Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-334/2022 05.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 04 iyun 1978-ci il tarixdə anadan olmuş bacısı X4 15 avqust 1978-ci il tarixdə Quba rayonu, Kürkün kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun 04.06.1978-ci il tarixdə Arifə adlı bacısı anadan olmuş və anadan olandan iki ay keçmiş 15 avqust 1978-ci ildə vəfat etmiş və valideynlərinin yaşadığı Quba Rayon Kürkün kəndində dəfn edilmişdir, vəfatında qanunu bilmədikləri, səhlənkarlığ üzündən onun ölümünü Qeydiyyat şöbəsində qeydə aldırmayıblar, halhazırda vərəsəlik məsələsini həll edir, lakin 15 avqust 1978-ci il tarixdə vəfat etmiş bacısı Arifənin ölümü haqqında şəhadətnamə olmadığı üçün vərəsəlik məsələsini həll edə bilmir, ona görə də məhkəməyə müraciət etməli olub. X12 ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib, Maraqlı şəxs özünün 01 dekabr 2021-ci il tarixli 575 N-li məktubu ilə X12 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq onun ölümünü qeydə alınmasının mümkün olmadığını, bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir, ona görə də hazır ki, ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 1978ci il tarixdə anadan olmuş bacısı X4 15 avqust 1978-ci il tarixdə Quba rayonu, Kürkün kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X5 bildirmişdi ki, Ərizəçi onun baldızının qızıdır. Baldızının digər qızı Arifə doğulandan iki ay sonra ölmüşdür. Uşağ Quba Rayon Kürkün kənd qəbrstanlığında dəfn olunub. Məhkəmə Ərizəçi, şahid X3 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 01.12.2022-ci il tarixli 292 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1975- 1981-ci illərdə ölüm haqqında akt qeydlərində X11 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 01.12.2022-ci il tarixli 675 nömrəli məktubundan görünür ki, 04.06.1978-ci il təvəllüdlü X11 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X8 xx.xx.1969-cu il Quba rayonu, Kürkün kəndində doğulub. X2, anası X10 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 Bəhlul Əmrulla oğlu ilə 05.09.1994-cü il tarixdə Quba rayonu, Xucbala İƏD-si üzrə nümayəndəliyində nikah bağlamış və həmin tarixdən o ərinin soyadını (Rüstəmova soyadını) qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X11 04.06.1978-ci ildə anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydlərində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 04 iyun 1978-ci il tarixdə anadan olmuş X4 15 avqust 1978-ci il tarixdə Quba rayonu, Kürkün kəndində ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 04 iyun 1978-ci il tarixdə anadan olmuş X4 15 avqust 1978-ci il tarixdə Quba rayonu, Kürkün kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-334/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-334/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver