Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-329/2024 18.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2019-ci il tarixdə doğulmuş X2nın xx.xx.2021-cu il tarixdə Quba rayonu, Buduq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı - 12 iyul 2019-cu il təvəllüdlü X7 03 may 2021-ci ildə Quba rayonu, Buduq İnzibati Ərazi Dairəsinin Yalavanc kəndində yüksək hərarətdən vəfat etmiş və həmin tarixdə kənd qəbristanlığında dəfn olunmuşdur. Bu fakt şahidlərin iştirakı ilə tərtib olunmuş aktla və məzar daşının fotoşəkli ilə də təsdiq olunur. Qızı ev şəraitində vəfat etmiş, qanunun tələbini bilmədiyindən onun ölümü barədə həkim sənədi almamışlar. Buna görə də qızının ölümü barədə şəhadətnamə almamışlar. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, oktyabr 2023-cü il tarixli, 03-16-5/8-10-624/2023 nömrəli məktubu ilə X2nın ölümünü təsdiq edən sənəd olmadığından qızının ölümünün qeydə alınmasının qeyri-mümkün olması və məhkəməyə müraciət etməyi izah olunmuşdur. Hazırda vərəslik məsələləri ilə bağlı X2nın ölümü barədə şəhadətnamə tələb olunur Qızının vəfat etməsi faktının müəyyən olunması vərəslik məsələlərinin həlli üçün lazımdır. Ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmir. Ona görə də X2nın ölüm faktının müəyyən olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, 03 may 2021-ci ildə vəfat etmiş X7 onun qızıdır. X2 xx.xx.2019-ci il tarixdə doğulmuş və 03 may 2021-ci ildə Quba rayonu, Buduq kəndində vəfat etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Onun atası – Ərizəçi, anası – X5r. İş materiallarında olan 405 nömrəli, xx.xx.2023-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, X4 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Ərizəçi, X1, X9 və X3 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 xx.xx.2021-cu ildə Quba rayonunda vəfat etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X7 xx.xx.2021-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.2019-cu il təvəllüdlü X4 xx.xx.2021-ci ildə Quba rayonu, Yalavanc kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2019-cu il təvəllüdlü X4 xx.xx.2021-ci ildə Quba rayonu, Yalavanc kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-329/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-329/2024
18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver