Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-3260/2025 03.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Quba regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba regional “ASAN Xidmət” X2rşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti: Ərizəçi maraqlı şəxs Quba regional “ASAN Xidmət” X2rşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X9 04 iyun 1980-ci il tarixində Quba rayonunun Barlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsasalandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdə X14 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1980-ci il təvəllüdlü Aslan adlı oğlu anadan olmuşdur. Bu barədə 27 may 1980-cı il tarixdə Quba rayon Zərdabi kənd İcra nümayəndəliyində 58 nömrəli doğum haqqında akt tərtib olunmuşdur. Lakin oğlu 04 iyun 1980-ci il tarixdə qəflətən ölmüşdür. X7 isə 08 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Yaranmış ciddi zərurətlə əlaqədar indi ölmüş ərinə vərəsəlik müəyyən edərkən məlum olmuşdur ki, ölmüş övladı X10 vərəsə kimi ölümünü təsdiq edən müvafiq sənəd alınmamışdır. Bu sənədin alınması üçün xx.xx.2025-ci il tarixdə Quba Regional «Asan Xidmət» X4 etdiyi müraciətinə cavab olaraq bildirilmişdir ki, X1 elektron sistemində övladı X9 ölümü barədə akt qeydi aşkar edilməmişdir. Hazırda onun ölüm haqqında tibbi şəhadətnaməsi də yoxdur. Ona görə də övladının ölüm faktının təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Quba regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin nümayəndəsi X11 ərizənin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu xx.xx.1980-ci il tarixdə anadan olmuş, uşaq xəstə doğulmuş, bir neçə aydan sonra 04 iyun 1980-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, Ərizəçi onun qonşusudur, ərizəçinin oğlu xx.xx.1980-ci il tarixdə anadan olmuş həmin ilin iyun ayında vəfat etmişdir. İİİ. İşin faktiki halları: Belə ki, iş materiallarına əlavə edlimiş: - Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 17 iyul 2025-ci il tarixli, 3-16-5/7-69-956 №li arayışdan görünür ki, X15 22 aprel 1980-ci ildə anadan olmuşdur, atası X14, anası isə Ərizəçidır; -Quba rayon X8 kənd Həkim Məntəqəsinin xx.xx.2026-cı il tarixli 228 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Zərdabi doğum evində kişi cinsinə məxsus övlad dünyaya gətirmişdir. Dünyaya gətirdiyi X15 xx.xx.1980-ci ildə evdə rəhmətə getmişdir. Valideyn səhlənkarlığı ucbatından ölüm haqqında şəhadətnmaə vaxtında alınmamışdır. -Quba rayonu Zərdabi kənd sakinləri X6, Əmənova mərcan Qəmbər qızı və Barlı kənd sakini X13 tərəfindən tərtib edilmiş08 iyul 2025-ci il tarixli aktda X9 xx.xx.1980-ci ildə doğulması və xx.xx.1980-ci ildə qəflətən vəfat etməsini təsdiq etmişlər. - Quba regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5-/8-15/2025 nömrəli məktubdan görünür ki, X9 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; - Təqdim edilmiş 1 ədəd qəbir daşı əks olunduğu fotoşəkildə X9 ölüm tarixi xx.xx.1980-cı il göstərilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə təsdiq olundu ki, X15 xx.xx.1980-cı il tarixində Quba rayonu, Barlı kəndində vəfat etmiş və Quba rayonu, Barlı kənd qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi qeydiyyat şöbəsinə müraciət etsə də, oğlunun ölüm haqqında şəhadətnaməsin ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Quba rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X9 04 iyun 1980-cı il tarixində Quba rayonu, Barlı kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1980-cı ildə Quba rayonu, Barlı kəndində anadan olmuş X9 xx.xx.1980-ci ildə Quba rayonu, Barlı kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1980-cı ildə Quba rayonu, Barlı kəndində anadan olmuş X9 xx.xx.1980-ci ildə Quba rayonu, Barlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-3260/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-3260/2025
03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver