu, cərimə ödənilməli və artıq qalan məbləğ cavabdehlərə qaytarılmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsum və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Bahadır qızından «xxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa 150 manat məbləğində ekspertiza xərci Cavabdeh Bahadır qızından tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bahadır qızından xx.xx.2016-cı il tarixli 222/SKMF-16 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5829,12 manat əsas borc, əsas məbləğə hesablanmış cərimə faizi borcu üzrə 40 manat olmaqla, cəmi 5869.12 manat məbləğində pul tutulub iddiaçı «xxxxxxxxx» ASC-nin Xaçmaz filialının hesabına ödənilsin, kredit borcu ödənilmədikdə tutma borcun təminatı məqsədilə ipotekaya qoyulmuş Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Cavabdeh Bahadır qızının mülkiyyətində olan Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0937 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.1556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin, həmin ipoteka predmetlərinin ilkin satış qiyməti 5.1556 ha torpaq sahəsi üzrə 60.000 manat və 2.0937 ha torpaq sahəsi üzrə 24.000 manat müəyyən edilsin, torpaq sahələri açıq hərracda satılsın, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borcu, cərimə ödənilsin və artıq qalan məbləğ cavabdehə qaytarılsın. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. İddiaçı tərəfindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsum və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Bahadır qızından «xxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Ekspertiza xərci olan 150 manat Cavabdeh Bahadır qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar